Vladimir Putin qarşıdan gələn yeni formatlı idman yarışlarından danışıb

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 19.10.2023
Abunə olmaq
ЧПУ:
Тайтл:
Подводка: Rusiya prezidenti bildirib ki, ölkəsi idmanı və onun ənənələrini inkişaf etdirməyə davam edir və yeni turnirlərin təşkilatçılarından biridir.
BAKI, 19 oktyabr — Sputnik. Elvin Səlimov. "Rusiya idman gücüdür" forumunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin Olimpiya hərəkatının və dünya idmanının prinsip və ənənələrinin Qərbin maraqları naminə tapdalandığını bildirib.
O bildirib ki, buna baxmayaraq, Rusiya idmanı və onun ənənələrini inkişaf etdirməyə davam edir və yeni turnirlərin təşkilatçılarından biridir.
"Xüsusilə MDB, ŞƏT, BRİKS ölkələri bu yarışların təşkilində fəal iştirak edirlər. Gələn ilin fevral ayında Kazanda hər kəsin qatıla biləcəyi "Gələcəyin Oyunları" keçiriləcək. Gənclər arasında populyarlıq qazanan yeni idman növləri olan breykinq, skeytbordinq bu "Oyunlar"a əlavə olunacaq. Həmçinin sentyabrda Moskva və Yekaterinburqda Dostluq Oyunları keçiriləcək.
Xəbər lenti
0