Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan-Türkiyə birgə təlimində aviasiya vasitələri də iştirak edir - VİDEO

© Sputnik / Murad OrujovAzərbaycan və Türkiyə aviasiya vasitələri, arxiv
Azərbaycan və Türkiyə aviasiya vasitələri, arxiv - Sputnik Azərbaycan, 1920, 21.10.2023
Abunə olmaq
Azərbaycan və Türkiyə hərbi aviasiya vasitələri birgə taktiki təliminin məşqləri davam edir.
BAKI, 21 oktyabr - Sputnik. Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlər keçirilir. Bu barədə Müdafiə nazirliyinin məlumatında deyilir.

"Bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, ölkəmizdə 23-25 oktyabr tarixlərində keçiriləcək təlimə hər iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0