https://sputnik.az/20231021/baki-tesebbus-qrupunun-ofisi-acilib-459812615.html
Bakı Təşəbbüs Qrupunun ofisi açılıb
Bakı Təşəbbüs Qrupunun ofisi açılıb
Sputnik Azərbaycan
XXI əsrdə dünyanın müstəmləkəçilikdən əziyyət çəkən müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verən təşkilat cari ilin... 21.10.2023, Sputnik Azərbaycan
2023-10-21T14:26+0400
2023-10-21T14:26+0400
2023-10-21T14:26+0400
siyasət
bakı
təşəbbüs
qrup
müstəmləkə
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/15/459812288_0:63:1200:738_1920x0_80_0_0_3cac2f56cdcd6fa3cb45325ab7d26019.jpg
BAKI, 21 oktyabr - Sputnik. Oktyabrın 21-də Bakı Təşəbbüs Qrupunun Ofisinin rəsmi açılış mərasimi olub. Açılışda Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, qurumun rəsmi şəxsləri, yerli və xarici qonaqlar iştirak ediblər.Bakı Təşəbbüs Qrupunun direktoru Abbas Abbasov deyib ki, kolonializm və neokolonializmə qarşı mübarizə davam edəcək.Onun sözlərinə görə, bu istiqamətdə fəaliyyət beynəlxalq hüquq çərçşivəsində davam etdiriləcək:Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.Qrup XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/15/459812288_67:0:1134:800_1920x0_80_0_0_ee98fff5049cb0e87fddf4ae8c366ba9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, təşəbbüs, qrup, müstəmləkə
bakı, təşəbbüs, qrup, müstəmləkə
Bakı Təşəbbüs Qrupunun ofisi açılıb
XXI əsrdə dünyanın müstəmləkəçilikdən əziyyət çəkən müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verən təşkilat cari ilin iyulunda yaradılıb.
BAKI, 21 oktyabr - Sputnik. Oktyabrın 21-də Bakı Təşəbbüs Qrupunun Ofisinin rəsmi açılış mərasimi olub. Açılışda Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, qurumun rəsmi şəxsləri, yerli və xarici qonaqlar iştirak ediblər.
Bakı Təşəbbüs Qrupunun direktoru Abbas Abbasov deyib ki, kolonializm və neokolonializmə qarşı mübarizə davam edəcək.
Onun sözlərinə görə, bu istiqamətdə fəaliyyət beynəlxalq hüquq çərçşivəsində davam etdiriləcək:
"Bildiyiniz kimi Qoşulmama Hərəkatında Azərbaycan Respublikasının sədrliyi yekunlaşmaq üzrədir. Bu proses yekunlaşdıqdan sonra sırf neokolonializmə qarşı mübarizədə Bakı Təşəbbüs Qrupu olaraq fəaliyyət göstərəcəyik. Kolonializm və neokolonializmə qarşı mübarizə müstəmləkəçilikdən zərər çəkən bütün regionları əhatə edəcək".
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
Qrup XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.