https://sputnik.az/20231018/brks-in-reqemsal-valyutasinin-yaradilmasi-muzakire-olunur-459687957.html
BRİKS-in rəqəmsal valyutasının yaradılması müzakirə olunur
BRİKS-in rəqəmsal valyutasının yaradılması müzakirə olunur
Sputnik Azərbaycan
BRİKS ölkələrinin yeni rəqəmsal valyutası assosiasiyaya daxil olan dövlətlərin valyuta səbətinə bağlana bilər. 18.10.2023, Sputnik Azərbaycan
2023-10-18T01:05+0400
2023-10-18T01:05+0400
2023-10-18T01:05+0400
briks
iqtisadiyyat
braziliya
rusiya
hindistan
car
çin
rəqəmsal
valyuta
https://cdnn1.img.sputnik.az/img/07e7/08/16/457894048_0:0:3096:1742_1920x0_80_0_0_35f81674350628bb337cb534a43c6874.jpg
BAKI, 18 oktyabr — Sputnik. BRİKS ölkələrinin yeni rəqəmsal valyutası assosiasiyaya daxil olan dövlətlərin valyuta səbətinə bağlana bilər. Onların arasında Rusiya, Çin, Braziliya, Hindistan, Cənubi Afrika Respublikası var, 2024-cü il yanvarın 1-dən isə Argentina, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya təşkilata tamhüquqlu üzv olacaqlar. Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov "İzvestiya" ilə söhbətində bildirib. Maliyyə Nazirliyinin rəhbərinin sözlərinə görə, rəqəmsal valyutanı dollara bağlamaq lazım deyil, o, müxtəlif valyutalara, o cümlədən rubl və yuana qarşı kotirovka edilə bilər. Siluanov əlavə edib ki, bu gün BRİKS-in rəqəmsal hesab vahidinin yaradılması məsələsi müzakirə mərhələsindədir, lakin hamı bu təşəbbüsün perspektivlərini başa düşür. "Bununla belə, həyat elədir ki, bizə etibarlı ödənişlər, sabit maliyyə kommunikasiyaları lazımdır, bunun üçün infrastruktur lazımdır. Rəqəmsal təməl yaxşı perspektivdir", - deyə o bəyan edib. Siluanov, həmçinin BRİKS-ə üzv ölkələrin məhdudiyyətsiz və problemsiz hesablaşmalarda maraqlı olduqlarını, buna görə də vahid rəqəmsal valyutanın yaradılması məsələsinin gündəmə gəldiyini iddia edib. Bundan əvvəl Rusiya Federasiyasının Maliyyə Nazirliyi BRİKS ölkələrinə ticarətin təşkili üçün blokçeyn texnologiyasına əsaslanan yeni hesab vahidi yaratmağı təklif edib. İqtisadi İnkişaf Nazirliyi bu ideyanı dəstəkləyib, çünki belə qərarlar dollardan asılılığın azaldılmasına və bir sıra ölkələrlə ticarətdəki disbalansdan qurtulmasına kömək edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/16/457894048_0:0:2732:2048_1920x0_80_0_0_99bf530d36db2536d4a156b3c56406d1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
briks , braziliya, rusiya, hindistan, car, çin, rəqəmsal, valyuta
briks , braziliya, rusiya, hindistan, car, çin, rəqəmsal, valyuta
BRİKS-in rəqəmsal valyutasının yaradılması müzakirə olunur
BRİKS ölkələrinin yeni rəqəmsal valyutası assosiasiyaya daxil olan dövlətlərin valyuta səbətinə bağlana bilər.
BAKI, 18 oktyabr — Sputnik. BRİKS ölkələrinin yeni rəqəmsal valyutası assosiasiyaya daxil olan dövlətlərin valyuta səbətinə bağlana bilər. Onların arasında Rusiya, Çin, Braziliya, Hindistan, Cənubi Afrika Respublikası var, 2024-cü il yanvarın 1-dən isə Argentina, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya təşkilata tamhüquqlu üzv olacaqlar.
Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov "İzvestiya" ilə söhbətində bildirib.
Maliyyə Nazirliyinin rəhbərinin sözlərinə görə, rəqəmsal valyutanı dollara bağlamaq lazım deyil, o, müxtəlif valyutalara, o cümlədən rubl və yuana qarşı kotirovka edilə bilər. Siluanov əlavə edib ki, bu gün BRİKS-in rəqəmsal hesab vahidinin yaradılması məsələsi müzakirə mərhələsindədir, lakin hamı bu təşəbbüsün perspektivlərini başa düşür.
"Bununla belə, həyat elədir ki, bizə etibarlı ödənişlər, sabit maliyyə kommunikasiyaları lazımdır, bunun üçün infrastruktur lazımdır. Rəqəmsal təməl yaxşı perspektivdir", - deyə o bəyan edib.
Siluanov, həmçinin BRİKS-ə üzv ölkələrin məhdudiyyətsiz və problemsiz hesablaşmalarda maraqlı olduqlarını, buna görə də vahid rəqəmsal valyutanın yaradılması məsələsinin gündəmə gəldiyini iddia edib.
Bundan əvvəl Rusiya Federasiyasının Maliyyə Nazirliyi BRİKS ölkələrinə ticarətin təşkili üçün blokçeyn texnologiyasına əsaslanan yeni hesab vahidi yaratmağı təklif edib. İqtisadi İnkişaf Nazirliyi bu ideyanı dəstəkləyib, çünki belə qərarlar dollardan asılılığın azaldılmasına və bir sıra ölkələrlə ticarətdəki disbalansdan qurtulmasına kömək edəcək.