https://sputnik.az/20231018/meselide-soyqirimi-toretmekde-teqsirlendirilen-xacaturyanin-novbeti-mehkemesi-kecirilir-459705146.html
"Camaat kənddən çıxmaq istəyəndə insanları güllələməyə başladılar" - Zərərçəkmiş
"Camaat kənddən çıxmaq istəyəndə insanları güllələməyə başladılar" - Zərərçəkmiş
Sputnik Azərbaycan
Müttəhim ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirir. 18.10.2023, Sputnik Azərbaycan
2023-10-18T11:53+0400
2023-10-18T11:53+0400
2023-10-18T11:53+0400
cəmiyyət
meşəli kəndi
məhkəmə
vaqif xaçaturyan
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/11/459675898_191:191:837:554_1920x0_80_0_0_63d60661ef9d566cb0c683a0c8bc0953.jpg
BAKI, 18 oktyabr - Sputnik. Məhkəmə prosesində zərərçəkmiş qismində Alllahverdiyev Murad da ifadə verib.M.Allahverdiyev onu da bildirib ki, hadisələr zamanı onun bir yaşlı qızı kənd camaatı Ağdama qaçarkən donaraq həyatını itirib.Fasilədən sonra hakim bildirib ki, məhkəmə iclası oktyabrın 24-də davam etdiriləcək.***Məhkəmə prosesində zərərçəkmiş Kazımov Şahin ifadə verib. O bildirib ki, erməni quldurları gecə saat dördən sonra kinolar nümayiş etdirib milliyyətçi təbliğat işləri aparıblar.Ş.Kazımov da çıxışı zamanı Xaçaturyana üçün ən ağır cəza verilməsini istəyib.***Məhkəmə prosesində zərərçəkmiş şəxsin, Azərbaycanın milli qəhrəmanı Hidayət Rüstəmovun hüquqi varisi Rüstəmov Arzu ifadə verib. O, sözügedən hadisələr zamanı qardaşının həlak olduğunu deyib.Zərərçəkmişin hüquqi varisi məhkəmədən Vaqif Xaçaturyana ən ağır cəza verilməsini tələb edib.Müttəhim Vaqif Xaçaturyan isə bildirib ki, Meşəlidə törədilmiş cinayətləri İrəvandan gələn ermənilər törədib. O, özünün sözügedən hadisələrdə iştirak etmədiyini dilə gətirib.***Zərərçəkmiş Behbudova Bəsti bildirib ki, Meşəli qırğını törədilərkən azyaşlı olsa da böyüklərin danışdıqlarından necə böyük qətliam törədildiyini dərk edir.Zərərçəkmiş onu da bildirib ki, atası həmin qırğınlarda güllə yarası alıb. Bu faciə törədildikdən sonra kənd sakinləri Vaqif Xaçaturyanın törətdiyi dəhşətli əməlləri danışıblar.B.Behbudova Xaçaturyanın işinin Avropa Məhkəməsinə çıxarılmasını istəyib.Digər Zərərçəkmiş Hacıyev Bayram Vaqif Xaçaturyanı həmin dövrlərdə sürücü kimi tanıdığını deyib."Hadisə baş verəndən sonra hamı deyirdi ki, bu işləri törədənlər Vaqifin dəstəsidir", - deyə o bildirib.Prokurorluq nümayəndələri Zərərçəkmişlərə suallar ünvanlayıb. Hacıyev Bayram bildirib ki, Badara kəndindən Armayis adlı şəxs və digər ermənilər bu qırğınlarda fəal şəkildə iştirak edib.***Oktyabrın 18-də qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın növbəti məhkəməsi keçirilir.Bugünkü məhkəmə prosesində Meşəli kəndində törədilmiş qırğından zərərçəkmiş 20-dək şəxsin dindirilməsi baş tutacaq.Xaçaturyanın məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.Qeyd edək ki, ötən məhkəmə prosesində V.Xaçaturyanın hüquqlarını müdafiə edən Natiq Bəybalayev səhhətində yaranmış problemlərə görə, müdafiədən imtina edib.Vaqif Xaçaturyana yeni müdafiəçi təyin edilib. Xaçaturyan ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
meşəli kəndi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/11/459675898_0:0:961:720_1920x0_80_0_0_78fd347bedeba93400e0f1079393cd5f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
meşəli kəndi, məhkəmə, vaqif xaçaturyan
meşəli kəndi, məhkəmə, vaqif xaçaturyan
"Camaat kənddən çıxmaq istəyəndə insanları güllələməyə başladılar" - Zərərçəkmiş
Müttəhim ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirir.
BAKI, 18 oktyabr - Sputnik. Məhkəmə prosesində zərərçəkmiş qismində Alllahverdiyev Murad da ifadə verib.
"Kəndimizi mühasirəyə almışdılar. Qardaşımı və digər kənd sakinlərini qəddarlıqla qətlə yetirdilər. Hadisə vaxtı həmin kənddə olmuşam. Onlar səsgücləndirici ilə kənd sakinlərinə toxunmayacaqlarını dedilər və kəndi tərk etməyimizi istədilər. Camaat kənddən çıxmaq istəyəndə isə insanları güllələməyə, evləri yandırmağa başladılar. Qadın və uşaqları girov götürməyə çalışırdılar. Kişiləri isə öldürüb meyitini yandırırdılar", - deyə zərərçəkmiş bildirib.
M.Allahverdiyev onu da bildirib ki, hadisələr zamanı onun bir yaşlı qızı kənd camaatı Ağdama qaçarkən donaraq həyatını itirib.
Fasilədən sonra hakim bildirib ki, məhkəmə iclası oktyabrın 24-də davam etdiriləcək.
Məhkəmə prosesində zərərçəkmiş Kazımov Şahin ifadə verib.
O bildirib ki, erməni quldurları gecə saat dördən sonra kinolar nümayiş etdirib milliyyətçi təbliğat işləri aparıblar.
"Bunlar bizim evimizdə çörək yeyiblər, amma həm də qardaşım Ramil Kazımova güllə də atıblar. Bunlarla bizim münasibətlərimiz çox yaxşı idi. Meşəli hadisələri zamanı orada olmasam da, kənd sakinlərindən baş verənlərlə bağlı maraqlandım. Kənd sakinləri Vaqif başda olmaqla bir çox erməninin adını çəkdilər", - deyə zərərçəkmiş bildirib.
Ş.Kazımov da çıxışı zamanı Xaçaturyana üçün ən ağır cəza verilməsini istəyib.
Məhkəmə prosesində zərərçəkmiş şəxsin, Azərbaycanın milli qəhrəmanı Hidayət Rüstəmovun hüquqi varisi Rüstəmov Arzu ifadə verib. O, sözügedən hadisələr zamanı qardaşının həlak olduğunu deyib.
"Rüstəmov Hidayət polis nəfəri kimi orada xidmətdə olub. Hadisənin şahidləri mənə dedilər ki, Meşəli kəndinə od vurub yandırıblar. İnsanları qətlə yetiriblər. Qardaşımın meyiti qismində kül gətirdilər. Onu paltarının qalığından tanıdım", - deyə A.Rüstəmov bildirib.
Zərərçəkmişin hüquqi varisi məhkəmədən Vaqif Xaçaturyana ən ağır cəza verilməsini tələb edib.
Müttəhim Vaqif Xaçaturyan isə bildirib ki, Meşəlidə törədilmiş cinayətləri İrəvandan gələn ermənilər törədib. O, özünün sözügedən hadisələrdə iştirak etmədiyini dilə gətirib.
Zərərçəkmiş Behbudova Bəsti bildirib ki, Meşəli qırğını törədilərkən azyaşlı olsa da böyüklərin danışdıqlarından necə böyük qətliam törədildiyini dərk edir.
Zərərçəkmiş onu da bildirib ki, atası həmin qırğınlarda güllə yarası alıb. Bu faciə törədildikdən sonra kənd sakinləri Vaqif Xaçaturyanın törətdiyi dəhşətli əməlləri danışıblar.
B.Behbudova Xaçaturyanın işinin Avropa Məhkəməsinə çıxarılmasını istəyib.
Digər Zərərçəkmiş Hacıyev Bayram Vaqif Xaçaturyanı həmin dövrlərdə sürücü kimi tanıdığını deyib.
"Hadisə baş verəndən sonra hamı deyirdi ki, bu işləri törədənlər Vaqifin dəstəsidir", - deyə o bildirib.
Prokurorluq nümayəndələri Zərərçəkmişlərə suallar ünvanlayıb. Hacıyev Bayram bildirib ki, Badara kəndindən Armayis adlı şəxs və digər ermənilər bu qırğınlarda fəal şəkildə iştirak edib.
Oktyabrın 18-də qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın növbəti məhkəməsi keçirilir.
Bugünkü məhkəmə prosesində Meşəli kəndində törədilmiş qırğından zərərçəkmiş 20-dək şəxsin dindirilməsi baş tutacaq.
Xaçaturyanın məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.
Qeyd edək ki, ötən məhkəmə prosesində V.Xaçaturyanın hüquqlarını müdafiə edən Natiq Bəybalayev səhhətində yaranmış problemlərə görə, müdafiədən imtina edib.
Vaqif Xaçaturyana yeni müdafiəçi təyin edilib. Xaçaturyan ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.