Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ ölkələrində ən çox xidmətlər bahalaşıb

© Sputnik / Vladislav Vodnev / Mediabanka keçidAİİ
Aİİ - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Abunə olmaq
Ümumilikdə, Aİİ-üzrə nisbətən ərzaq məhsullarının qiymətində daha çox artım Qazaxıstanda (11,4%) və Qırğızıstanda (7,6%) qeydə alınıb.
BAKI, 20 oktyabr — Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) hesabatında deyilir ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzrə malların və xidmətlərin istehlak qiymətləri indeksi sentyabrda 2023-cü ilin avqust ayı ilə müqayisədə 100,8%, 2022-ci ilin dekabrı ilə müqayisədə 104,8%, 2022-ci ilin sentyabrı ilə müqayisədə isə 106,5% təşkil edib.
2022-ci ilin sentyabr ayı ilə müqayisədə Aİİ üzrə pullu xidmətlərin qiymətlərində 9,7% artım qeydə alınıb. Bu dövrdə ərzaq məhsullarının qiymətləri 5,4%, qeyri-ərzaq mallarının qiymətləri isə 5,3% bahalaşıb.
Ümumilikdə, Aİİ-üzrə nisbətən ərzaq məhsullarının qiymətində daha çox artım Qazaxıstanda (11,4%) və Qırğızıstanda (7,6%) qeydə alınıb. Qeyri-ərzaq mallarının qiymətində ən çox artım Qırğızıstanda (14,5%) və Qazaxıstanda (12,1%), pullu xidmətlərin qiymətlərində artım isə Qazaxıstanda (11,9%) qeydə alınıb.
Xəbər lenti
0