Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Türkiyədə Azərbaycan hərbçilərinin də qatıldığı "Erciyes-2023" təlimləri başa çatıb

© AR Ministry of DefenceHərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilib
Hərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilib - Sputnik Azərbaycan, 1920, 19.10.2023
Abunə olmaq
Təlimlərdə 652 nəfərlik şəxsi heyət, 67 nəqliyyat vasitəsi, 5 təyyarə və 354 müxtəlif növ silahlardan istifadə olunub.
BAKI, 19 oktyabr - Sputnik. Türkiyədə Azərbaycan hərbçilərinin də qatıldığı "Erciyes-2023" təlimləri başa çatıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təlimlərdə Azərbaycanla yanaşı, Gürcüstan, Pakistan, Liviya, İspaniya, İtaliya və Özbəkistan da müşahidəçi kimi təmsil olunub.
Təlimlərdə 652 nəfərlik şəxsi heyət, 67 nəqliyyat vasitəsi, 5 təyyarə və 354 müxtəlif növ silahlardan istifadə olunub.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də sözügedən təlimlərlə bağlı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Kayseri şəhərində keçirilən “Erciyes - 2023” təlimində iştirak ediblər. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının cəlb olunduğu təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.
“Erciyes - 2023” təlimində əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.
Xəbər lenti
0