SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına Fransa mane olur - Deputat

© Photo : MFA AzerbaijanAzərbaycan və Ermənistan bayraqları
Azərbaycan və Ermənistan bayraqları - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Abunə olmaq
Millət vəkili bildirib ki, Fransa bulanıq suda balıq tutmaq siyasətini həyata keçirir.
BAKI, 20 oktyabr - Sputnik. "Bu günlərdə Nikol Paşinyan Avropa Parlamentində çıxışında nə qədər ikibaşlı mövqe ortaya qoysa da, söylədi ki, ölkəsi bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, Fransa bulanıq suda balıq tutmaq siyasətini həyata keçirir: “Rəsmi Paris Ermənistanı silahlandırma yolunu seçib. Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə ediləndə Fransa Zəngəzurda konsulluq açmaq təşəbbüsünü ortaya qoyur. Bütün bunlar onu göstərir ki, bu gün əslində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına Ermənistandan 5 dəfə artıq Fransa mane olur. Ancaq biz qalibik. Müharibəni udduğumuz kimi sülhü də udacağıq”.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, 17 oktyabr 2023-cü il tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi bəyanat, növbəti dəfə bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkmədiyi bir vaxtda özünü sülhsevər, demokratik, beynəlxalq hüquqa hörmət edən ölkə kimi təqdim edən Ermənistandan bu cür iddiaları eşitmək təhqiramizdir.
30 ilə yaxın müddət ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar törətmiş bir ölkə olan Ermənistanın Azərbaycanı könüllü olaraq Ermənistana getmiş yerli ermənilərin “etnik təmizləməsi”ndə ittiham etməsi əsassız olmaqla yanaşı, regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil edir. Bu, həmçinin 21 sentyabr tarixində Ermənistan ictimaiyyətinə müraciətində Qarabağ bölgəsindəki erməni sakinlərin təhdidlərlə üzləşmədiyini bildirən Ermənistan baş nazirinin bəyanatlarının bir-biri ilə nə qədər uyğunsuz olduğunu nümayiş etdirir. Eyni zamanda, Ermənistanın tarixin və faktların açıq şəkildə saxtalaşdırılmasında nə qədər məşhur olduğu diqqətə alındıqda, sözügedən ölkənin baş nazirinin bu cür ziddiyyətli açıqlamalarını eşitmək təəccüb doğurmur.
Əlavə edək ki, bundan öncə Azərbaycan XİN-in məlumatında bildirilib ki, Fransa tərəfinə bir daha xatırladırıq ki, Azərbaycanla təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verə bilməz və bu kimi destruktiv əməllərə dərhal son qoyulmalıdır. Ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı bütün addımların qarşısı qətiyyətlə alınacaq.
Xəbər lenti
0