https://sputnik.az/20231018/cin-sirketi-ile-azad-edilmis-erazilerde-gunes-stansiyalarinin-insasi-muzakire-edilib-459704876.html
Çin şirkəti ilə azad edilmiş ərazilərdə günəş stansiyalarının inşası müzakirə edilib
Çin şirkəti ilə azad edilmiş ərazilərdə günəş stansiyalarının inşası müzakirə edilib
Sputnik Azərbaycan
Bərpa olunan enerjinin inkişafının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən olduğu vurğulanıb. 18.10.2023, Sputnik Azərbaycan
2023-10-18T10:41+0400
2023-10-18T10:41+0400
2023-10-18T10:41+0400
çin
qarabağın dirçəlişi və reinteqrasiyası
energetika naziri pərviz şahbazov
enerji
yaşıl
"bir kəmər - bir yol" forumu
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441075355_0:72:3072:1800_1920x0_80_0_0_6a01ce91502c391c0b3840cdcd517ab9.jpg
BAKI, 18 oktyabr — Sputnik. Çinə səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov "China Energy International Group Co.Ltd" şirkətinin sədri Lyu Zexiang ilə görüşüb. Energetika Nazirliyindən bildiriblər ki, görüşdə Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Energetika Nazirliyi ilə "China Gezhouba Group Overseas Investment" şirkəti arasında imzalanmış Anlaşma Memorandumunun icrasından irəli gələn məsələlər müzakirə edilib. Çin şirkəti ilə azad edilmiş ərazilərdə günəş elektrik stansiyalarının inşası məqsədilə müvafiq tədbirlərin görüldüyü qeyd edilib. Bərpa olunan enerjinin inkişafının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən olduğu vurğulanıb, istehlak və ixrac məqsədli enerji layihələri, "Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi" barədə məlumat verilib. "China Energy" şirkəti ilə bərpa olunan enerji güclərinin şəbəkəyə inteqrasiyası, "yaşıl enerji"nin ötürülməsi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Şirkətlə əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə birgə tədbirlərin keçirilməsi razılaşdırılıb. Xatırladaq ki, energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyasının sədri Zheng Shanjienin dəvəti ilə Çinə səfər edib. Nazir 18 oktyabr tarixində Pekin şəhərində keçiriləcək 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində “Bağlantılar” üzrə yüksək səviyyəli iclasda iştirak edəcək. Tədbir çərçivəsində nazirin “Qarşılıqlı faydalı inkişaf üçün infrastrukturun, həmçinin texnologiyaların, standartların, qaydaların və əməliyyatların əlaqələndirilməsinin gücləndirilməsi” mövzusunda çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441075355_341:0:3072:2048_1920x0_80_0_0_f7a84271743c4e880832de084b28166d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, energetika naziri pərviz şahbazov, enerji, yaşıl, "bir kəmər - bir yol" forumu
çin, energetika naziri pərviz şahbazov, enerji, yaşıl, "bir kəmər - bir yol" forumu
Çin şirkəti ilə azad edilmiş ərazilərdə günəş stansiyalarının inşası müzakirə edilib
Bərpa olunan enerjinin inkişafının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən olduğu vurğulanıb.
BAKI, 18 oktyabr — Sputnik. Çinə səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov "China Energy International Group Co.Ltd" şirkətinin sədri Lyu Zexiang ilə görüşüb.
Energetika Nazirliyindən bildiriblər ki, görüşdə Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Energetika Nazirliyi ilə "China Gezhouba Group Overseas Investment" şirkəti arasında imzalanmış Anlaşma Memorandumunun icrasından irəli gələn məsələlər müzakirə edilib. Çin şirkəti ilə azad edilmiş ərazilərdə günəş elektrik stansiyalarının inşası məqsədilə müvafiq tədbirlərin görüldüyü qeyd edilib.
Bərpa olunan enerjinin inkişafının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən olduğu vurğulanıb, istehlak və ixrac məqsədli enerji layihələri, "Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi" barədə məlumat verilib. "China Energy" şirkəti ilə bərpa olunan enerji güclərinin şəbəkəyə inteqrasiyası, "yaşıl enerji"nin ötürülməsi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Şirkətlə əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə birgə tədbirlərin keçirilməsi razılaşdırılıb.
Xatırladaq ki, energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyasının sədri Zheng Shanjienin dəvəti ilə Çinə səfər edib. Nazir 18 oktyabr tarixində Pekin şəhərində keçiriləcək 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində “Bağlantılar” üzrə yüksək səviyyəli iclasda iştirak edəcək.
Tədbir çərçivəsində nazirin “Qarşılıqlı faydalı inkişaf üçün infrastrukturun, həmçinin texnologiyaların, standartların, qaydaların və əməliyyatların əlaqələndirilməsinin gücləndirilməsi” mövzusunda çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.