https://sputnik.az/20231021/bolqaristan-ruminiya-ve-turkiye-qara-denizde-emeliyyat-kecirecek-459806330.html
Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdə əməliyyat keçirəcək
Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdə əməliyyat keçirəcək
Sputnik Azərbaycan
Taqarev bildirib ki, əməliyyat Qara dənizdəki üç dövlətin ərazi suları ilə məhdudlaşacaq, Ukrayna sahillərində suların minalardan təmizlənməsi üzrə iş... 21.10.2023, Sputnik Azərbaycan
2023-10-21T11:49+0400
2023-10-21T11:49+0400
2023-10-21T11:49+0400
türkiyə
dünya xəbərləri
mina
qara dəniz
bolqarıstan
https://cdnn1.img.sputnik.az/img/07e4/08/13/424714057_0:3:3015:1699_1920x0_80_0_0_5fb3ca6f59d4fd76ebbcbb5f3b32b92f.jpg
BAKI, 21 oktyabr — Sputnik. Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdəki ərazi sularını minalardan təmizləmək üçün tezliklə birgə əməliyyat keçirməyi planlaşdırır. Bu barədə Bolqarıstanın müdafiə naziri Todor Taqarev Sofiyada keçirilən beynəlxalq konfransda bildirib. Taqarev onu da bildirib ki, əməliyyat Qara dənizdəki üç dövlətin ərazi suları ilə məhdudlaşacaq, Ukrayna sahillərində suların minalardan təmizlənməsi üzrə iş gözlənilmir. Sonrakı mərhələdə birgə əməliyyata gürcü mütəxəssisləri də cəlb etmək mümkündür. Sentyabrda NATO ölkələri Rumıniyada dəniz minalarına qarşı mübarizə təlimləri keçirib. Manevrlər Qara dəniz və Dunay deltasında baş tutub. Bolqarıstan, Böyük Britaniya, Rumıniya, ABŞ, Türkiyə, Ukrayna və Fransadan iki yüzdən çox hərbi dənizçi iştirak edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/13/424714057_0:0:2731:2048_1920x0_80_0_0_55adf77d8b186a6ad709985481cd41f1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, mina, qara dəniz, bolqarıstan
türkiyə, mina, qara dəniz, bolqarıstan
Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdə əməliyyat keçirəcək
Taqarev bildirib ki, əməliyyat Qara dənizdəki üç dövlətin ərazi suları ilə məhdudlaşacaq, Ukrayna sahillərində suların minalardan təmizlənməsi üzrə iş gözlənilmir.
BAKI, 21 oktyabr — Sputnik. Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdəki ərazi sularını minalardan təmizləmək üçün tezliklə birgə əməliyyat keçirməyi planlaşdırır. Bu barədə Bolqarıstanın müdafiə naziri Todor Taqarev Sofiyada keçirilən beynəlxalq konfransda bildirib.
"Əməliyyat iki ay idi ki, hazırlanırdı və bu barədə məlumat açıqlanmayıb. Hazırda bəzi xırda detallara aydınlıq gətirilməlidir. İnanıram ki, bu əməliyyat yaxın vaxtlarda başlayacaq", - deyə nazir bildirib.
Taqarev onu da bildirib ki, əməliyyat Qara dənizdəki üç dövlətin ərazi suları ilə məhdudlaşacaq, Ukrayna sahillərində suların minalardan təmizlənməsi üzrə iş gözlənilmir. Sonrakı mərhələdə birgə əməliyyata gürcü mütəxəssisləri də cəlb etmək mümkündür.
Sentyabrda NATO ölkələri Rumıniyada dəniz minalarına qarşı mübarizə təlimləri keçirib. Manevrlər Qara dəniz və Dunay deltasında baş tutub. Bolqarıstan, Böyük Britaniya, Rumıniya, ABŞ, Türkiyə, Ukrayna və Fransadan iki yüzdən çox hərbi dənizçi iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.