CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhsulu yoxlamadan ödəniş etməyin - Vəkil

© Sputnik / Murad OrujovTelefonla danışan şəxs
Telefonla danışan şəxs - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Abunə olmaq
İstehlakçı öz hüquqlarını qoruya bilmək üçün öncə məhsulu haradan sifariş verdiyinə diqqət etməlidir.
BAKI, 20 oktyabr — Sputnik. Bəzən istehlakçılar sosial şəbəkələr vasitəsilə edilən satışlarda aldadılır. Bu cür qanunsuz sahibkarlıqla məşğul olan şəxslər "WhatsApp" və ya saxta nömrələr vasitəsilə istehlakçılarla əlaqə qurur, ödəniləcək vəsaitin kiminsə bank hesabına köçürülməsini tələb edirlər.
Bunu Sputnik Azərbaycan-a vəkil Roman Qaraşov deyib.
© Photo : Courtesy of Roman GarasovRoman Qaraşov
Roman Qaraşov  - Sputnik Azərbaycan, 1920, 19.10.2023
Roman Qaraşov
Vəkil bildirir ki, bu cür şəxslər bəzən mövcud şirkətin adından istifadə edir, yaxud da uydurma adlarla yeni səhifələr yaradırlar: "Belə olan halda onlar nə vergi orqanlarında qeydiyyata alınır, nə onların qanuni əmtəə nişanı olur, nə də ümumiyyətlə, belə bir mağazaları fəaliyyət göstərir. Onlar sadəcə, saxta platformalar üzərindən müəyyən məhsulların satışını həyata keçirir, müəyyən mağazaların fotolarını paylaşırlar".
Vəkilin sözlərinə görə, əksər hallarda onların öz kuryeri olmadığından məhsulu sifarişçilərə taksi ilə göndərirlər: "Belə olan halda məhsulun nə zəmanət talonu, nə kassa çeki, nə də qəbzi olur. İstehlakçı isə nəsə problem olduqda məhsulu qaytara bilmir".
İstehlakçı hüquqlarının qorunması üçün nə etməlidir?
R.Qaraşov bildirir ki, istehlakçı öncə məhsulu haradan sifariş verdiyinə diqqət etməlidir: "Elektron ticarət haqqında" Qanunda satıcının alıcıların zəruri məlumatlarla tanış olmasına imkan yaratması ilə bağlı öhdəliyi nəzərdə tutulub. Satıcı alıcıları firma adı, VÖEN-i, əlaqə məlumatları, sahibkarlıq fəaliyyətinə xüsusi razılıq tələb olunduğu halda belə razılıq və s. məlumatlarla tanış etməlidir. İstehlakçı ünvanına çatan məhsulun yararlı olub-olmadığını müəyyən etdikdən sonra ödənişini həyata keçirməli və sənədi, qəbzi almalıdır".
Belə "sahibkar"lar məsuliyyət daşıyır
Vəkil qeyd edir ki, qanunsuz fəaliyyətlə məşğul olan sahibkarlar müvafiq qanunvericiliyə uyğun inzibati, mülki və cinayət məsuliyyəti daşıya bilərlər. Lakin bu da olduqca mürəkkəb prosesdir: "Bu o demək deyil ki, həmin şəxslər məsuliyyətə cəlb olunduqda məhsulları geri qaytaracaq, yaxud dəyişdirəcək. Odur ki, məhsul alınarkən daha çox diqqətli olmalıyıq".
"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, bu cür hallar tez-tez baş verir: "İnternet üzərindən bir sıra satışlarda istehlakçıların hüquqları pozulur. Keyfiyyətsiz mal göndərilir, istehlakçı bu lazımsız malı qaytara, dəyişə bilmir. Virtual olaraq satılan dərmanların 70 faizi saxta olur".
© Sputnik / Murad OrujovПредседатель Союза свободных потребителей Азербайджана Эйюб Гусейнов
Председатель Союза свободных потребителей Азербайджана Эйюб Гусейнов - Sputnik Azərbaycan, 1920, 19.10.2023
Председатель Союза свободных потребителей Азербайджана Эйюб Гусейнов
Mütəxəssislər istənilən halda istehlakçıların aldanmaması üçün məhsulu yoxladıqdan, zəmanət talonu aldıqdan sonra ödənişi həyata keçirməyi tövsiyə edirlər.
Qeyd edək ki, son günlər virtual məkanda istehlakçıların aldanması ilə bağlı xəbərlər daha çox yayılıb.
Xəbər lenti
0