DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan hakimiyyəti nüvə müharibəsi halında davranışlarla bağlı plan hazırlayıb - DTX

© Sputnik / Kamal AlmuradlıGürcüstan bayrağı
Gürcüstan bayrağı - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Abunə olmaq
Səhiyyə Nazirliyinin dərman ehtiyatı və insanların müalicəsi, həmçinin bomba sığınacaqlarının təşkili ilə bağlı konkret planı var.
BAKI, 20 oktyabr — Sputnik. Gürcüstan hökuməti müvafiq qurumlarla birlikdə regionda nüvə müharibəsi baş verəcəyi təqdirdə istifadə olunacaq müfəssəl plan hazırlayıb. Bu barədə jurnalistlərə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Qriqol Liluaşvili məlumat verib.
"Bilirsiniz ki, mövcud çağırışlar nüvə silahından istifadəni istisna etmir. Mən ölkəmizi nəzərdə tutmuram, bütövlükdə regionu nəzərdə tuturam. Hökumətin rəhbərliyi altında cavabdeh qurumların və Dövlət Təhlükəsizliyi Xidmətinin iştirakı ilə Fəaliyyət planı hazırlanıb təsdiq edilib, ona uyğun olaraq idarələr hərəkətlərin ssenarisini tərtib ediblər".
O, həmçinin əlavə edib ki, Səhiyyə Nazirliyinin dərman ehtiyatı və insanların müalicəsi, həmçinin bomba sığınacaqlarının təşkili ilə bağlı konkret planı var. Liluaşvili qeyd edib ki, nüvə zərbəsi zamanı bomba sığınacaqları da yararsız hala düşə bilər.
Xəbər lenti
0