https://sputnik.az/20231020/evin-damina-ve-ya-heyete-gunes-panelleri-qurasdirib-dovlete-enerji-sata-bilerik-459644505.html
Evin damına və ya həyətə günəş panelləri quraşdırıb dövlətə enerji sata bilərik
Evin damına və ya həyətə günəş panelləri quraşdırıb dövlətə enerji sata bilərik
Sputnik Azərbaycan
Ekspertlər Azərbaycanda günəş panellərindən necə faydalanmağın yollarını açıqlayıblar. 20.10.2023, Sputnik Azərbaycan
2023-10-20T09:03+0400
2023-10-20T09:03+0400
2023-10-20T09:03+0400
günəş
cəmiyyət
enerji
ilham şaban
neft araşdırmaları mərkəzinin rəhbəri ilham şaban
natiq cəfərli
iqtisadçı-ekspert natiq cəfərli
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427398336_0:92:3317:1957_1920x0_80_0_0_578215ed4224f932c8bb34e2075f1367.jpg
BAKI, 20 oktyabr — Sputnik. Nazirlər Kabinetinin yeni qərarı ilə Azərbaycanda günəş panellərindən istifadə ilə əlavə gəlir əldə etmək mümkün olacaq. Bununla əhali evlərin damına və ya həyətyanı sahələrə günəş panelləri quraşdıraraq enerjidən istifadə edə, depolanan enejini isə dövlətə sata biləcək. Bunun üçün istehlakçılar elektrik enerjisinin idxal və ixracını ölçə bilən ikitərəfli sayğaclardan istifadə edəcək. Nəticədə istehsalçı o şəbəkəyə ötürdüyü və əldə etdiyi enerjini hesablaya biləcək. Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq qanundan irəli gələn qərarların icrası üçün bir sıra addımlar atılır. O qeyd edib ki, ucuz panellər daha faydalı iş əmsalına, baha satılan panellər isə yüksək enerji hasili qabiliyyətinə malikdir. Ekspert xüsusi ilə onu da vurğulayır ki, bu panelləri alıb evin üzərinə quraşdırmaqla iş bitmir: "Yəni enerjini saxlamaq üçün akkumulyator və enerjini sabitləşdirən amperlər olmalıdır. Bu o deməkdir ki, günəş panellərindən elektrik enerjisi əldə etmək, əmtəəlik şəkildə bazarda satmaq kifayət qədər yüksək maliyyə tələb edir". İ.Şaban qeyd edib ki, Azərbaycanın bütün rayonlarında subsidiya hesabına alternativ enerjiyə əlçatanlığı təmin etmək mümkündür:“İşğaldan azad olunmuş ərazilərdə panellərin quraşdırılması mümkündür. Azərbaycanın bütün rayonlarında subsidiya hesabına bunu təkmilləşdirmək olar". İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyada qəbul olunan trendə əsasən Azərbaycanda da bərpaolunan enerji ilə bağlı yeni qərarlar verilir. Sadəcə, bunun həyata keçirilməsi ilə bağlı mexanizm daha asan və sürətli olmalıdır ki, bu panellərdən istifadə artsın. "Bir çox ölkələrin təcrübəsinə əsasən əhali Günəş panelləri ilə enerji istehsal edir, istehlak etdiyi enerjidən qalanını isə şəbəkəyə ötürərək ondan pul qazanır. Azərbaycanda bunun mexanizmi hazırlanmalıdır ki, əhali üçün sərfəli olsun və enerjini satmaqda maraqlı olsun. Bu baş verərsə, Günəş panellərindən əlavə gəlir ciddi marağa səbəb olacaq", - deyə o, əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427398336_292:0:3023:2048_1920x0_80_0_0_abc3e8983d5e2e347ad541b7f62271dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
günəş, enerji, ilham şaban, neft araşdırmaları mərkəzinin rəhbəri ilham şaban, natiq cəfərli, iqtisadçı-ekspert natiq cəfərli
günəş, enerji, ilham şaban, neft araşdırmaları mərkəzinin rəhbəri ilham şaban, natiq cəfərli, iqtisadçı-ekspert natiq cəfərli
Evin damına və ya həyətə günəş panelləri quraşdırıb dövlətə enerji sata bilərik
Ekspertlər Azərbaycanda günəş panellərindən necə faydalanmağın yollarını açıqlayıblar.
BAKI, 20 oktyabr — Sputnik. Nazirlər Kabinetinin yeni qərarı ilə Azərbaycanda günəş panellərindən istifadə ilə əlavə gəlir əldə etmək mümkün olacaq.
Bununla əhali evlərin damına və ya həyətyanı sahələrə günəş panelləri quraşdıraraq enerjidən istifadə edə, depolanan enejini isə dövlətə sata biləcək. Bunun üçün istehlakçılar elektrik enerjisinin idxal və ixracını ölçə bilən ikitərəfli sayğaclardan istifadə edəcək. Nəticədə istehsalçı o şəbəkəyə ötürdüyü və əldə etdiyi enerjini hesablaya biləcək.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq qanundan irəli gələn qərarların icrası üçün bir sıra addımlar atılır.
O qeyd edib ki, ucuz panellər daha faydalı iş əmsalına, baha satılan panellər isə yüksək enerji hasili qabiliyyətinə malikdir. Ekspert xüsusi ilə onu da vurğulayır ki, bu panelləri alıb evin üzərinə quraşdırmaqla iş bitmir:
"Yəni enerjini saxlamaq üçün akkumulyator və enerjini sabitləşdirən amperlər olmalıdır. Bu o deməkdir ki, günəş panellərindən elektrik enerjisi əldə etmək, əmtəəlik şəkildə bazarda satmaq kifayət qədər yüksək maliyyə tələb edir".
İ.Şaban qeyd edib ki, Azərbaycanın bütün rayonlarında subsidiya hesabına alternativ enerjiyə əlçatanlığı təmin etmək mümkündür:
“İşğaldan azad olunmuş ərazilərdə panellərin quraşdırılması mümkündür. Azərbaycanın bütün rayonlarında subsidiya hesabına bunu təkmilləşdirmək olar".
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyada qəbul olunan trendə əsasən Azərbaycanda da bərpaolunan enerji ilə bağlı yeni qərarlar verilir. Sadəcə, bunun həyata keçirilməsi ilə bağlı mexanizm daha asan və sürətli olmalıdır ki, bu panellərdən istifadə artsın.
"Bir çox ölkələrin təcrübəsinə əsasən əhali Günəş panelləri ilə enerji istehsal edir, istehlak etdiyi enerjidən qalanını isə şəbəkəyə ötürərək ondan pul qazanır. Azərbaycanda bunun mexanizmi hazırlanmalıdır ki, əhali üçün sərfəli olsun və enerjini satmaqda maraqlı olsun. Bu baş verərsə, Günəş panellərindən əlavə gəlir ciddi marağa səbəb olacaq", - deyə o, əlavə edib.