Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanlı polkovnik Türkiyə Milli Müdafiə Universitetində vəzifəyə təyin edilib

© AP Photo / Emrah GurelTürkiyə bayrağı
Türkiyə bayrağı - Sputnik Azərbaycan, 1920, 19.10.2023
Abunə olmaq
Azərbaycanla kadr mübadiləsi çərçivəsində Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru polkovnik Rəşad Tahirov Türkiyə Milli Müdafiə Universitetinə təyinat alıb.
BAKI, 19 oktyabr — Sputnik. Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru polkovnik Rəşad Tahirov Türkiyə Milli Müdafiə Universitetinə vəzifəyə təyin olunub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.
Bildirilib ki, iki ölkə arasında hərbi təlim, yardım və məsləhətləşmə fəaliyyətləri davam edir.
Məlumata görə, Azərbaycanla kadr mübadiləsi çərçivəsində Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru polkovnik Rəşad Tahirov Türkiyə Milli Müdafiə Universitetinə təyinat alıb.
Qardaş ölkənin Milli Müdafiə Universitetinin prorektoru, professor Tələt Canbolat isə Azərbaycan Milli Müdafiə Universitetində vəzifəyə təyin olunub.
Onlar hər ikisinin fəaliyyət müddəti bir il nəzərdə tutulub.
Xəbər lenti
0