DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bu gündən etibarən əleyhimizə heç bir sanksiya yoxdur – İran XİN

© AP Photo / Vahid Salemi, Fileİran bayrağı
İran bayrağı - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
Ə.Baqeri Kəninin sözlərinə görə, qeyd olunan qətnaməyə əsasən, ballistik raketlərlə əlaqədar bütün fəaliyyətlər və alış-satışlarla bağlı bütün məhdudiyyətlər başa çatır.
BAKI, 18 oktyabr — Sputnik. BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən, 18 oktyabr 2023-cü ildən etibarən İran əleyhinə heç bir məhdudiyyət yoxdur.
Bunu İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kəni özünün "X" səhifəsində yazıb.
Ə.Baqeri Kəninin sözlərinə görə, qeyd olunan qətnaməyə əsasən, ballistik raketlərlə əlaqədar bütün fəaliyyətlər və alış-satışlarla bağlı bütün məhdudiyyətlər başa çatır.
Baqeri əlavə edib ki, bu gündən 2231 saylı qətnamə siyahısında qeyd olunan şəxslər və qurumlara qarşı bütün məhdudiyyətlər, o cümlədən, əmlakın bloklanması məhdudiyyəti sona çatır və bu siyahı BMT-nin saytından çıxarılacaq.
İranlı nazir müavini bildirib ki, qeyd olunan qətnamə əsasında milli və regional səviyyədə İran əleyhinə tətbiq olunan sanksiyalar və məhdudlaşdırıcı tədbirlərin hamısı sona çatmalıdır. Bu çərçivədə məhdudiyyətlərin saxlanması və ya yeni sanksiyaların tətbiq olunması 2231 saylı qətnaməni açıq-aşkar pozur.
Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran 2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0