https://sputnik.az/20231019/azerbaycan-qadinlarinin-vi-qurultayi-kecirilecek-459729497.html
Azərbaycan Qadınlarının VI Qurultayı başlayıb
Azərbaycan Qadınlarının VI Qurultayı başlayıb
Sputnik Azərbaycan
Yekunda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunacaq və Azərbaycan qadınlarının Prezidentə müraciəti səsləndiriləcək. 19.10.2023, Sputnik Azərbaycan
2023-10-19T10:15+0400
2023-10-19T10:15+0400
2023-10-19T10:42+0400
qurultay
heydər əliyev ili
qadın
azərbaycan
heydər əliyev
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457352157_0:58:3072:1786_1920x0_80_0_0_22b8b954fb09aee35ca746945e2caba4.jpg
BAKI, 19 oktyabr — Sputnik. Bakının "Gülüstan" sarayında Azərbaycan Qadınlarının VI Qurultayı başlayıb.Ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə keçirilir.Qurultay çərçivəsində “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə:Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri.Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 panel olacaq.Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmilərinin də qatıldığı qurultayda deputatlar, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edir.Çıxışçılar yuxarıda qeyd olunan məsələləri müzakirə edəcək, təkliflərini diqqətə çatdıracaqlar.Yekunda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunacaq və Azərbaycan qadınlarının Prezidentə müraciəti səsləndiriləcək.18.10.23, 22:43Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan Qadınlarının VI Qurultayı keçiriləcək. Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutacaq. Qurultay "Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış", "Gender məsələləri hüquqi müstəvidə:Mövcud vəziyyət, qarşıda duran məsələlər", "Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi", "Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar" mövzuları üzrə 4 paneldə baş tutacaq. Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmilərinin də qatılacağı qurultayda deputatlar, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, o cümlədən ölkənin bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar. Yekunda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunacaq və Azərbaycan qadınlarının Prezidentə müraciəti səsləndiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457352157_341:0:3072:2048_1920x0_80_0_0_d3dea0440e1e6acfbc4170b6391a680d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qurultay, qadın, azərbaycan, heydər əliyev
qurultay, qadın, azərbaycan, heydər əliyev
Azərbaycan Qadınlarının VI Qurultayı başlayıb
10:15 19.10.2023 (Yenilənib: 10:42 19.10.2023) Yekunda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunacaq və Azərbaycan qadınlarının Prezidentə müraciəti səsləndiriləcək.
BAKI, 19 oktyabr — Sputnik. Bakının "Gülüstan" sarayında Azərbaycan Qadınlarının VI Qurultayı başlayıb.
Ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə keçirilir.
Qurultay çərçivəsində “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə:Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri.Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 panel olacaq.
Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmilərinin də qatıldığı qurultayda deputatlar, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edir.
Çıxışçılar yuxarıda qeyd olunan məsələləri müzakirə edəcək, təkliflərini diqqətə çatdıracaqlar.
Yekunda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunacaq və Azərbaycan qadınlarının Prezidentə müraciəti səsləndiriləcək.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan Qadınlarının VI Qurultayı keçiriləcək.
Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutacaq.
Qurultay "Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış", "Gender məsələləri hüquqi müstəvidə:Mövcud vəziyyət, qarşıda duran məsələlər", "Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi", "Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar" mövzuları üzrə 4 paneldə baş tutacaq.
Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmilərinin də qatılacağı qurultayda deputatlar, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, o cümlədən ölkənin bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar.
Yekunda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunacaq və Azərbaycan qadınlarının Prezidentə müraciəti səsləndiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.