https://sputnik.az/20231018/kralica-kimi-davranir-a-ursula-fon-der-lyayenin-hereketlerinden-qezeblenir-459695713.html
"Kraliça kimi davranır": Aİ Ursula Fon der Lyayenin hərəkətlərindən qəzəblənir
"Kraliça kimi davranır": Aİ Ursula Fon der Lyayenin hərəkətlərindən qəzəblənir
Sputnik Azərbaycan
Politico: Avropa İttifaqı Ursula Fon der Lyayeni vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıb. 18.10.2023, Sputnik Azərbaycan
2023-10-18T08:00+0400
2023-10-18T08:00+0400
2023-10-18T08:00+0400
ursula fon der lyayen
dünya xəbərləri
kraliça
avropa ittifaqı
israil
ai
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0b/453638254_0:156:3000:1844_1920x0_80_0_0_c4f5897d387777821a86b61ee6bb9fcf.jpg
BAKI, 18 oktyabr — Sputnik. Avropa İttifaqı (Aİ) diplomatları Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayeni vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandıraraq onun idarəolunmazlığını da qeyd ediblər. Bu barədə Rusiya mediası "Politico"ya istinadən xəbər verib. Şəxsi söhbətlərdə avropalı diplomatları, qanunvericiləri və habelə onun öz əməkdaşları belə qeyd ediblər ki, Fon der Lyayen Avropa İttifaqı ölkələrinin hökumətlərini qərar qəbul etməkdən uzaqlaşdırır, Avropa Komissiyasını isə fərmanın köməyi ilə kiçik bir məsləhətçi qrupu idarə edir. "Keçən həftə sonu o, İsrailə planlaşdırılmamış səfər edərkən tənqidlər daha da artıb və bu, avropalı diplomatların qəzəbli reaksiyasına səbəb olub", - məqalədə qeyd edilir. "Politico" ilə söhbətlərdə bəzi siyasətçilər Fon der Lyayenin səfər zamanı İsrailə Qəzza zolağında beynəlxalq hüquqa riayət edilməsinə dair çağırışlarını çatdırmamasından narazılıqlarını ifadə ediblər. "O, getdikcə kraliça kimi davranır", - deyə avropalı diplomatlardan biri bildirib. Avropa Komissiyasının sədrini Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrell də qınayıb və bildirib ki, Fon der Lyayenin Aİ-nın xarici siyasətlə bağlı fikirlərini təmsil etmək hüququ yoxdur. "Avropa İttifaqının istənilən xarici siyasət məsələsi ilə bağlı rəsmi mövqeyi – bir daha təkrar edirəm – rəhbər prinsiplər əsasında qeydə alınır", - deyə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0b/453638254_167:0:2834:2000_1920x0_80_0_0_11df11b1a7f88142e583c5097dcd4311.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ursula fon der lyayen, kraliça, avropa ittifaqı, israil, ai
ursula fon der lyayen, kraliça, avropa ittifaqı, israil, ai
"Kraliça kimi davranır": Aİ Ursula Fon der Lyayenin hərəkətlərindən qəzəblənir
Politico: Avropa İttifaqı Ursula Fon der Lyayeni vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıb.
BAKI, 18 oktyabr — Sputnik. Avropa İttifaqı (Aİ) diplomatları Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayeni vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandıraraq onun idarəolunmazlığını da qeyd ediblər.
Bu barədə Rusiya mediası "Politico"ya istinadən xəbər verib.
Şəxsi söhbətlərdə avropalı diplomatları, qanunvericiləri və habelə onun öz əməkdaşları belə qeyd ediblər ki, Fon der Lyayen Avropa İttifaqı ölkələrinin hökumətlərini qərar qəbul etməkdən uzaqlaşdırır, Avropa Komissiyasını isə fərmanın köməyi ilə kiçik bir məsləhətçi qrupu idarə edir.
"Keçən həftə sonu o, İsrailə planlaşdırılmamış səfər edərkən tənqidlər daha da artıb və bu, avropalı diplomatların qəzəbli reaksiyasına səbəb olub", - məqalədə qeyd edilir.
"Politico" ilə söhbətlərdə bəzi siyasətçilər Fon der Lyayenin səfər zamanı İsrailə Qəzza zolağında beynəlxalq hüquqa riayət edilməsinə dair çağırışlarını çatdırmamasından narazılıqlarını ifadə ediblər.
"O, getdikcə kraliça kimi davranır", - deyə avropalı diplomatlardan biri bildirib.
Avropa Komissiyasının sədrini Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrell də qınayıb və bildirib ki, Fon der Lyayenin Aİ-nın xarici siyasətlə bağlı fikirlərini təmsil etmək hüququ yoxdur.
"Avropa İttifaqının istənilən xarici siyasət məsələsi ilə bağlı rəsmi mövqeyi – bir daha təkrar edirəm – rəhbər prinsiplər əsasında qeydə alınır", - deyə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri qeyd edib.