https://sputnik.az/20231020/siyavus-novzuzov-zahid-orucun-teklifine-etiraz-etdi-459778424.html
Siyavuş Novruzov Zahid Orucun təklifinə etiraz etdi
Siyavuş Novruzov Zahid Orucun təklifinə etiraz etdi
Sputnik Azərbaycan
Deputatın sözlərinə görə, Yaxın Şərqdə coğrafiyası genişlənən müharibə sübut edir ki, Ermənistanla “sülh müqaviləsi” bağlasaq da, sümürgən Qərb imperializmi... 20.10.2023, Sputnik Azərbaycan
2023-10-20T12:49+0400
2023-10-20T12:49+0400
2023-10-20T13:03+0400
zahid oruc
azərbaycan xəbərləri
respublika
üçüncü
siyavuş novruzov
https://cdnn1.img.sputnik.az/img/40520/66/405206664_0:0:2000:1125_1920x0_80_0_0_3cb5ad5a6efda80a94cbdc0871487b27.jpg
BAKI, 20 oktyabr - Sputnik. “1991-ci ildə Müstəqillik Bəyannaməsi qəbul ediləndə Xankəndi, Qarabağın inzibati ərazisinin üçdəbiri Azərbaycanın nəzarətində deyildi”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. Zahid Oruc deyib ki, Vətən müharibəsində qazanılan Zəfər millətimizə 20 sentyabr bütövlüyündən doğulan Yeni Müstəqillik Günü bəxş edib: “Biz əvvəlki təqvimləri yeniləməli, 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik gün”ü kimi rəsmiləşdirməli və əbədiləşdirməliyik. 8 noyabr dünya erməniçiliyi üçün matəm günüdür və onlar 90-cı illərin Azərbaycanı kimi 13 sentyabr Qaragöl, 12 dekabr Xankəndi-Laçın yolu, 23 apreli Laçın sərhəd məntəqəsi, 28 mart Fərrux yüksəkliyi və nəhayət, 20 sentyabr Xankəndinin itirilməsini faciə təqviminə çeviriblər. Əlbəttə, bir millət 90-cı ilin Qələbəsini deyil, soyqırımı həyat amalına çevirmişdisə, sonu belə də olmalıydı. 1-ci Qarabağ savaşından sonra Ermənistanın milli qəhrəmanı olanlar 44 günlük müharibədən sonra titullarını itiriblər. İndi 200 il bir əsatirə çəkilən xərcin əvəzini kim ödəyəcək? Yerə salınan bayraq və gerbi haradan asacaqlar? 30 ilin dağ ordusu silahı təhvil verib mülki geyimdə Azərbaycanı tərk edib. Bir nəfər belə hərbi mundiri ilə sərhəd məntəqəsində həbs olunub öz xalqının qəhrəmanına çevrilməyib. Nə 44 gündə, nə də 20 sentyabrda bir qəhrəmanlıq səhnəsi yoxdur ki, onun üzərində Azərbaycanın Horadiz əməliyyatına bənzər uğur hekayəsi qursunlar. Azərbaycan xalqı torpaqlarını vuruşaraq geri qaytarıb. Ona görə də İlham Əliyev Şuşa və Xankəndini siyasi paytaxta çevirir, dövlət rəhbərlərini azad torpaqlarda qəbul edir və regionun gələcəyini yeni zirvələrdən verir”. Deputatın sözlərinə görə, Yaxın Şərqdə coğrafiyası genişlənən müharibə sübut edir ki, Ermənistanla “sülh müqaviləsi” bağlasaq da, sümürgən Qərb imperializmi bizdən əl çəkməyəcək: “Niderland, İspaniya, Avstriyanın qərarı sübutdur. Gəlin, unutmayaq: Qarabağ 30 il bizi birləşdirən milli ideal idi, indi onu itirilmiş sayan dünya erməniçiliyi Xankəndini səfərbərlik simvoluna çevirir. Bizim növbəti vəzifəmiz düşmənin həsrətini yox etməkdir”.Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, Zahid Oruc məlumat versin ki, hansı parametrə uyğun 4-cü Respublika qurulduğunu deyir. O bildirib ki, bu, dövlət üçün vacib məsələdir: “Tarix birdir, tarixi inkişaf etdirən də birdir, ərazini işğaldan azad edən bəllidir. Bizim 4-cü Respublikamız hələ olmayıb. Mən heç arzu da etmirəm ki, 4-cü Respublikamız olsun. Çünki 3-cü Respublikamız var və torpaqlarımızı işğaldan azad edib”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40520/66/405206664_293:0:2000:1280_1920x0_80_0_0_bc18b84ab20380dbc8d4e96af67c8f2b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
zahid oruc, respublika, üçüncü, siyavuş novruzov
zahid oruc, respublika, üçüncü, siyavuş novruzov
Siyavuş Novruzov Zahid Orucun təklifinə etiraz etdi
12:49 20.10.2023 (Yenilənib: 13:03 20.10.2023) Deputatın sözlərinə görə, Yaxın Şərqdə coğrafiyası genişlənən müharibə sübut edir ki, Ermənistanla “sülh müqaviləsi” bağlasaq da, sümürgən Qərb imperializmi bizdən əl çəkməyəcək.
BAKI, 20 oktyabr - Sputnik. “1991-ci ildə Müstəqillik Bəyannaməsi qəbul ediləndə Xankəndi, Qarabağın inzibati ərazisinin üçdəbiri Azərbaycanın nəzarətində deyildi”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Zahid Oruc deyib ki, Vətən müharibəsində qazanılan Zəfər millətimizə 20 sentyabr bütövlüyündən doğulan Yeni Müstəqillik Günü bəxş edib: “Biz əvvəlki təqvimləri yeniləməli, 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik gün”ü kimi rəsmiləşdirməli və əbədiləşdirməliyik. 8 noyabr dünya erməniçiliyi üçün matəm günüdür və onlar 90-cı illərin Azərbaycanı kimi 13 sentyabr Qaragöl, 12 dekabr Xankəndi-Laçın yolu, 23 apreli Laçın sərhəd məntəqəsi, 28 mart Fərrux yüksəkliyi və nəhayət, 20 sentyabr Xankəndinin itirilməsini faciə təqviminə çeviriblər. Əlbəttə, bir millət 90-cı ilin Qələbəsini deyil, soyqırımı həyat amalına çevirmişdisə, sonu belə də olmalıydı. 1-ci Qarabağ savaşından sonra Ermənistanın milli qəhrəmanı olanlar 44 günlük müharibədən sonra titullarını itiriblər. İndi 200 il bir əsatirə çəkilən xərcin əvəzini kim ödəyəcək? Yerə salınan bayraq və gerbi haradan asacaqlar? 30 ilin dağ ordusu silahı təhvil verib mülki geyimdə Azərbaycanı tərk edib. Bir nəfər belə hərbi mundiri ilə sərhəd məntəqəsində həbs olunub öz xalqının qəhrəmanına çevrilməyib. Nə 44 gündə, nə də 20 sentyabrda bir qəhrəmanlıq səhnəsi yoxdur ki, onun üzərində Azərbaycanın Horadiz əməliyyatına bənzər uğur hekayəsi qursunlar. Azərbaycan xalqı torpaqlarını vuruşaraq geri qaytarıb. Ona görə də İlham Əliyev Şuşa və Xankəndini siyasi paytaxta çevirir, dövlət rəhbərlərini azad torpaqlarda qəbul edir və regionun gələcəyini yeni zirvələrdən verir”.
Deputatın sözlərinə görə, Yaxın Şərqdə coğrafiyası genişlənən müharibə sübut edir ki, Ermənistanla “sülh müqaviləsi” bağlasaq da, sümürgən Qərb imperializmi bizdən əl çəkməyəcək: “Niderland, İspaniya, Avstriyanın qərarı sübutdur. Gəlin, unutmayaq: Qarabağ 30 il bizi birləşdirən milli ideal idi, indi onu itirilmiş sayan dünya erməniçiliyi Xankəndini səfərbərlik simvoluna çevirir. Bizim növbəti vəzifəmiz düşmənin həsrətini yox etməkdir”.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, Zahid Oruc məlumat versin ki, hansı parametrə uyğun 4-cü Respublika qurulduğunu deyir. O bildirib ki, bu, dövlət üçün vacib məsələdir: “Tarix birdir, tarixi inkişaf etdirən də birdir, ərazini işğaldan azad edən bəllidir. Bizim 4-cü Respublikamız hələ olmayıb. Mən heç arzu da etmirəm ki, 4-cü Respublikamız olsun. Çünki 3-cü Respublikamız var və torpaqlarımızı işğaldan azad edib”.