DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NYT: İsrail ABŞ-dan təcili yardım üçün 10 milyard dollar istəyib

© AFP 2023 / ADEM ALTANDollarlar, arxiv şəkli
Dollarlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
Bu məbləğ ABŞ prezidentinin administrasiyasının ABŞ Konqresində razılaşdırmaq niyyətində olduğu məbləğdən ciddi şəkildə çoxdur.
BAKI, 18 oktyabr — Sputnik. İsrail ABŞ-dan təcili yardım üçün 10 milyard dollar istəyib.
Bu barədə "The New York Times" nəşri yazır.
Nəşrin məsələ ilə tanış olan üç məmura istinadən verdiyi məlumata görə, İsrail nümayəndələri təcili olaraq maddi yardımın göstərilməsi üçün ABŞ hakimiyyətinə müraciət ediblər.
Bildirilir ki, bu məbləğ ABŞ prezidentinin administrasiyasının ABŞ Konqresində razılaşdırmaq niyyətində olduğu məbləğdən ciddi şəkildə çoxdur. Söhbət İsrail və Ukraynaya 2 milyard dolların ayrılmasından gedir.
Xatırladaq ki, bu yaxınlarda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Ağ Ev Konqresdən Ukrayna və İsrailə kömək üçün 2 milyard dollardan çox pul ayırmağı istəmək niyyətindədir. Lakin o qeyd edib ki, bu məbləğə Tayvanı dəstəkləmək və təhlükəsizlik məsələləri ilə bağlı xərclər də daxil olacaq.
Xəbər lenti
0