https://sputnik.az/20231019/azerbaycanda-ianelerle-bagli-yeni-qaydalar-teklif-edilib-459751968.html
Azərbaycanda ianələrlə bağlı yeni qaydalar təklif edilib
Azərbaycanda ianələrlə bağlı yeni qaydalar təklif edilib
Sputnik Azərbaycan
Milli Məclisdə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı müzakirələr gedir. 19.10.2023, Sputnik Azərbaycan
2023-10-19T15:13+0400
2023-10-19T15:13+0400
2023-10-19T15:13+0400
ianə
cəmiyyət
mübariz qurbanlı
məscid
https://cdnn1.img.sputnik.az/img/40671/98/406719880_0:0:2000:1125_1920x0_80_0_0_847d2eca2e49d2d82601383ec411a023.jpg
BAKI, 19 oktyabr — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə ianələrin qəbul edilməsi ilə bağlı hazırlanan yeni qaydalar haqqında danışıb. Bu barədə Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda yeni qaydalarla bağlı təkliflər hazırlanır. Mübariz Qurbanlı qeyd edib ki, hələ ki ianələrin ödənilməsi ilə bağlı qaydalar təsdiq olunmayıb. Milli Məclisdə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı müzakirələr gedir. Qərar layihəsi qəbul edilərsə, ianələrin qəbul edilməsi şərtləri açıqlanacaq. Məscidlərə 200-ə yaxın yeni imam təyin edilib. O xatırladıb ki, din xadimlərinin təyinatını Dini Komitə həyata keçirir. Həmin şəxslərlə bağlı məlumatlar Qafqaz Müsəlmanları İdarəsinə ötürülür: "Məscidlərə ali və orta dini təhsili olan şəxslərin təyinatı aparılır. Əvvəllər kadr çatışmazlığı səbəbindən məscidlərdə çalışan din xadimlərinin əksəriyyətinin dini təhsili olmayıb. Hazırda dini təhsili olmayan şəxslərim əvəzolunması prosesi gedir. Yenilənmiş kadrların sayı 200-ə yaxınlaşmaqdadır və məscidlərə dini ayinləri yerinə yetirmək üçün qadınlar da təyin edilir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40671/98/406719880_293:0:2000:1280_1920x0_80_0_0_680ccb65a5c3094a62ddb22f2dc6311a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ianə, mübariz qurbanlı, məscid
ianə, mübariz qurbanlı, məscid
Azərbaycanda ianələrlə bağlı yeni qaydalar təklif edilib
Milli Məclisdə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı müzakirələr gedir.
BAKI, 19 oktyabr — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə ianələrin qəbul edilməsi ilə bağlı hazırlanan yeni qaydalar haqqında danışıb.
Bu barədə Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda yeni qaydalarla bağlı təkliflər hazırlanır.
Mübariz Qurbanlı qeyd edib ki, hələ ki ianələrin ödənilməsi ilə bağlı qaydalar təsdiq olunmayıb. Milli Məclisdə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı müzakirələr gedir. Qərar layihəsi qəbul edilərsə, ianələrin qəbul edilməsi şərtləri açıqlanacaq.
Məscidlərə 200-ə yaxın yeni imam təyin edilib.
O xatırladıb ki, din xadimlərinin təyinatını Dini Komitə həyata keçirir. Həmin şəxslərlə bağlı məlumatlar Qafqaz Müsəlmanları İdarəsinə ötürülür: "Məscidlərə ali və orta dini təhsili olan şəxslərin təyinatı aparılır. Əvvəllər kadr çatışmazlığı səbəbindən məscidlərdə çalışan din xadimlərinin əksəriyyətinin dini təhsili olmayıb. Hazırda dini təhsili olmayan şəxslərim əvəzolunması prosesi gedir. Yenilənmiş kadrların sayı 200-ə yaxınlaşmaqdadır və məscidlərə dini ayinləri yerinə yetirmək üçün qadınlar da təyin edilir".