https://sputnik.az/20231018/rusiya-ve-cinin-tesebbusleri-set-cercivesinde-emekdasligi-genislendirir---bas-katib-459695470.html
Rusiya və Çinin təşəbbüsləri ŞƏT çərçivəsində əməkdaşlığı genişləndirir - Baş katib
Rusiya və Çinin təşəbbüsləri ŞƏT çərçivəsində əməkdaşlığı genişləndirir - Baş katib
Sputnik Azərbaycan
ŞƏT-ə üzv olan dövlətlərin başçıları geniş beynəlxalq əməkdaşlığa, bütün ölkələr üçün bərabər və ədalətli imkanların təmin edilməsinə öz möhkəm dəstəyini... 18.10.2023, Sputnik Azərbaycan
2023-10-18T09:31+0400
2023-10-18T09:31+0400
2023-10-18T09:31+0400
şət
dünya xəbərləri
baş katib
şanxay əməkdaşlıq təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e7/07/04/456481064_0:159:3078:1890_1920x0_80_0_0_6e92f315acc6cde006f1d57161adcd1e.jpg
BAKI, 18 oktyabr — Sputnik. "Bir kəmər, bir yol" və "Böyük Avrasiya Tərəfdaşlığı" (BAT) təşəbbüsləri Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verir. Bunu ŞƏT-in baş katibi Çjan Min "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində üçüncü beynəlxalq əməkdaşlıq forumu ərəfəsində RİA Novosti-yə müsahibəsində deyib. Forum oktyabrın 17-18-də Pekində keçiriləcək. Bu il həm də bu forumun Çin sədri Si Cinpinin təşəbbüsü ilə elan edilməsinin onuncu ilidir. "[Bu təşəbbüslər] Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni ideyalar gətirir, onların həyata keçirilməsi isə zəmanəmizin bir çox yeni çağırışlarına əməli həllər tapmaqda bütün ölkələr arasında həmrəyliyi və əməkdaşlığı gücləndirməyə kömək edir", - deyə Çjan Min bildirib. O vurğulayıb ki, ŞƏT ilk növbədə əməkdaşlıq təşkilatıdır və təşkilata üzv olan dövlətlərin birgə təşəbbüslərinin, innovativ ideyalarının olmaması, mühafizəkar yanaşmalar birliyin durğunluğuna və geriləməsinə səbəb olardı. Baş katibin sözlərinə görə, ŞƏT-ə üzv olan dövlətlərin başçıları geniş beynəlxalq əməkdaşlığa, bütün ölkələr üçün iqtisadi qloballaşmanın üstünlüklərindən istifadə edilməsinə, davamlı və keyfiyyətli iqtisadi artıma nail olmaq üçün bərabər və ədalətli imkanların təmin edilməsinə öz möhkəm dəstəyini vurğulayırlar. "ŞƏT-in mühüm vəzifəsi bu təşəbbüslərin və əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün platformanın yaranmasına, dəstək və yardımın göstərilməsinə və region xalqlarının layihələrdən real fayda əldə etməsinə şərait yaratmaqdır", - deyə o əlavə edib. Böyük Avrasiya Tərəfdaşlığı (BAT) Rusiya Prezidenti Vladimir Putinin Avrasiya qitəsində geniş inteqrasiya konturunun formalaşdırılması məqsədilə irəli sürdüyü təşəbbüsdür. Bu yaxınlarda Vladimir Putin birinci Avrasiya İqtisadi Forumundakı çıxışında əsas artım nöqtələrində qitə üçün ümumi olan institutların inkişaf etdirməyi, Avrasiya İqtisadi İttifaqının (Aİİ) xarici tərəfdaşlarla əməkdaşlığını daha fəal inkişaf etdirməyi, onları ittifaqla işləməyin faydaları və üstünlükləri barədə məlumatlandırılmağı, biznesin, investorların işgüzar təşəbbüs azadlığını və yaradıcı fəaliyyətini dəstəkləməyi təklif edib. Çin sədri Si Cinpin bu yaxınlarda qeyd edib ki, Çin Rusiya və Aİİ ölkələri ilə birlikdə "Bir kəmər, bir yol" təşəbbüsü ilə Aİİ arasında əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Avrasiya İqtisadi İttifaqı 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. İttifaqın üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Moldova 2018-ci ilin may ayından etibarən Aİİ-də müşahidəçi statusundadır. 2020-ci ildə Aİİ ölkələri liderlərinin görüşündə Kubaya inteqrasiya birliyində müşahidəçi statusunun da verilməsi qərara alınıb. "Bir kəmər, bir yol" Çinin Mərkəzi Asiya, Avropa və Afrikanın 60-dan çox ölkəsini birləşdirən mövcud ticarət-nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi və yeni ticarət-nəqliyyat dəhlizlərinin yaradılması üzrə beynəlxalq təşəbbüsüdür, bu, onlarla Çin arasında ticarət əlaqələrinin inkişafına kömək etmək məqsədi daşıyır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/04/456481064_174:0:2905:2048_1920x0_80_0_0_55305ffd1dbc1f7bc78305651310d251.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
şət, baş katib, şanxay əməkdaşlıq təşkilatı
şət, baş katib, şanxay əməkdaşlıq təşkilatı
Rusiya və Çinin təşəbbüsləri ŞƏT çərçivəsində əməkdaşlığı genişləndirir - Baş katib
ŞƏT-ə üzv olan dövlətlərin başçıları geniş beynəlxalq əməkdaşlığa, bütün ölkələr üçün bərabər və ədalətli imkanların təmin edilməsinə öz möhkəm dəstəyini vurğulayırlar.
BAKI, 18 oktyabr — Sputnik. "Bir kəmər, bir yol" və "Böyük Avrasiya Tərəfdaşlığı" (BAT) təşəbbüsləri Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verir.
Bunu ŞƏT-in baş katibi Çjan Min "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində üçüncü beynəlxalq əməkdaşlıq forumu ərəfəsində RİA Novosti-yə müsahibəsində deyib.
Forum oktyabrın 17-18-də Pekində keçiriləcək. Bu il həm də bu forumun Çin sədri Si Cinpinin təşəbbüsü ilə elan edilməsinin onuncu ilidir.
"[Bu təşəbbüslər] Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni ideyalar gətirir, onların həyata keçirilməsi isə zəmanəmizin bir çox yeni çağırışlarına əməli həllər tapmaqda bütün ölkələr arasında həmrəyliyi və əməkdaşlığı gücləndirməyə kömək edir", - deyə Çjan Min bildirib.
O vurğulayıb ki, ŞƏT ilk növbədə əməkdaşlıq təşkilatıdır və təşkilata üzv olan dövlətlərin birgə təşəbbüslərinin, innovativ ideyalarının olmaması, mühafizəkar yanaşmalar birliyin durğunluğuna və geriləməsinə səbəb olardı.
Baş katibin sözlərinə görə, ŞƏT-ə üzv olan dövlətlərin başçıları geniş beynəlxalq əməkdaşlığa, bütün ölkələr üçün iqtisadi qloballaşmanın üstünlüklərindən istifadə edilməsinə, davamlı və keyfiyyətli iqtisadi artıma nail olmaq üçün bərabər və ədalətli imkanların təmin edilməsinə öz möhkəm dəstəyini vurğulayırlar.
"ŞƏT-in mühüm vəzifəsi bu təşəbbüslərin və əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün platformanın yaranmasına, dəstək və yardımın göstərilməsinə və region xalqlarının layihələrdən real fayda əldə etməsinə şərait yaratmaqdır", - deyə o əlavə edib.
Böyük Avrasiya Tərəfdaşlığı (BAT) Rusiya Prezidenti Vladimir Putinin Avrasiya qitəsində geniş inteqrasiya konturunun formalaşdırılması məqsədilə irəli sürdüyü təşəbbüsdür. Bu yaxınlarda Vladimir Putin birinci Avrasiya İqtisadi Forumundakı çıxışında əsas artım nöqtələrində qitə üçün ümumi olan institutların inkişaf etdirməyi, Avrasiya İqtisadi İttifaqının (Aİİ) xarici tərəfdaşlarla əməkdaşlığını daha fəal inkişaf etdirməyi, onları ittifaqla işləməyin faydaları və üstünlükləri barədə məlumatlandırılmağı, biznesin, investorların işgüzar təşəbbüs azadlığını və yaradıcı fəaliyyətini dəstəkləməyi təklif edib.
Çin sədri Si Cinpin bu yaxınlarda qeyd edib ki, Çin Rusiya və Aİİ ölkələri ilə birlikdə "Bir kəmər, bir yol" təşəbbüsü ilə Aİİ arasında əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Avrasiya İqtisadi İttifaqı 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. İttifaqın üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Moldova 2018-ci ilin may ayından etibarən Aİİ-də müşahidəçi statusundadır. 2020-ci ildə Aİİ ölkələri liderlərinin görüşündə Kubaya inteqrasiya birliyində müşahidəçi statusunun da verilməsi qərara alınıb.
"Bir kəmər, bir yol" Çinin Mərkəzi Asiya, Avropa və Afrikanın 60-dan çox ölkəsini birləşdirən mövcud ticarət-nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi və yeni ticarət-nəqliyyat dəhlizlərinin yaradılması üzrə beynəlxalq təşəbbüsüdür, bu, onlarla Çin arasında ticarət əlaqələrinin inkişafına kömək etmək məqsədi daşıyır.