https://sputnik.az/20231018/azerbaycanda-hansi-hallarda-teyyareler-mecburi-yere-endirilecek-459709626.html
Azərbaycanda hansı hallarda təyyarələr məcburi yerə endiriləcək?
Azərbaycanda hansı hallarda təyyarələr məcburi yerə endiriləcək?
Sputnik Azərbaycan
Bundan başqa, Azərbaycan Respublikasının hava məkanından istifadənin məhdudlaşdırılması halları müəyyənləşib. 18.10.2023, Sputnik Azərbaycan
2023-10-18T12:10+0400
2023-10-18T12:10+0400
2023-10-18T12:10+0400
təyyarə
cəmiyyət
aviasiya
milli məclis
komitə
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437638320_0:312:3000:2000_1920x0_80_0_0_048c113f0d75911bad63458795e3ef73.jpg
BAKI, 18 oktyabr — Sputnik. İcazələri almadan Azərbaycan Respublikasının dövlət sərhədini keçən, Azərbaycan Respublikasının dövlət sərhədi üzərində uçuş qaydalarını pozan və ya Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarını digər şəkildə pozan hava gəmisi müvafiq qurumun tələbi ilə məcburi qaydada yerə endirilə bilər. Bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Aviasiya haqqında" qanun layihəsində öz əksini tapıb. Uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşunun davamına müvafiq qurum tərəfindən icazə verilir. Məcburi qaydada yerə enmək barədə xüsusi tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə verilir. Qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığına təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycan Respublikasının hava məkanına daxil olan beynəlxalq uçuşları yerinə yetirən hər hansı hava gəmisinin təcili enməsinə həmin hava gəmisinin sərhəd və gömrük nəzarətindən və bu qanunda nəzərdə tutulmuş digər nəzarətdən keçməsini təmin etmək üçün yalnız müvafiq qurumun bu məqsədlə müəyyən etdiyi hava limanında yol verilir. Kommersiya uçuşlarının həyata keçirilməsi zamanı istismar tələblərinə uyğun olmayan sınaqları və qəza şəraitinin imitasiyasını aparmağa yol verilmir. Bundan başqa, Azərbaycan Respublikasının hava məkanından istifadənin məhdudlaşdırılması halları müəyyənləşib. Qanun layihəsinə, əsasən, mülki və ya dövlət aviasiyası sahəsində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən müvafiq qurum müdafiə qabiliyyətinə, ictimai qaydalara və milli təhlükəsizliyə təhlükə yaradan səbəblərə görə ümumi hava hərəkətini hava məkanının müəyyən hissəsində və ya bütün hava məkanında məhdudlaşdırmaq və ya hava məkanının istifadəsinə müvəqqəti qadağa qoymaq hüququna malikdir. Müvafiq qurum dövlət mənafelərini nəzərə alaraq, hava məkanının konkret hissələrini mülki aviasiya üçün qadağan olunmuş və ya məhdudlaşdırılmış zona kimi müəyyən edə bilər. Belə qadağa və məhdudiyyətlər onların tətbiqi üçün əsas olan hallar aradan qaldırıldıqda ləğv edilir.Yeni qanunun hazırlanmasına ehtiyac hardan yaranıb?Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib ki, Azərbaycanda "Aviasiya haqqında" yeni qanunun qəbul edilməsi əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır:“Sənəddə bütün sahələrdə tam təhlükəsizlik nəzərdə tutulur. Layihədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) başqa, yükdaşıma şirkətləri, xidmət, naviqasiya sahəsi, təhsil müəssisələri nəzərə alınıb. Sual oluna bilər ki, yeni qanunun hazırlanmasına ehtiyac hardan yaranıb? Bu sahədə bütün dünyada tələbləri Beynəlxalq Müki Aviasiya Təşkilatı (ICAO) müəyyən edir. Bütün dünyada hava limanları həmin tələblərə əməl etməyə çalışır. Bunun üçün vaxtaşırı auditlər keçirilir. Bizdə də bu həftə auditə başlanılıb. Bu auditlər zamanı bir sıra nöqsanlar aşkar edilir. Mövcud qanun təəssüf ki, audit zamanı ortaya çıxan bütün sualları cavablandırmağa imkan vermir. Odur ki, qanuna bir sıra fəsillərin yenidən daxil edilməsi, bəzilərinin daha da təkmilləşdirilməsi, xüsusilə mülki pilotsuz uçuş aparatlarının dövriyyəsini tənzimləyən norma və tələblərin müəyyən edilməsi qanun layihəsində öz əksini tapıb".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437638320_433:252:2763:2000_1920x0_80_0_0_e7a8f561020a7ee694025211286ffe9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
təyyarə, aviasiya, milli məclis, komitə
təyyarə, aviasiya, milli məclis, komitə
Azərbaycanda hansı hallarda təyyarələr məcburi yerə endiriləcək?
Bundan başqa, Azərbaycan Respublikasının hava məkanından istifadənin məhdudlaşdırılması halları müəyyənləşib.
BAKI, 18 oktyabr — Sputnik. İcazələri almadan Azərbaycan Respublikasının dövlət sərhədini keçən, Azərbaycan Respublikasının dövlət sərhədi üzərində uçuş qaydalarını pozan və ya Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarını digər şəkildə pozan hava gəmisi müvafiq qurumun tələbi ilə məcburi qaydada yerə endirilə bilər.
Bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Aviasiya haqqında" qanun layihəsində öz əksini tapıb.
Uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşunun davamına müvafiq qurum tərəfindən icazə verilir.
Məcburi qaydada yerə enmək barədə xüsusi tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə verilir.
Qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığına təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycan Respublikasının hava məkanına daxil olan beynəlxalq uçuşları yerinə yetirən hər hansı hava gəmisinin təcili enməsinə həmin hava gəmisinin sərhəd və gömrük nəzarətindən və bu qanunda nəzərdə tutulmuş digər nəzarətdən keçməsini təmin etmək üçün yalnız müvafiq qurumun bu məqsədlə müəyyən etdiyi hava limanında yol verilir.
Kommersiya uçuşlarının həyata keçirilməsi zamanı istismar tələblərinə uyğun olmayan sınaqları və qəza şəraitinin imitasiyasını aparmağa yol verilmir.
Bundan başqa, Azərbaycan Respublikasının hava məkanından istifadənin məhdudlaşdırılması halları müəyyənləşib.
Qanun layihəsinə, əsasən, mülki və ya dövlət aviasiyası sahəsində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən müvafiq qurum müdafiə qabiliyyətinə, ictimai qaydalara və milli təhlükəsizliyə təhlükə yaradan səbəblərə görə ümumi hava hərəkətini hava məkanının müəyyən hissəsində və ya bütün hava məkanında məhdudlaşdırmaq və ya hava məkanının istifadəsinə müvəqqəti qadağa qoymaq hüququna malikdir.
Müvafiq qurum dövlət mənafelərini nəzərə alaraq, hava məkanının konkret hissələrini mülki aviasiya üçün qadağan olunmuş və ya məhdudlaşdırılmış zona kimi müəyyən edə bilər. Belə qadağa və məhdudiyyətlər onların tətbiqi üçün əsas olan hallar aradan qaldırıldıqda ləğv edilir.
Yeni qanunun hazırlanmasına ehtiyac hardan yaranıb?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib ki, Azərbaycanda "Aviasiya haqqında" yeni qanunun qəbul edilməsi əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır:
“Sənəddə bütün sahələrdə tam təhlükəsizlik nəzərdə tutulur. Layihədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) başqa, yükdaşıma şirkətləri, xidmət, naviqasiya sahəsi, təhsil müəssisələri nəzərə alınıb. Sual oluna bilər ki, yeni qanunun hazırlanmasına ehtiyac hardan yaranıb? Bu sahədə bütün dünyada tələbləri Beynəlxalq Müki Aviasiya Təşkilatı (ICAO) müəyyən edir. Bütün dünyada hava limanları həmin tələblərə əməl etməyə çalışır. Bunun üçün vaxtaşırı auditlər keçirilir. Bizdə də bu həftə auditə başlanılıb. Bu auditlər zamanı bir sıra nöqsanlar aşkar edilir. Mövcud qanun təəssüf ki, audit zamanı ortaya çıxan bütün sualları cavablandırmağa imkan vermir. Odur ki, qanuna bir sıra fəsillərin yenidən daxil edilməsi, bəzilərinin daha da təkmilləşdirilməsi, xüsusilə mülki pilotsuz uçuş aparatlarının dövriyyəsini tənzimləyən norma və tələblərin müəyyən edilməsi qanun layihəsində öz əksini tapıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.