DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Koçaryanın oğlunun həbs müddəti uzadıldı

© SputnikRobert Koçaryan
Robert Koçaryan - Sputnik Azərbaycan, 1920, 19.10.2023
Abunə olmaq
Levon Koçaryan sentyabrın 22-də hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs edilib.
BAKI, 19 oktyabr — Sputnik. Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryanın həbs müddəti iki ay uzadılıb. Bu barədə onun vəkili Aleksandr Koçubayev sosial şəbəkələrdə məlumat verib.
Oktyabrın 16-da istintaq orqanı Koçaryanın həbs müddətinin uzadılması barədə vəsatət qaldırıb.
"Məhkəmə vəsatəti təmin etdi. Levon Köçəryan iki ay müddətinə həbs olundu", - Koçubayev qeyd edib.
Xatırladaq ki, Levon Koçaryan sentyabrın 22-də hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs edilib. Daha sonra o, polis əməkdaşları tərəfindən döyülüb, sonra xəstəxanaya yerləşdirilib. Paytaxt tibb mərkəzlərinin birində ona beyin silkələnməsi diaqnozu qoyulub. Lakin buna baxmayaraq, Koçaryan dörd polis əməkdaşını döyməkdə şübhəli bilinərək saxlanılıb. Daha sonra məhkəmə onu həbs edib.
Xəbər lenti
0