https://sputnik.az/20231018/mudafie-senayesi-nazirliyinin-numayende-heyeti-beynelxalq-sergide-istirak-edir---foto-459733411.html
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti beynəlxalq sərgidə iştirak edir - FOTO
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti beynəlxalq sərgidə iştirak edir - FOTO
Sputnik Azərbaycan
Sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev Koreya Respublikasının müdafiə sənayesi naziri Eom Donghvan ilə görüşüb. 18.10.2023, Sputnik Azərbaycan
2023-10-18T19:47+0400
2023-10-18T19:47+0400
2023-10-18T19:47+0400
müdafiə
hərbi
sənaye
nazirlik
koreya
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426300363_0:160:3074:1889_1920x0_80_0_0_3d5220f9b0101dab8f08f6a13d74c9ac.jpg
BAKI, 18 oktyabr — Sputnik. Koreya Respublikasının Seul şəhərində "SEOUL ADEX 2023" Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisi öz işinə başlayıb. Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) təşkilatçılığı, Koreya Aerokosmik Sənaye Assosiasiyası (KAIA) və Koreya Müdafiə Sənayesi Assosiasiyasının (KDIA) dəstəyi ilə keçirilən sərgidə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də ziyarətçi qismində iştirak edir. Bu barədə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. Silah, sursat, hərbi texnika, təhlükəsizlik sistemləri, PUA-lar, təyyarələr, helikopterlər, nəqliyyat vasitələri, naviqasiya sistemlərinin nümayiş etdirildiyi sərgini ziyarət edən nazir yeni texnologiyalar və innovativ yeniliklərlə tanış olub. Sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev Koreya Respublikasının müdafiə sənayesi naziri Eom Donghvan ilə görüşüb. Görüş zamanı müdafiə sənayesi sahəsində əldə olunan texnoloji yeniliklər haqqında danışılıb, Azərbaycan və Koreya Respublikası arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib və hər iki ölkədə keçirilən beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirak barədə razılığa gəlinib. "SEOUL ADEX 2023" Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisi 22 oktyabr tarixində yekunlaşacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426300363_172:0:2903:2048_1920x0_80_0_0_97ca526cbdb273eb3a170d2aef516d25.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə, sənaye, nazirlik, koreya
müdafiə, sənaye, nazirlik, koreya
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti beynəlxalq sərgidə iştirak edir - FOTO
Sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev Koreya Respublikasının müdafiə sənayesi naziri Eom Donghvan ilə görüşüb.
BAKI, 18 oktyabr — Sputnik. Koreya Respublikasının Seul şəhərində "SEOUL ADEX 2023" Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisi öz işinə başlayıb.
Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) təşkilatçılığı, Koreya Aerokosmik Sənaye Assosiasiyası (KAIA) və Koreya Müdafiə Sənayesi Assosiasiyasının (KDIA) dəstəyi ilə keçirilən sərgidə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də ziyarətçi qismində iştirak edir. Bu barədə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Silah, sursat, hərbi texnika, təhlükəsizlik sistemləri, PUA-lar, təyyarələr, helikopterlər, nəqliyyat vasitələri, naviqasiya sistemlərinin nümayiş etdirildiyi sərgini ziyarət edən nazir yeni texnologiyalar və innovativ yeniliklərlə tanış olub.
Sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev Koreya Respublikasının müdafiə sənayesi naziri Eom Donghvan ilə görüşüb.
Görüş zamanı müdafiə sənayesi sahəsində əldə olunan texnoloji yeniliklər haqqında danışılıb, Azərbaycan və Koreya Respublikası arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib və hər iki ölkədə keçirilən beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirak barədə razılığa gəlinib.
"SEOUL ADEX 2023" Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisi 22 oktyabr tarixində yekunlaşacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.