Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə Nazirliyindən qrip peyvəndi ilə bağlı açıqlama

© Sputnik / Igor Zarembo / Mediabanka keçidMəktəbliyə qripə qarşı peyvənd vurulur
Məktəbliyə qripə qarşı peyvənd vurulur - Sputnik Azərbaycan, 1920, 19.10.2023
Abunə olmaq
Nazir müavini bildirib ki, peyvənd bu il gətiriləcək və gətirilən zaman elan ediləcək.
BAKI, 19 oktyabr — Sputnik. Qrip peyvəndinin ölkəyə gətirilməsi ilə bağlı heç bir yubanma yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.
"Hər şey öz vaxtında olur. Peyvənd bu il gətiriləcək və gətirilən zaman elan ediləcək" - deyə o qeyd edib.
Qeyd edək ki, hər il səhiyyə naziri payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin görülməsi, həmçinin infeksiya üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə əmr imzalayır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən də bildiriblər ki, nazirin əmrinə görə, müəyyən olunmuş əhali qrupları üzrə peyvəndə cəlb olunacaq şəxslərin və xidmət göstərdikləri ərazilərdə vaksinasiya tədbirləri aparılacaq ambulator-poliklinik müəssisələrin siyahıları hazırlanır. Vaksinasiya tədbirləri həyata keçiriləcək ambulator-poliklinik müəssisələrdə həkim-terapevt, orta tibb işçisi (vaksinator) və tibb qeydiyyatçısından ibarət briqadalar təşkil edilir. Peyvənd aparılacaq tibb məntəqələrində peyvənd otaqları ayrılır və hər biri, o cümlədən tədbirdə iştirak edəcək peyvənd briqadaları termoçantalarla və peyvənd zamanı ilkin tibbi yardım tələb olunarsa, dərman preparatları dəsti ilə təchiz edilir.
Peyvənddən sonra xoşagəlməz reaksiya və ya ağırlaşmalar qeyd edilərsə, bu barədə məlumatın operativ şəkildə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə verilməsi təmin edilir. Qrip və kəskin respirator virus infeksiyalarının profilaktikası məqsədilə təhsil müəssisələrində tibbi müşahidələr gücləndirilir. Kəskin qrip əlamətləri olan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası təmin edilir. Zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən istifadə etməsi təmin olunur.
Tibb müəssisələrində sanitariya-gigiyena və əks-epidemik tədbirlərin gücləndirilməsi üzrə tədbirlər həyata keçirilir. Ağır kəskin respirator xəstəlik halları barədə məlumat dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilir və şübhəli xəstələrdən götürülmüş nümunələr Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə çatdırılır.
Xəbər lenti
0