DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Beynəlxalq Cinayət Məhkəməsi kiberhücumun qurbanı olub

© Depositphotos.com / Shmeljov Хакеры за работой
Хакеры за работой - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Abunə olmaq
Hadisəni törədəni müəyyən etmək hələlik mümkün olmayıb.
BAKI, 20 oktyabr - Sputnik. Beynəlxalq Cinayət Məhkəməsi (BCM) sentyabr ayında casusluq məqsədilə edilmiş kiberhücumunun qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə məhkəmənin press-relizində deyilir.
BCM təxminən beş həftə əvvəl ciddi kibertəhlükəsizlik insidenti olduğunu müəyyən edib. Məhkəmədən qeyd ediblər ki, mövcud sübutlar casusluq məqsədilə məqsədyönlü və mürəkkəb hücuma işarə edir. Əlavə edilib ki, bu əməl məhkəmənin mandatına ciddi zərbə vurmaq cəhdi kimi qiymətləndirilə bilər.
Hadisəni törədəni müəyyən etmək hələlik mümkün olmayıb.
“Mövcud olan məlumatlara əsasən, məhkəmə hazırda hücuma görə kimin məsuliyyət daşıdığını müəyyən edə bilmir. Niderlandın hüquq-mühafizə orqanları hazırda cinayət işi üzrə araşdırma aparır”, - press-relizdə deyilir.
Məhkəmə hansısa məlumatın oğurlanıb-oğurlanmadığını açıqlamayıb, lakin bununla bağlı fakt aşkarlanarsa, zərərçəkmişlərlə birbaşa əlaqə saxlanılacağını vurğulayıb.
Xəbər lenti
0