CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda cərrahın qanunsuz əməliyyat keçirməsinə icazə verən xəstəxana cərimələnib

© AFP 2024 / PHILIPPE HUGUENCərrahlar əməliyyat zamanı, arxiv şəkli
Cərrahlar əməliyyat zamanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
"Berlin Ailə və Uşaq Klinikası" MMC ilə həkim Vurğun Məmmədov arasında bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minmədən sonuncunun klinikada cərrahiyyə əməliyyatı icra etməsi müəyyən edilib.
BAKI, 18 oktyabr — Sputnik. Tibb müəssisəsində əmək hüququnun pozulması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluqdan bildirilib ki, araşdırma zamanı "Berlin Ailə və Uşaq Klinikası" MMC ilə həkim Vurğun Məmmədov arasında bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minmədən sonuncunun klinikada cərrahiyyə əməliyyatı icra etməsi müəyyən edilib.
Fakt üzrə Yasamal rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.
Yasamal rayon məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Xatırladaq ki, bundan öncə əmək hüququnun pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılıb.
Qurumdan bildirilib ki, araşdırma zamanı "TMS GROUP" MMC-nin direktoru Rəşad Namazovun əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Elvin Hətəmovu işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.
Fakt üzrə Mingəçevir Şəhər Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.
Mingəçevir şəhər məhkəməsinin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində inzibati cərimə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0