Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Dövlət ehtiyatları ilə bağlı yeni qanun birinci oxunuşda qəbul edilib

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Abunə olmaq
Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək.
BAKI, 20 oktyabr - Sputnik. Milli Məclisdə “Dövlət ehtiyatları haqqında” yeni qanun layihəsinə baxılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, son illər dünyada baş verən kataklizmlər iqtisadi təhlükəsizliyin tərkib hissəsi olan ərzaq təhlükəsizliyinin təminatı üçün dövlətin əlavə funksiyaları üzərinə götürmək zərurətini yaradıb. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmini üçün dövlət ehtiyatlarının və ərzaq balansının yaradılması istiqamətində atılan mühüm addımlardan söz açan komitə sədri 4 fəsil 14 maddədən ibarət yeni qanun layihəsində dövlət ehtiyatlarının yaradılması və ərzaq balansının təmin edilməsi üçün müasir və mütərəqqi tənzimləmələrin təsbit olunduğunu vurğulayıb.
Qeyd edək ki, Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqov qanun layihəsinin ölkəmizdə dövlət ehtiyatları sahəsini tənzimləyən vahid normativ hüquqi aktın, bu sahə üzrə vahid konseptual yanaşmanın qəbul olunması zərurətindən irəli gələrək hazırlandığını bildirib. Layihənin ümumi strategiyasından bəhs edən agentlik sədri sənəddə dövlət ehtiyatlarının strateji, fövqəladə və səfərbərlik olaraq 3 bloka bölündüyünü bildirib, onların əhatə dairəsi, strukturu barədə danışıb. Diqqətə çatdırılıb ki, layihənin məqsədi dövlət ehtiyatlarının dayanıqlılığını və onlardan düzgün istifadəni təmin etməkdir.
“Dövlət ehtiyatları haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Əlavə edək ki, bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Bu Qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil edilir.
Dövlət ehtiyatları deyəndə özündə strateji, fövqəladə və səfərbərlik ehtiyatlarını ehtiva edən maddi sərvətlərin xüsusi fondu nəzərdə tutulur.
Dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
- strateji əhəmiyyətli malların siyahısını, istehlak bazarının həmin mallarla təmin edilməsi vəziyyəti baxımından qiymətlərin kəskin artması və azalması risklərini müəyyən etmək;
- strateji ehtiyatların və Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların tədarükünü eləcə də, təchizatçıların seçilməsini təmin etmək;
- strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq;
- ölkənin ərzaq balansını tərtib etmək.
Dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi ilə bağlı xərclər aşağıdakılar hesabına maliyyələşdirilir:
- dövlət büdcəsinin vəsaiti;
- dövlət ehtiyatlarının buraxılması nəticəsində əldə edilmiş vəsait;
- qanunla qadağan edilməyən digər mənbələrdən əldə edilən vəsait.
Xəbər lenti
0