Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı qız Moskvada Diana Qurtskaya və Soso Pavliaşvili ilə birgə mahnı ifa edib

© Photo : Courtesy of Xoshgadam AkhmedovaAzərbaycanın Masallı rayonundan olan on üç yaşlı qız Sarıngül Zahidli
Azərbaycanın Masallı rayonundan olan on üç yaşlı qız Sarıngül Zahidli  - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
Tədbirdə digər finalçılarla birlikdə Sarıngül Zahidli üç mahnı ifa edib.
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycanın Masallı rayonundan olan on üç yaşlı qız Sarıngül Zahidli Moskvada keçirilən XIV Beynəlxalq "Bəyaz çəlik" xeyriyyə festivalında uğurla çıxış edib. O, rusiyalı ifaçılar Diana Qurtskaya Soso Pavliaşvili ilə birlikdə mahnı ifa edib.
Sarıngül Rusiya paytaxtına sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru İradə Vəzirova və müəllimi Xoşqədəm Əhmədova ilə birlikdə gedib. Tədbir boyu onlar öz şagirdlərinə dəstək olublar.
Əhmədovanın "Azərbaycan Sputnik"ə verdiyi məlumata görə, festivalda 11 ölkədən - Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ermənistan və Özbəkistandan görmə məhdudiyyəti olan 73 gənc artist iştirak edib.
Tədbirin ilk günündə Rusiyanın xalq artisti, festivalın ideoloji ilhamvericisi Diana Qurtskaya iştirakçılarla görüşüb. O, bir-birini daha yaxından tanımaq üçün hər kəslə şəxsən söhbət edib, onlara xatirə hədiyyələri təqdim edib.
Ertəsi gün finalçılar üçün Moskvaya maarifləndirici tur təşkil olunub. Əvvəlcə onlar Qızıl Meydanda olublar. Burada uşaqlar Rusiya dövlətinin çoxəsrlik tarixi və nadir memarlıq abidələri ilə tanış olublar. Günün ikinci yarısında isə iştirakçılar Avropanın ən böyük okeanariumlarından biri olan Moskvarium Okeanoqrafiya və Dəniz Biologiyası Mərkəzində olublar. Ekskursiya iştirakçıları toxunma qabiliyyətinə malik akvariumlara, nadir balıqların və iri dəniz yırtıcılarının maketlərinə toxunaraq onlar barədə təsəvvürə malik ola biliblər, dəniz sakinlərinin həyatı haqqında daha şox biliklər əldə ediblər.
© Photo : Courtesy of Xoshgadam AkhmedovaAzərbaycanın Masallı rayonundan olan on üç yaşlı qız Sarıngül Zahidli
Тринадцатилетняя девочка из Масаллинского района Азербайджана Сарынгюль Захидли  - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Azərbaycanın Masallı rayonundan olan on üç yaşlı qız Sarıngül Zahidli
"Ertəsi gün məşqlər, axşam isə "Krokus Siti Holl"da bir çox rus ulduzlarının iştirak etdiyi qala-konsert oldu. Festivala getməzdən əvvəl onun təşkilatçıları bizə Sarıngülün ifa etməli olduğu mahnıları göndərdilər. Bütün bəstələr rus dilində idi. Onun bu mahnıları necə gözəl, vurğusuz ifa etməsinə heyran qaldıq. İştirakçıların çoxluğuna, solo çıxışlar olmadığına görə bir neçə uşaq bir mahnı oxudu", - deyə Əhmədova bildirib.
Sarıngül müxtəlif ölkələrdən olan digər finalçılarla birlikdə səhnədə üç mahnı ifa etdi: bu, Polina Qaqarinanın repertuarından "Biz Kainatık", Soso Pavliaşvili ilə birlikdə "Bayram gəlsin" mahnıları idi. Konsert isə Diana Qurtskayanın bütün iştirakçılarla birlikdə "Mərhəmətin qanadları" trekinin ifası ilə başa çatıb.
© Photo : Courtesy of Xoshgadam AkhmedovaAzərbaycanın Masallı rayonundan olan on üç yaşlı qız Sarıngül Zahidli
Тринадцатилетняя девочка из Масаллинского района Азербайджана Сарынгюль Захидли  - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Azərbaycanın Masallı rayonundan olan on üç yaşlı qız Sarıngül Zahidli

"Hər şey yüksək səviyyədə keçdi. Sərıngül festivalda Azərbaycanı layiqincə təmsil etdi. Onun əla musiqi duyumu var. O, ümumiyyətlə, çox istedadlı qızdır, pianoda ifa edir və oxuyur. Əminik ki, onu uğurlu gələcək gözləyir", - deyə Sarıngülün müəlliməsi fikrini ibildirib.

"Ağ qamış" beynəlxalq xeyriyyə festivalı 2010-cu ildən keçirilir. Tədbir görmə məhdudiyyəti olan istedadlı uşaqları və şou-biznes ulduzlarını bir səhnədə bir araya gətirir. Təşkilatçı Diana Qurtskayanın kor və görmə qabiliyyəti zəif olan uşaqlara yardım etmək üçün "Ürəyin çağırışı ilə" adlı Xeyriyyə Fondudur.
Festival gənc vokalçılara öz yaradıcılıq potensialını kəşf etməyə, səhnədə ifa təcrübəsi qazanmağa və onların musiqi inkişafına təkan verməyə kömək edir. "Ağ qamış"ın ideyası sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələri mədəni və sosial həyata cəlb etmək, onlara yaradıcı özünü reallaşdırmaq imkanı verməkdir. Festivalın bütün mövcudluğu ərzində Rusiyanın müxtəlif regionlarından və MDB ölkələrindən 10 mindən çox istedadlı uşaq bu festivalda iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0