https://sputnik.az/20231020/abseron-yatagindan-hasil-olunan-qaz-ve-kondensatin-hecmi-aciqlandi-459774819.html
"Abşeron" yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlandı
"Abşeron" yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlandı
Sputnik Azərbaycan
Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən "Abşeron" qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of... 20.10.2023, Sputnik Azərbaycan
2023-10-20T13:28+0400
2023-10-20T13:28+0400
2023-10-20T13:32+0400
abşeron
neft-qaz
qaz
yataq
energetika naziri pərviz şahbazov
kondensat
"abşeron" yatağı
https://cdnn1.img.sputnik.az/img/07e4/09/13/424976575_0:70:1341:824_1920x0_80_0_0_ccac76a36acd675e77880609ce0034da.jpg
BAKI, 20 oktyabr — Sputnik. Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağı istismara veriləndən indiyədək 453 mln. kubmetr qaz hasil edilib. Bu barədə energetika naziri Pərviz Şahbazovun "Energetiklər Günü" münasibətilə rəsmi mətbuatda dərc olunan məqaləsində bildirilib. Məqalədə qeyd olunub ki, yataqdan indəyədək 171 min ton qaz kondensatı çıxarılıb. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən "Abşeron" qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib. Onu da əlavə etmək lazımdır ki, yataqda illik hasilatın 1,5 mlrd. kubmetrdən 6 mlrd. kubmetrədək artırmaq planlaşdırılır. Xatırladaq ki, bu ilin avqustunda SOCAR, "TotalEnergies" və ADNOC şirkətləri arasında "Abşeron" qaz-kondensat yatağında 30%-lik iştirak payının satışına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti Abşeron qaz-kondensat yatağında 30% iştirak payı əldə edəcək, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35% təşkil edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/13/424976575_74:0:1265:893_1920x0_80_0_0_a8babee38aea48d5f2ac1d7e0bdb847f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abşeron, qaz, yataq, energetika naziri pərviz şahbazov, kondensat, "abşeron" yatağı
abşeron, qaz, yataq, energetika naziri pərviz şahbazov, kondensat, "abşeron" yatağı
"Abşeron" yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlandı
13:28 20.10.2023 (Yenilənib: 13:32 20.10.2023) Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən "Abşeron" qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur.
BAKI, 20 oktyabr — Sputnik. Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağı istismara veriləndən indiyədək 453 mln. kubmetr qaz hasil edilib.
Bu barədə energetika naziri Pərviz Şahbazovun "Energetiklər Günü" münasibətilə rəsmi mətbuatda dərc olunan məqaləsində bildirilib.
Məqalədə qeyd olunub ki, yataqdan indəyədək 171 min ton qaz kondensatı çıxarılıb.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən "Abşeron" qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.
Onu da əlavə etmək lazımdır ki, yataqda illik hasilatın 1,5 mlrd. kubmetrdən 6 mlrd. kubmetrədək artırmaq planlaşdırılır.
Xatırladaq ki, bu ilin avqustunda SOCAR, "TotalEnergies" və ADNOC şirkətləri arasında "Abşeron" qaz-kondensat yatağında 30%-lik iştirak payının satışına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti Abşeron qaz-kondensat yatağında 30% iştirak payı əldə edəcək, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35% təşkil edəcək.