DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Hər şey bitdi": Fransa Zelenskiyə Qərbin dəstəyi ilə bağlı narahatedici xəbər verdi

© Clodagh Kilcoyne/Pool via APUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
Filippo əlavə edib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra bütün dünya, xüsusən də USQ-nin uğursuz hücumu fonunda Ukraynadakı hadisələrə marağı tədricən itirməyə başlayıb.
BAKI, 18 oktyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski İsrailə səfər etmək cəhdi ilə Qərbin diqqətini cəlb edə bilməyib.
Bunu Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo deyib.
"İndi uygun zaman deyil", - deyə, Zelenskiyə quru və rəsmi şəkildə cavab veriblər. Həmin gün bu barədə "The Times of İsrael" onlayn-qəzeti xəbər verib. Ukrayna prezidenti medianın diqqətini özünə qaytarmağa ümid edib. "Hər şey bitdi", - deyə siyasətçi "X" sosial şəbəkəsindəki (keçmiş "Twitter") səhifəsində yazıb.
Filippo əlavə edib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra bütün dünya, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin (USQ) uğursuz hücumu fonunda Ukraynadakı hadisələrə marağı tədricən itirməyə başlayıb.
Siyasətçi hesab edir ki, Zelenski üçün perspektiv yaxşı deyil, ona görə də Ukrayna lideri "hər şeydən vaz keçməli və sülhə razılıq verməli olacaq".
Bu yaxınlarda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq analitiki Larri Conson qeyd edib ki, Zelenski İsraildəki müharibə fonunda müttəfiqlərinin hərbi dəstəyini itirmək qorxusundan nəzərəçarpacaq dərəcədə narahatdır.
Xəbər lenti
0