https://sputnik.az/20231020/srail-hokumeti-el-cezire-kanalinin-olkedeki-filialini-baglamaq-qerarina-gelib-459782423.html
İsrail hökuməti "Əl-Cəzirə" kanalının ölkədəki filialını bağlamaq qərarına gəlib
İsrail hökuməti "Əl-Cəzirə" kanalının ölkədəki filialını bağlamaq qərarına gəlib
Sputnik Azərbaycan
İsrail hökuməti bildirib ki, "Əl-Cəzirə" televiziya kanalının reportajları dövlətin təhlükəsizliyinə ziyan vurur. 20.10.2023, Sputnik Azərbaycan
2023-10-20T17:04+0400
2023-10-20T17:04+0400
2023-10-20T17:04+0400
israil
dünya xəbərləri
əl-cəzirə
telekanal
hökumət
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/14/459782256_0:0:3005:1691_1920x0_80_0_0_f26873afa718038f9533130b819e5e1a.jpg
BAKI, 20 oktyabr — Sputnik. İsrail Qətərin "Əl-Cəzirə" telekanalının yayımını qadağan etmək və onun ölkə ərazisindəki bütün filiallarını bağlamaq qərarına gəlib. Bu barədə "Now24" nəşri yazıb. Nəşrin məlumatına görə, İsrailin rabitə naziri Şlomo Kari Baş nazir Benyamin Netanyahunun göstərişi əsasında təhlükəsizlik qüvvələrinin dəstəyi və hökumətin hüquq müşaviri ilə koordinasiyalı şəkildə "Əl-Cəzirə" televiziya kanalı ilə bağlı fövqəladə müddəaları Nazirlər Kabinetinin təsdiqinə təqdim edib. Qeyd olunur ki, bu qərara səbəb İsraildə ölkənin təhlükəsizliyini təhdid edən yayım şirkətlərinin bağlanması üçün fövqəladə müddəaların tətbiq edilməsi olub. Rabitə naziri bildirib ki, İsrail hazırda müharibə vəziyyətindədir, buna görə də dövlətin təhlükəsizliyinə xələl gətirən yayımlara icazə verməyəcək. Hökumət rəsmiləri deyirlər ki, "Əl-Cəzirə" telekanalının verilişləri və reportajları İsrailə qarşı təhrik edir, dövlətin təhlükəsizliyinə zərər verir, həmçinin terror təşkilatlarının maraqlarına xidmət edir. Bu yaxınlarda "KP.RU" saytı İsrailin informasiya müharibəsində nəyə görə uduzduğunu bildirib. Qeyd olunub ki, İsrail hakimiyyəti Qərbdə ictimai rəyə nəzarət etmək imkanlarını həddən artıq qiymətləndirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/14/459782256_274:0:3005:2048_1920x0_80_0_0_2ab0c4e3cc958d7613f4dc3da02da438.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, əl-cəzirə, telekanal, hökumət
israil, əl-cəzirə, telekanal, hökumət
İsrail hökuməti "Əl-Cəzirə" kanalının ölkədəki filialını bağlamaq qərarına gəlib
İsrail hökuməti bildirib ki, "Əl-Cəzirə" televiziya kanalının reportajları dövlətin təhlükəsizliyinə ziyan vurur.
BAKI, 20 oktyabr — Sputnik. İsrail Qətərin "Əl-Cəzirə" telekanalının yayımını qadağan etmək və onun ölkə ərazisindəki bütün filiallarını bağlamaq qərarına gəlib.
Bu barədə "Now24" nəşri yazıb.
Nəşrin məlumatına görə, İsrailin rabitə naziri Şlomo Kari Baş nazir Benyamin Netanyahunun göstərişi əsasında təhlükəsizlik qüvvələrinin dəstəyi və hökumətin hüquq müşaviri ilə koordinasiyalı şəkildə "Əl-Cəzirə" televiziya kanalı ilə bağlı fövqəladə müddəaları Nazirlər Kabinetinin təsdiqinə təqdim edib.
Qeyd olunur ki, bu qərara səbəb İsraildə ölkənin təhlükəsizliyini təhdid edən yayım şirkətlərinin bağlanması üçün fövqəladə müddəaların tətbiq edilməsi olub.
Rabitə naziri bildirib ki, İsrail hazırda müharibə vəziyyətindədir, buna görə də dövlətin təhlükəsizliyinə xələl gətirən yayımlara icazə verməyəcək. Hökumət rəsmiləri deyirlər ki, "Əl-Cəzirə" telekanalının verilişləri və reportajları İsrailə qarşı təhrik edir, dövlətin təhlükəsizliyinə zərər verir, həmçinin terror təşkilatlarının maraqlarına xidmət edir.
Bu yaxınlarda "KP.RU" saytı İsrailin informasiya müharibəsində nəyə görə uduzduğunu bildirib. Qeyd olunub ki, İsrail hakimiyyəti Qərbdə ictimai rəyə nəzarət etmək imkanlarını həddən artıq qiymətləndirib.