Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Yaxın zamanlarda Şuşada məktəb fəaliyyətə başlayacaq

© Sputnik / Murad OrujovВид на город Шуша
Вид на город Шуша - Sputnik Azərbaycan, 1920, 19.10.2023
Abunə olmaq
Şuşada demək olar ki, piyada gəzməklə əlçatan məsafədə istənilən nöqtəyə yetişmək mümkündür.
BAKI, 19 oktyabr — Sputnik. Yaxın zamanda Şuşada 960 nəfərlik 1 saylı orta məktəb fəaliyyətə başlayacaq.
Bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli" panelində çıxışı zamanı bildirib.
Aydın Kərimov vurğulayıb ki, 190 çarpayılıq mərkəzi xəstəxana artıq inşa olunmaqdadır. Gələn ilin birinci rübündə artıq istifadəyə veriləcək. Real məktəbi Şuşanın ən böyük abidəsidir. Həmin bina ilə bağlı unikal layihə həyata keçirilməkdədir.
Aydın Kərimov "Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli" panelində çıxışı zamanı bildirib ki, Daşaltı kəndinin əsas inkişafını turizm istiqamətli görürük. Biz memarlarla birlikdə kəndin tam yeni planını hazırlayıb təqdim etdik. Onun sözlərinə görə, özəl investorlar Daşaltı kəndində ilkin layihələrin həyata keçirilməsinə başlayıblar:
"Daşaltı kəndində özəl investorlar öz layihələrini təqdim etməyə başlayıblar. Dövlət minimum xərc çəkəcək. Yalnız kommunikasiya xətləri və yol çəkilişini həyata keçirəcək. Əsas tikinti işləri özəl investorlarla aparılacaq".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov "Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli" panelində çıxışı zamanı bildirib ki, Şuşa şəhərində nəqliyyatın hərəkəti minimuma endiriləcək. Onun sözlərinə görə, Şuşada demək olar ki, piyada gəzməklə əlçatan məsafədə istənilən nöqtəyə yetişmək mümkündür:
"Planlaşdırma elədir ki, əlçatan məsafədədir və 15-20 dəqiqə ərzində hər hansı yerə çatmaq mümkündür. Şəhərdə planlaşdırılan yaşayış evləri 3-4 mərtəbəlidir və yaşayış evlərində birinci mərtəbədə yaşayacaq insanlar üçün həyətyanı sahə mövcuddur. Şuşada 196 memarlıq abidəsi mövcuddur. Bütün abidələr qorunub saxlanacaq. Şuşanın xüsusilə müsəlmanlar yaşayan 17 məhəlləsi memarlıq abidələri ilə zəngindir".
Xəbər lenti
0