DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bu asılılıqdan azad olmaqla xroniki yorğunluqdan xilas ola bilərsiniz

Yorğun adam - Sputnik Azərbaycan, 1920, 21.10.2023
Abunə olmaq
Amerikalı alimlərin apardıqları araşdırmanın nəticələrinə görə, nizamsız yuxu ilə yanaşı mobil telefon, kompyuterdən asılılıq, uzun müddət mavi ekranın qarşısında olmaq xroniki yorğunluğa, enerjinin azalmasına səbəb olur.
BAKI, 21 oktyabr — Sputnik. Hazırda qloballaşan dünyada insanların həyat tərzinin dəyişməsj gündəlik olaraq onlar üçün müxtəlif maneələr yaradır. İnsanların ən böyük problemlərdən biri də xroniki yorğunluq, günə enerjisiz başlamaqdır. Alimlər xroniki yorğunluğun yalnız nizamsız yuxudan qaynaqlanmadığını bildirirlər.
ABŞ alimlərinin aparıcı tibbi məcmuələrdə dərs olunan araşdırmanın nəticələrinə görə, nizamsız yuxu ilə yanaşı mobil telefon, kompyuterdən asılılıq, uzun müddət mavi ekranın qarşısında olmaq xroniki yorğunluğa, enerjinin azalmasına səbəb olur.
Onlar bildirir ki, bütün günü yuxudan oyanıb özünü yorğun hiss edən şəxslər digərləri ilə müqayisədə daha çox mavi ekran qarşısında olur.
Xroniki və davamlı yuxu problemindən əziyyət çəkməmək üçün bu asılılıqdan xilas olmaq lazımdır. Bunun üçün tədqiqatçılar bildirir ki, yatmazdan əvvəl, yaxud da yuxudan ayıldıqdan dərhal sonra mobil telefondan istifadə etmək, sosial şəbəkələrə daxil olmaq beynin dincəlməsinə mane olur. Xroniki yorğunluqdan əziyyət çəkən şəxslər bu vərdişdən xilas ola bilsələr günə daha gümrah başlaya bilərlər.
Bundan başqa, alimlər yuxudan ayılıb zəngli saatı söndürüb yenidən yatmağı məsləhət görmürlər. Onlar bildirir ki, yuxudan oyandıqdan sonra yatmaq əlavə enerji vermir, əksinə bir neçə dəfə yatıb oyanmaq günə daha pis başlamağa səbəb olur.
Bu vərdişdən xilas olmaq üçün alimlər zəngli saatı otaqdan daha uzağa qoymağı məsləhət görür. Belə olan halda şəxs saatı söndürmək üçün məcbur otağı tərk etməli olacaq və nəticədə yuxudan daha rahat ayılacaq, yenidən yatmaq istəməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0