CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda gəlinini güllələyən səksən səkkiz yaşlı şəxs xəstəxanada ölüb

© Sputnik / Irade JELILTəcili yardım
Təcili yardım - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Abunə olmaq
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb
BAKI, 20 oktyabr — Sputnik. Ötən gün gəlinini güllələdikdən sonra intihara cəhd edən 88 yaşlı şəxs xəstəxanada ölüb.
Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, Yaşar Dadaşov dərman zəhərlənməsi diaqnozu ilə Toksikologiya şöbəsinə gətirilib:
"Mərkəzə daxil olarkən koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb".
Qeyd edək ki, oktyabrın 19-da saat 9 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1964-cü il təvəllüdlü Dadaşova Gülnarə Mikayıl qızının ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, cinayət əməlini törətməkdə G.Dadaşovanın qayınatası, 1935-ci il təvəllüdlü Dadaşov Yaşar Məmməd oğlu şübhəli bilinib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır (APA).
Xəbər lenti
0