DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fələstin-İsrail münaqişəsi: 22 jurnalist həlak olub

© AFP 2024 / LOUAI BESHARAMünaqişə ocağında jurnalist, arxiv
Münaqişə ocağında jurnalist, arxiv - Sputnik Azərbaycan, 1920, 21.10.2023
Abunə olmaq
Jurnalistləri Müdafiə Komitəsi əlak olanlar arasında 18 fələstinli, üç israilli və bir livanlı qələm adamının olduğunu qeyd edib.
BAKI, 21 oktyabr - Sputnik. Fələstin-İsrail münaqişəsinin yenidən alovlandığı gündən bəri ən azı 22 KİV işçisi həyatını itirib. Bu barədə Jurnalistləri Müdafiə Komitəsi (Committee to Protect Journalists, CPJ) məlumat yayıb.

“İyirmi iki jurnalistin ölümü təsdiqlənib: 18 fələstinli, üç israilli və bir livanlı”, - komitənin saytındakı bəyanatda deyilir.

CPJ həmçinin qeyd edib ki, daha səkkiz jurnalist yaralanıb, üç nəfər saxlanılıb və ya itkin düşüb.
Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə soxulub.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşmış əraziləri nəzarətə götürüb və zolağındakı hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb.
İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan etdi: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Qəzza zolağında qurbanların sayı 4137 nəfərə çatıb, 13 mindən çox insan yaralanıb. İsraildə yerli hakimiyyət orqanlarının məlumatına görə, 1300-dən çox insan həlak olub.
Müxtəlif mənbələrə görə, təxminən 150 israilli HƏMAS-ın əsirliyində ola bilər. Hərəkat özü bildirib ki, Qəzza zolağında təxminən 200-250 məhbus var.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub.
1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0