Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Xarici aviaşirkətlər Azərbaycana niyə gəlmir? RƏSMİ

© AP Photo / Michael ProbstSəmada təyyarə, arxiv şəkli
Səmada təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
Rəhman Hümmətov bildirib ki, vizasız gediş-gəliş varsa, sərnişin artımı da çox olur, bu da öz növbəsində qiymətlərə təsir edir.
BAKI, 18 oktyabr — Sputnik. "Hazırda regiondakı hava limanlarının inkişafı ilə bağlı işlər aparılır. Biz bir-bir bütün böyük aviaşirkətlərə dəvətlər göndəririk. İstər Qəbələ hava limanına, istərsə də Zəngilan hava limanına". Bunu Milli Məclis"Aviasiya haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, biz gözləmirik ki, hansısa şirkət Azərbaycana gəlsin, özümüz birbaşa onlarla uçuşlar aparmaları ilə bağlı şərait yaradılması üçün danışıqlara başlayırıq. Onlarda niyə marağın olmamasına gəlincə, bu, ilk növbədə turist axını ilə bağlıdır.

"Dünyada bütün hava yolları, eyni zamanda, AZAL yeni reys açmamışdan qabaq xüsusi bir sistem vasitəsilə iki məntəqə arasında sərnişin axınına baxırlar. Əgər bu yoxdursa, heç bir halda ora təyyarə uçuşları olması sərfəli deyil. Təbii ki, bunun digər səbəbi ölkələrin viza rejimi ilə bağlıdır"-, deyə o qeyd edib.

© Photo : REPORTRəhman Hümmətov
Rəhman Hümmətov - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Rəhman Hümmətov
Rəhman Hümmətov onu da bildirib ki, vizasız gediş-gəliş varsa, sərnişin artımı da çox olur, bu da öz növbəsində qiymətlərə təsir edir:

"Bu gün biz xarici aviaşirkətləri, o cümlədən, loukosterləri Azərbaycana dəvət edirik ki, Azərbaycan vətəndaşları üçün ən azından müxtəlif seçimlər olmalıdır. Həm qiymət, həm də xidmət səviyyəsi baxımından".

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Aviasiya haqqında" qanun layihəsi müzakirə edilib.
Bu qanun Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0