Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib
Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Abunə olmaq
Görüşdə qarşılıqlı maraq doğuran ətrafında fikir mübadiləsi aparılıb.
BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda dövlət katibi köməkçisinin müavini Coşua Hakı qəbul edib.
Görüşdə regionda sülhün və sabitliyin təmin edilməsi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi və tezliklə imzalanması ilə bağlı niyyətini bir daha ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
0