https://sputnik.az/20231019/avropa-parlamentlerini-azerbaycana-qarsi-olmaga-kimler-tesviq-edir-459765792.html
Avropa parlamentlərini Azərbaycana qarşı olmağa kimlər təşviq edir?
Avropa parlamentlərini Azərbaycana qarşı olmağa kimlər təşviq edir?
Sputnik Azərbaycan
Paşinyanın çıxışından sonra Avropa Parlamentinin Azərbaycana ünvanlanmış qərəzli mövqeyində gözlənilməz heç nə yoxdur. 19.10.2023, Sputnik Azərbaycan
2023-10-19T22:18+0400
2023-10-19T22:18+0400
2023-10-19T22:18+0400
məmur
təhlil
politoloq arzu nağıyev
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e5/01/19/426045535_0:19:3571:2028_1920x0_80_0_0_e9c460d5083d838ebcce0b178eeb2521.jpg
BAKI, 19 oktyabr — Sputnik. Avropa ölkələrinin parlamentlərində ard-arda Azərbaycan əleyhinə bəyanatlar qəbul olunur. Azərbaycanı hədəf alan bəyanatlarla bağlı Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi cavab bəyanatlar yayıblar. Maraqlıdır ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışından sonra ispaniyalı və niderlandlı parlamentarilər Azərbaycanı hədəf almağa başlayıblar. Bəs belə bəyanatların məqsədi nədir? Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Elşən Manafov Sputnik Azərbaycan-a fikirlərini bölüşdülər. Onların qəbul etdiyi qərarlar bizim üçün hər hansı əhəmiyyət kəsb etmirMillət vəkili Arzu Nağıyev deyir ki, Paşinyanın Avropa parlamentindəki çıxışından əvvəl də qitə ölkələrinin parlamentlərində Azərbaycana yanaşmada ikilistandartlar tətbiq olunurdu. Onun sözlərinə görə, Paşinyan absurd bəyanatlar versə də, onun avropalı parlamentarilərə təsir qüvvəsi yoxdur: "Avropa İttifaqı Azərbaycanı özünün enerji təhlükəsizliyinə olan təhdidin qarşısını alan ölkə kimi qəbul edir. Lakin bu cür ikili yanaşmalar, ciddi mənbələrə istinad etməmək avropalı parlamentarilər üçün prioritetə çevrilib. Bu baxımdan ölkəmizə qarşı bu bəyanatları tək Paşinyanın çıxışı ilə əlaqələndirməzdim. Çünki Avropa ölkələri bundan əvvəl də Azərbaycan əleyhinə addımlar atmışdı. Eyni zamanda onların qəbul etdiyi qərarlar bizim üçün hər hansı əhəmiyyət kəsb etmir. BMT səviyyəsində bölgədəki vəziyyəti qiymətləndirən ekspertlər Azərbaycanın atdığı addımlarda hər hansı neqativ hal aşkar etmədiklərini hesabatlarında qeyd ediblər". Azərbaycan heç bir ölkənin suverenliyini təhdid etmir "Azərbaycan heç bir ölkənin suverenliyini təhdid etmir. Azərbaycan Qarabağda etnik təmizləmə həyata keçirməyib. Ölkəmizdə insan haqları ən yüksək səviyyədə təmin olunur. Biz artıq ölkəmizə qarşı Qərbdə olan ikilisatandarlara öyrəşmişik. Bunun da bir çox səbəbləri var və qeyd etmək istərdim ki, bunun da biri dini əqidə ilə bağlıdır. Eyni zamanda burada Fransanın regionda apardığı anti-Azərbaycan və anti-Rusiya siyasəti bu cür qərarların qəbulunda özünü bariz şəkildə göstərir", - deyə millət vəkili vurğulayıb. Politoloq Elşən Manafov isə bildirib ki, Paşinyanın çıxışından sonra Avropa Parlamentinin Azərbaycana ünvanlanmış qərəzli mövqeyində gözlənilməz heç nə yoxdur. Azərbaycan dövlətinin ünvanına səsləndirilmiş bəyanatlar reallıqdan uzaqdır Politoloq qeyd edir ki, Avropa parlamentində erməni diasporunun diqtəsi altında fəaliyyət göstərən parlamentarilər var: "Erməni diasporunun maliyyə dəstəyi ilə onların Azərbaycan dövlətinin ünvanına səsləndirdiyi bəyanatlar reallıqdan uzaqdır. Ermənistan Azərbaycanı Qarabağda baş verənlərə görə ittiham edir və bunu insan haqları prizmasından təqdim edir. Ancaq yüzlərlə fakt təsdiq edir ki, Qarabağı tərk edən erməni əslli insanlar bunu könüllü şəkildə ediblər. Bu da ondan irəli gəlir ki, həmin ermənilərin bu və ya digər şəkildə separatçı rejimlə müəyyən bağlılıqları olub. Azərbaycan Qarabağın erməni əhalisinin reinteqrasiyası üçün bütün zəruri addımları atdı. Qarabağda qalacaq erməni əslli sakinlərin separatçı rejimlə əlaqələri, onların Azərbaycana qarşı terror hücumlarında iştirakı təsdiqlənəcəkdisə, buna görə ədalət qarşısında cavab verməli olacaqdılar. İstisna edilmir ki, bu da Qarabağdan köçün bu miqyasda olmasına gətirib çıxardı. Təbii ki, erməni millətinin xiffətini çəkən məlum siyasətçilər onların yenidən Qarabağa qayıtması üçün əllərindən gələni edəcəklər". Rusiya ilə münasibətlərimiz müttəfiqlik kontekstindədir Elşən Manafov qeyd edir ki, Azərbaycan ermənilərin Qarabağa qayıtmasının əleyhinə deyil: "Avropa dövlətlərinin siyasi elitaları Azərbaycanı reallıqlardan uzaq olan ittihamlarla üzbəüz qoymaqdansa, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rola diqqət etsinlər. Qərb bu gün Rusiya ilə qarşıdurma kontekstində Azərbaycanla münasibətlərində diqqətli olmalıdır. Çünki Azərbaycanla münasibətlər qoca qitənin enerji təhlükəsizliyi maraqlarına cavab verir. Amma biz görürük ki, həmin bəyanatları qəbul edən Avropa parlamentariləri ən azından bu amili gözardı edirlər. Avropa dövlətlərinin siyasi elitaları Azərbaycanla münasibətləri enerji təhlükəsizliyi amilinə xüsusi həssaslıqla yanaşırlar". Qərbdəki bəlli siyasi dairələr Azərbaycan iqtidarının müstəqil siyasi kurs yürütməsini həzm edə bilmir Politoloq vurğulayıb ki, bu həm də Qərbdəki bəlli siyasi dairələrin Azərbaycan iqtidarının müstəqil siyasi kurs yürütməsini həzm edə bilməməsindən qaynaqlanır:"Qarabağ müharibəsinin regionda yaratdığı yeni geosiyasi reallıqlar, Rusiyanın bölgədə artan nüfuzu və Azərbaycanla münasibətlərə verdiyi önəm də Qərbdə diqqətlə izlənilir. Qərbdə belə qənaətə gəlirlər ki, Azərbaycan Rusiya yönümlü, Paşinyan Qərb yönümlü siyasətin tərəfdarıdır. Əslində isə Azərbaycan siyasəti çoxvektorludur və bu siyasət Azərbaycan yönümlü olub, dövlətçilik maraqlarının qorunmasına xidmət edir. Rusiya ilə münasibətlərimiz müttəfiqlik kontekstindədir. Artıq keçmişdə qalmış münaqişənin ərazi bütövlüyümüzün təmin olunması ilə başa çatmasında Qərblə müqayisədə Rusiyanın rolu olub. Azərbaycan dövləti bunu unutmur. Bundan sonrakı dövrdə Azərbaycan Rusiya, Türkiyə, İran və digər region ölkələri ilə münasibətlərin inkişaf etdirilməsinə önəm verəcək". Ermənistan iqtidarının mövqeyi ABŞ-ın yanaşmasını əks etdirir E.Manafov qeyd edir ki, Ermənistan iqtidarının Zəngəzur dəhlizinə münasibətdə sərgilədiyi mövqe ABŞ-ın yanaşmasını əks etdirir: "Bu həmin ABŞ-dır ki, Hindistanda "Böyük 20"lərin toplantısında Çinin "Bir kəmər, bir yol" layihəsinə qarşı olduğunu ortaya qoydu və əslində həm də Rusiya, Azərbaycan, Türkiyə və İranın maraqlarına cavab verən Zəngəzur dəhlizinin əleyhinə olduğunu göstərdi. Çünki bu layihə ABŞ-ın qlobal təhlükəsizlik maraqlarına cavab vermir. Bu kontekstdə Azərbaycanın region ölkələri ilə Zəngəzur dəhlizi ilə bağlı əldə etdiyi razılıqlar Paşinyandan daha çox onun okeanın o tayındakı havadarlarını narahat edir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/19/426045535_420:0:3151:2048_1920x0_80_0_0_c46f659873e43d237c191533b7c7cd39.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
məmur, politoloq arzu nağıyev, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, avropa ittifaqı
məmur, politoloq arzu nağıyev, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, avropa ittifaqı
Avropa parlamentlərini Azərbaycana qarşı olmağa kimlər təşviq edir?
Paşinyanın çıxışından sonra Avropa Parlamentinin Azərbaycana ünvanlanmış qərəzli mövqeyində gözlənilməz heç nə yoxdur.
BAKI, 19 oktyabr — Sputnik. Avropa ölkələrinin parlamentlərində ard-arda Azərbaycan əleyhinə bəyanatlar qəbul olunur.
Azərbaycanı hədəf alan bəyanatlarla bağlı Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi cavab bəyanatlar yayıblar.
Maraqlıdır ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışından sonra ispaniyalı və niderlandlı parlamentarilər Azərbaycanı hədəf almağa başlayıblar.
Bəs belə bəyanatların məqsədi nədir?
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Elşən Manafov Sputnik Azərbaycan-a fikirlərini bölüşdülər.
Onların qəbul etdiyi qərarlar bizim üçün hər hansı əhəmiyyət kəsb etmir
Millət vəkili Arzu Nağıyev deyir ki, Paşinyanın Avropa parlamentindəki çıxışından əvvəl də qitə ölkələrinin parlamentlərində Azərbaycana yanaşmada ikilistandartlar tətbiq olunurdu. Onun sözlərinə görə, Paşinyan absurd bəyanatlar versə də, onun avropalı parlamentarilərə təsir qüvvəsi yoxdur:
"Avropa İttifaqı Azərbaycanı özünün enerji təhlükəsizliyinə olan təhdidin qarşısını alan ölkə kimi qəbul edir. Lakin bu cür ikili yanaşmalar, ciddi mənbələrə istinad etməmək avropalı parlamentarilər üçün prioritetə çevrilib. Bu baxımdan ölkəmizə qarşı bu bəyanatları tək Paşinyanın çıxışı ilə əlaqələndirməzdim. Çünki Avropa ölkələri bundan əvvəl də Azərbaycan əleyhinə addımlar atmışdı. Eyni zamanda onların qəbul etdiyi qərarlar bizim üçün hər hansı əhəmiyyət kəsb etmir. BMT səviyyəsində bölgədəki vəziyyəti qiymətləndirən ekspertlər Azərbaycanın atdığı addımlarda hər hansı neqativ hal aşkar etmədiklərini hesabatlarında qeyd ediblər".
Azərbaycan heç bir ölkənin suverenliyini təhdid etmir
"Azərbaycan heç bir ölkənin suverenliyini təhdid etmir. Azərbaycan Qarabağda etnik təmizləmə həyata keçirməyib. Ölkəmizdə insan haqları ən yüksək səviyyədə təmin olunur. Biz artıq ölkəmizə qarşı Qərbdə olan ikilisatandarlara öyrəşmişik. Bunun da bir çox səbəbləri var və qeyd etmək istərdim ki, bunun da biri dini əqidə ilə bağlıdır. Eyni zamanda burada Fransanın regionda apardığı anti-Azərbaycan və anti-Rusiya siyasəti bu cür qərarların qəbulunda özünü bariz şəkildə göstərir", - deyə millət vəkili vurğulayıb.
Politoloq Elşən Manafov isə bildirib ki, Paşinyanın çıxışından sonra Avropa Parlamentinin Azərbaycana ünvanlanmış qərəzli mövqeyində gözlənilməz heç nə yoxdur.
Azərbaycan dövlətinin ünvanına səsləndirilmiş bəyanatlar reallıqdan uzaqdır
Politoloq qeyd edir ki, Avropa parlamentində erməni diasporunun diqtəsi altında fəaliyyət göstərən parlamentarilər var:
"Erməni diasporunun maliyyə dəstəyi ilə onların Azərbaycan dövlətinin ünvanına səsləndirdiyi bəyanatlar reallıqdan uzaqdır. Ermənistan Azərbaycanı Qarabağda baş verənlərə görə ittiham edir və bunu insan haqları prizmasından təqdim edir. Ancaq yüzlərlə fakt təsdiq edir ki, Qarabağı tərk edən erməni əslli insanlar bunu könüllü şəkildə ediblər. Bu da ondan irəli gəlir ki, həmin ermənilərin bu və ya digər şəkildə separatçı rejimlə müəyyən bağlılıqları olub. Azərbaycan Qarabağın erməni əhalisinin reinteqrasiyası üçün bütün zəruri addımları atdı. Qarabağda qalacaq erməni əslli sakinlərin separatçı rejimlə əlaqələri, onların Azərbaycana qarşı terror hücumlarında iştirakı təsdiqlənəcəkdisə, buna görə ədalət qarşısında cavab verməli olacaqdılar. İstisna edilmir ki, bu da Qarabağdan köçün bu miqyasda olmasına gətirib çıxardı. Təbii ki, erməni millətinin xiffətini çəkən məlum siyasətçilər onların yenidən Qarabağa qayıtması üçün əllərindən gələni edəcəklər".
Rusiya ilə münasibətlərimiz müttəfiqlik kontekstindədir
Elşən Manafov qeyd edir ki, Azərbaycan ermənilərin Qarabağa qayıtmasının əleyhinə deyil: "Avropa dövlətlərinin siyasi elitaları Azərbaycanı reallıqlardan uzaq olan ittihamlarla üzbəüz qoymaqdansa, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rola diqqət etsinlər. Qərb bu gün Rusiya ilə qarşıdurma kontekstində Azərbaycanla münasibətlərində diqqətli olmalıdır. Çünki Azərbaycanla münasibətlər qoca qitənin enerji təhlükəsizliyi maraqlarına cavab verir. Amma biz görürük ki, həmin bəyanatları qəbul edən Avropa parlamentariləri ən azından bu amili gözardı edirlər. Avropa dövlətlərinin siyasi elitaları Azərbaycanla münasibətləri enerji təhlükəsizliyi amilinə xüsusi həssaslıqla yanaşırlar".
Qərbdəki bəlli siyasi dairələr Azərbaycan iqtidarının müstəqil siyasi kurs yürütməsini həzm edə bilmir
Politoloq vurğulayıb ki, bu həm də Qərbdəki bəlli siyasi dairələrin Azərbaycan iqtidarının müstəqil siyasi kurs yürütməsini həzm edə bilməməsindən qaynaqlanır:
"Qarabağ müharibəsinin regionda yaratdığı yeni geosiyasi reallıqlar, Rusiyanın bölgədə artan nüfuzu və Azərbaycanla münasibətlərə verdiyi önəm də Qərbdə diqqətlə izlənilir. Qərbdə belə qənaətə gəlirlər ki, Azərbaycan Rusiya yönümlü, Paşinyan Qərb yönümlü siyasətin tərəfdarıdır. Əslində isə Azərbaycan siyasəti çoxvektorludur və bu siyasət Azərbaycan yönümlü olub, dövlətçilik maraqlarının qorunmasına xidmət edir. Rusiya ilə münasibətlərimiz müttəfiqlik kontekstindədir. Artıq keçmişdə qalmış münaqişənin ərazi bütövlüyümüzün təmin olunması ilə başa çatmasında Qərblə müqayisədə Rusiyanın rolu olub. Azərbaycan dövləti bunu unutmur. Bundan sonrakı dövrdə Azərbaycan Rusiya, Türkiyə, İran və digər region ölkələri ilə münasibətlərin inkişaf etdirilməsinə önəm verəcək".
Ermənistan iqtidarının mövqeyi ABŞ-ın yanaşmasını əks etdirir
E.Manafov qeyd edir ki, Ermənistan iqtidarının Zəngəzur dəhlizinə münasibətdə sərgilədiyi mövqe ABŞ-ın yanaşmasını əks etdirir:
"Bu həmin ABŞ-dır ki, Hindistanda "Böyük 20"lərin toplantısında Çinin "Bir kəmər, bir yol" layihəsinə qarşı olduğunu ortaya qoydu və əslində həm də Rusiya, Azərbaycan, Türkiyə və İranın maraqlarına cavab verən Zəngəzur dəhlizinin əleyhinə olduğunu göstərdi. Çünki bu layihə ABŞ-ın qlobal təhlükəsizlik maraqlarına cavab vermir. Bu kontekstdə Azərbaycanın region ölkələri ilə Zəngəzur dəhlizi ilə bağlı əldə etdiyi razılıqlar Paşinyandan daha çox onun okeanın o tayındakı havadarlarını narahat edir".