SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan XİN: Bakı ilə münasibətlərin normallaşması İrəvan üçün vacibdir

© Sputnik / Асатур Есаянц / Mediabanka keçidİrəvan, Teatr meydanı
İrəvan, Teatr meydanı - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Abunə olmaq
Kostanyan qeyd edib ki, Brüssel görüşünün vaxtı hələ müəyyən edilməyib, çünki bu, ilk növbədə Azərbaycanın iştirakını təsdiqləməsindən asılıdır.
BAKI, 20 oktyabr — Sputnik. Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaqda maraqlıdır, bunun hansı danışıqlar platformasında baş verəcəyi o qədər də önəmli deyil. Bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
"Danışıqlar platforması özlüyündə məqsəd ola bilməz. Qonşumuzla münasibətləri normallaşdırmaq bizim üçün vacibdir. Biz istəyirik ki, əldə olunmuş və yazılı şəkildə təsdiq edilmiş razılaşmalar həyata keçirilsin və tərəfdaşlar bu razılaşmaların icrasına zəmanət versinlər", - diplomat bildirib.
Xatırladaq ki, oktyabrın sonunda Brüsseldə Avropa Şurası rəhbərinin iştirakı ilə Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tuta bilər.
Kostanyan qeyd edib ki, Brüssel görüşünün vaxtı hələ müəyyən edilməyib, çünki bu, ilk növbədə Azərbaycanın iştirakını təsdiqləməsindən asılıdır. Bu arada, Rusiya prezidenti Vladimir Putin daha əvvəl danışıqlar və sülh müqaviləsinin imzalanması üçün Rusiya platforması təklif etmişdi.
Министр иностранных дел Азербайджана Джейхун Байрамов - Sputnik Azərbaycan, 1920, 20.10.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Ceyhun Bayramov səfirlərlə Ermənistanla sülh və normallaşma prosesini müzakirə edib
Xəbər lenti
0