https://sputnik.az/20231018/qehveyi-mermer-bagaciginin-azerbaycanda-yayilmamasi-ucun-tedbir-gorulur---foto-459718828.html
Qəhvəyi mərmər bağacığının Azərbaycanda yayılmaması üçün tədbir görülür - FOTO
Qəhvəyi mərmər bağacığının Azərbaycanda yayılmaması üçün tədbir görülür - FOTO
Sputnik Azərbaycan
Respublikamıza zərərvericinin qonşu ölkələrdən daxil olmasının qarşısını almaq məqsədilə cari ilin oktyabr ayından Mazımqara sərhəd buraxılış məntəqəsində... 18.10.2023, Sputnik Azərbaycan
2023-10-18T20:00+0400
2023-10-18T20:00+0400
2023-10-18T20:02+0400
aqta
iqtisadiyyat
kənd təsərrüfatı nazirliyi
mərmər
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0f/448576366_0:161:3071:1888_1920x0_80_0_0_aa17d2273bd02199ce4912888af66a5c.jpg
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birlikdə Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirləri davam etdirir. Belə ki, bu ilin ötən dövrü ərzində Şəki-Zaqatala iqtisadi rayonu üzrə 6012 ədəd feromon tələ asılıb. Qəhvəyi mərmər bağacığının sirayətlənmə dinamikasını izləmək və ona qarşı aparılacaq mübarizə tədbirlərini vaxtında həyata keçirmək məqsədilə həmin feromon tələlərə təkrar baxış zamanı 46 yaşayış məntəqəsində zərərvericilər müşahidə olunub. Aşkarlanmış zərərvericilər toplanaraq mexaniki məhv edilib. Hazırda AQTA və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən Qəhvəyi mərmər bağacığının kütləvi toplaşdığı yerlərdə lokal kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Həmçinin respublikamıza zərərvericinin qonşu ölkələrdən daxil olmasının qarşısını almaq məqsədilə cari ilin oktyabr ayından Mazımqara sərhəd buraxılış məntəqəsində (Balakən) nəqliyyat vasitələrinin dezinseksiyasına başlanılıb. Qeyd edək ki, havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar hazırda Qəhvəyi mərmər bağacığının yaşayış məntəqələri ətrafında toplanması müşahidə olunur. Zərərvericilər qışlamaq üçün sığınacaqlar axtarır. Bu da Qəhvəyi mərmər bağacığının asanlıqla məhv edilməsinə zəmin yaradır. Eləcə də bu dövrdə Qəhvəyi mərmər bağacığının kənd təsərrüfatı bitkiləri üçün heç bir təhlükəsi olmur. Onu da bildirək ki, kifayət qədər maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də bəzi hallarda zərərvericinin bitkidə zədəsi digər zərərli orqanizmlərin zədəsi ilə səhv salınır. Ona görə də, təsərrüfat sahiblərinə bitki üzərində zədə əlamətləri aşkar etdikdə, mütəxəssislərlə məsləhətləşmək tövsiyə olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0f/448576366_170:0:2901:2048_1920x0_80_0_0_94f5e79b2d7199e8637793b979a3bfc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aqta, kənd təsərrüfatı nazirliyi, mərmər
aqta, kənd təsərrüfatı nazirliyi, mərmər
Qəhvəyi mərmər bağacığının Azərbaycanda yayılmaması üçün tədbir görülür - FOTO
20:00 18.10.2023 (Yenilənib: 20:02 18.10.2023) Respublikamıza zərərvericinin qonşu ölkələrdən daxil olmasının qarşısını almaq məqsədilə cari ilin oktyabr ayından Mazımqara sərhəd buraxılış məntəqəsində (Balakən) nəqliyyat vasitələrinin dezinseksiyasına başlanılıb.
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birlikdə Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirləri davam etdirir.
Belə ki, bu ilin ötən dövrü ərzində Şəki-Zaqatala iqtisadi rayonu üzrə 6012 ədəd feromon tələ asılıb. Qəhvəyi mərmər bağacığının sirayətlənmə dinamikasını izləmək və ona qarşı aparılacaq mübarizə tədbirlərini vaxtında həyata keçirmək məqsədilə həmin feromon tələlərə təkrar baxış zamanı 46 yaşayış məntəqəsində zərərvericilər müşahidə olunub. Aşkarlanmış zərərvericilər toplanaraq mexaniki məhv edilib. Hazırda AQTA və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən Qəhvəyi mərmər bağacığının kütləvi toplaşdığı yerlərdə lokal kimyəvi mübarizə tədbirləri həyata keçirilir.
Həmçinin respublikamıza zərərvericinin qonşu ölkələrdən daxil olmasının qarşısını almaq məqsədilə cari ilin oktyabr ayından Mazımqara sərhəd buraxılış məntəqəsində (Balakən) nəqliyyat vasitələrinin dezinseksiyasına başlanılıb.
Qeyd edək ki, havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar hazırda Qəhvəyi mərmər bağacığının yaşayış məntəqələri ətrafında toplanması müşahidə olunur. Zərərvericilər qışlamaq üçün sığınacaqlar axtarır. Bu da Qəhvəyi mərmər bağacığının asanlıqla məhv edilməsinə zəmin yaradır. Eləcə də bu dövrdə Qəhvəyi mərmər bağacığının kənd təsərrüfatı bitkiləri üçün heç bir təhlükəsi olmur.
Onu da bildirək ki, kifayət qədər maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də bəzi hallarda zərərvericinin bitkidə zədəsi digər zərərli orqanizmlərin zədəsi ilə səhv salınır. Ona görə də, təsərrüfat sahiblərinə bitki üzərində zədə əlamətləri aşkar etdikdə, mütəxəssislərlə məsləhətləşmək tövsiyə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.