https://sputnik.az/20231020/energetikler-gunu-azerbaycan-enerji-sahesinde-neye-nail-olub-459760057.html
Energetiklər Günü: Azərbaycan enerji sahəsində nəyə nail olub
Energetiklər Günü: Azərbaycan enerji sahəsində nəyə nail olub
Sputnik Azərbaycan
Azərbaycan enerji sahəsində, xüsusən də karbohidrogenlərin dünya bazarlarına tədarükünə başlandıqdan sonra mühüm uğurlar əldə edib. Ölkənin enerji sahəsindəki... 20.10.2023, Sputnik Azərbaycan
2023-10-20T11:00+0400
2023-10-20T11:00+0400
2023-10-20T11:00+0400
enerji
infoqrafika
energetika nazirliyi
energetika
bakı-tbilisi-ceyhan
bakı-tbilisi-ceyhan boru kəməri
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/13/459759887_0:0:641:360_1920x0_80_0_0_bdf0003cadb33adf6e3fc12e5b04f7cf.jpg
Azərbaycanda 20 oktyabr Energetiklər Günü kimi qeyd olunur. Peşə bayramı 1981-ci ilin məhz bu günündə Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) ilk enerji blokunun işə salınması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan enerji sahəsində, xüsusən də karbohidrogenlərin dünya bazarlarına tədarükünə başlandıqdan sonra əhəmiyyətli uğurlar əldə edib. Belə ki, 1994-cü ildə dünyanın səkkiz ölkəsini təmsil edən neft hasilatında ixtisaslaşan 13 iri şirkət arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" üç neft yatağının birgə işlənməsi haqqında "Əsrin müqaviləsi" imzalanıb. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri istifadəyə verilib və bu kəmər vasitəsilə Azərbaycan nefti dünya bazarına ixrac edilir. Daha sonra Azərbaycanda qaz yataqlarının işlənməsinə başlanılıb, onların ən böyüyü olan "Şahdəniz"də qazma işləri 2006-cı ildə başlayıb. 2007-ci ildə isə Cənubi Qafqaz boru kəməri işə salınıb və bu kəmər vasitəsilə Azərbaycan ilk dəfə olaraq "mavi yanacaq" ixrac etməyə başlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/13/459759887_0:0:481:360_1920x0_80_0_0_c316a0774190013fdb7b3c6f61587c79.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
enerji, видео, energetika nazirliyi, energetika, bakı-tbilisi-ceyhan, bakı-tbilisi-ceyhan boru kəməri
enerji, видео, energetika nazirliyi, energetika, bakı-tbilisi-ceyhan, bakı-tbilisi-ceyhan boru kəməri
Energetiklər Günü: Azərbaycan enerji sahəsində nəyə nail olub
Azərbaycan enerji sahəsində, xüsusən də karbohidrogenlərin dünya bazarlarına tədarükünə başlandıqdan sonra mühüm uğurlar əldə edib. Ölkənin enerji sahəsindəki əldə etdiyi nailiyyətlər haqqında daha ətraflı Sputnik Azərbaycan-ın video infoqrafikasında.
Azərbaycanda 20 oktyabr Energetiklər Günü kimi qeyd olunur. Peşə bayramı 1981-ci ilin məhz bu günündə Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) ilk enerji blokunun işə salınması ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan enerji sahəsində, xüsusən də karbohidrogenlərin dünya bazarlarına tədarükünə başlandıqdan sonra əhəmiyyətli uğurlar əldə edib. Belə ki, 1994-cü ildə dünyanın səkkiz ölkəsini təmsil edən neft hasilatında ixtisaslaşan 13 iri şirkət arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" üç neft yatağının birgə işlənməsi haqqında "Əsrin müqaviləsi" imzalanıb.
2006-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri istifadəyə verilib və bu kəmər vasitəsilə Azərbaycan nefti dünya bazarına ixrac edilir.
Daha sonra Azərbaycanda qaz yataqlarının işlənməsinə başlanılıb, onların ən böyüyü olan "Şahdəniz"də qazma işləri 2006-cı ildə başlayıb. 2007-ci ildə isə Cənubi Qafqaz boru kəməri işə salınıb və bu kəmər vasitəsilə Azərbaycan ilk dəfə olaraq "mavi yanacaq" ixrac etməyə başlayıb.