DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ XHƏ başlayandan bəri Ukraynaya 90 milyard avroya yaxın vəsait köçürüb

© AP Photo / Gregorio Borgiaavro
avro - Sputnik Azərbaycan, 1920, 21.10.2023
Abunə olmaq
Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, sözügedən məbləğin üçdə biri, yəni, təxminən 27 milyard avro silah və sursat şəklində köçürülüb. Ursula fon der Lyayen vurğulayıb ki, Aİ Ukraynanı silahla təmin etməyə davam etməlidir.
BAKI, 21 oktyabr — Sputnik. Avropa İttifaqı Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan bəri Ukraynaya, təxminən 90 milyard avro yardım köçürüb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu barədə Vaşinqtondakı Hudzon İnstitutunda çıxışı zamanı açıqlama verib.
Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, sözügedən məbləğin üçdə biri, yəni, təxminən 27 milyard avro silah və sursat şəklində köçürülüb. Ursula fon der Lyayen vurğulayıb ki, Aİ Ukraynanı silahla təmin etməyə davam etməlidir.
"Bunun üçün biz hərbi sənayemizi genişləndirməli və silah istehsalını artırmalıyıq. Biz artıq bunu etməyə başlamışıq və hesab edirəm ki, biz bunu ABŞ-la əməkdaşlıq çərçivəsində etməliyik", - deyə siyasətçi bəyan edib.
Bundan əlavə, Avropa Komissiyasının sədri Rusiyaya qarşı sanksiyaları artırmağa çağırıb və əmin edib ki, "onlar əbədi olaraq qalacaq".
Bundan əvvəl Britaniyanın "The Telegraph" qəzeti yazıb ki, Ukraynaya dəstək zəifləyir, çünki getdikcə daha çox Aİ ölkəsi onun zəruriliyinə şübhə edir. Eyni zamanda, Kiyevə silah tədarükü böhranı daha da ağırlaşdırıb və Ukraynanın maraqlarına zərbə vurub.
Xəbər lenti
0