https://sputnik.az/20231021/baki-ve-astana-emekdasligin-inkisafi-perspektivlerini-muzakire-edibler-459821707.html
Bakı və Astana əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər
Bakı və Astana əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər
Sputnik Azərbaycan
Bildirilib ki, hazırda Azərbaycanda aqrar, sənaye, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində 150-dən çox Qazaxıstan investisiyalı şirkət fəaliyyət... 21.10.2023, Sputnik Azərbaycan
2023-10-21T19:38+0400
2023-10-21T19:38+0400
2023-10-21T19:38+0400
iqtisadiyyat
azərbaycan
qazaxıstan
mikayıl cabbarov
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/15/459819790_0:55:1281:775_1920x0_80_0_0_7b961149852ee60b1f6b93e3a47f635f.jpg
BAKI, 21 oktyabr - Sputnik. Azərbaycanın iqtisadiyyat nazirinin Qazaxıstan Prezidentinin müşaviri ilə görüşündə ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat–tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Bu barədə Azərtac xəbər yayıb.Bildirilir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Prezidentinin müşaviri Kanat Bozumbayev ilə görüşüb.Görüşdə hər iki ölkənin dövlət başçılarının qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafına xüsusi önəm verdiyi vurğulanıb.Bildirilib ki, ikitərəfli iqtisadi əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlər, imzalanmış sənədlər, keçirilən tədbirlər mühüm rol oynayır. Bununla yanaşı, ölkələrimiz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq edir.Qeyd edilib ki, Azərbaycan-Qazaxıstan iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi xüsusi önəm kəsb edir. İnvestisiya mühüm əməkdaşlıq istiqamətləri sırasında yer alır. Azərbaycanda aqrar, sənaye, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində 150-dən çox Qazaxıstan investisiyalı kommersiya qurumu fəaliyyət göstərir.Tərəflər iqtisadi əlaqələrin inkişafı perspektivləri, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat–tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/15/459819790_86:0:1187:826_1920x0_80_0_0_d8e5623443f6ff02144e51d342ae1e43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, qazaxıstan, mikayıl cabbarov
azərbaycan, qazaxıstan, mikayıl cabbarov
Bakı və Astana əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər
Bildirilib ki, hazırda Azərbaycanda aqrar, sənaye, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində 150-dən çox Qazaxıstan investisiyalı şirkət fəaliyyət göstərir.
BAKI, 21 oktyabr - Sputnik. Azərbaycanın iqtisadiyyat nazirinin Qazaxıstan Prezidentinin müşaviri ilə görüşündə ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat–tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Bu barədə Azərtac xəbər yayıb.
Bildirilir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Prezidentinin müşaviri Kanat Bozumbayev ilə görüşüb.
Görüşdə hər iki ölkənin dövlət başçılarının qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafına xüsusi önəm verdiyi vurğulanıb.
Bildirilib ki, ikitərəfli iqtisadi əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlər, imzalanmış sənədlər, keçirilən tədbirlər mühüm rol oynayır. Bununla yanaşı, ölkələrimiz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq edir.
Qeyd edilib ki, Azərbaycan-Qazaxıstan iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi xüsusi önəm kəsb edir. İnvestisiya mühüm əməkdaşlıq istiqamətləri sırasında yer alır. Azərbaycanda aqrar, sənaye, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində 150-dən çox Qazaxıstan investisiyalı kommersiya qurumu fəaliyyət göstərir.
Tərəflər iqtisadi əlaqələrin inkişafı perspektivləri, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat–tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.