Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycanda hansı ali məktəblər akkreditasiyadan keçib? Rəsmi siyahı

© Photo : BMU mətbuat xidmətiAuditoriyada tələbələr, arxiv şəkli
Auditoriyada tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
Eksklüziv
İlin sonuna kimi isə daha 3 ali təhsil müəssisəsində akkreditasiya qiymətləndirməsinin yekunlaşması planlaşdırılır.
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycanda hansı universitetlərin akkreditasiyadan keçdiyi açıqlanıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 2023-cü ildə 10 ali təhsil müəssisəsində akkreditasiya prosesi yekunlaşıb. İlin sonuna kimi isə daha 3 ali təhsil müəssisəsində akkreditasiya qiymətləndirməsinin yekunlaşması planlaşdırılır.

"Bu günə kimi akkreditasiya qiymətləndirməsi yekunlaşmış 7 ATM-in (Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti) nəticəsi Akkreditasiya Şurası tərəfindən "əsasən uyğundur" kimi qiymətləndirilərək növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçmələrinə dair qərar qəbul edilmişdir", - deyə qurumdan sorğumuza verilən cavabda bildirilib.

Cavabda o da qeyd olunub ki, 2024-cü ilin Qrafikində yer alan ali təhsil müəssisələrinə sahə səfərləri yaz və payız semesterləri ərzində təşkil ediləcəkdir:
"Akkreditasiya qiymətləndirməsi "Avropa Ali Təhsil Məkanında Standartlar və Təlimatlar (ESG)" bələdçisinə uyğun olaraq tərtib olunmuş və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 Qərarı əsasında təsdiq edilmiş "Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları" əsasında həyata keçirilməkdədir".
Xatırladaq ki, bir müddət öncə 2023-cü ildə akkreditasiya prosesindən keçəcək ali təhsil müəssisələrinin sayı açıqlanmışdı. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Ülkər Səttarova bildirmişdi ki, ilin sonuna kimi 15 ali məktəbtəhsil müəssisəsinin akkreditasiya prosesindən keçəcəyi gözlənilir:

"Biz ilk dəfə olaraq milli akkreditasiya prosesində tələbələri, beynəlxalq ekspertləri və əmək bazarının nümayəndələrini akkreditasiya panellərinə cəlb edirik. Keyfiyyətin kənar qiymətləndirilməsi ilə yanaşı, biz hərtərəfli təlim və metodiki dəstək vasitəsilə Azərbaycanın ali təhsil müəssisələrində beynəlxalq təcrübəni də yayırıq. 2023-cü ildə TKTA 14 ali məktəbə təlim və metodiki dəstək göstərib. İlin sonuna kimi daha 3 ali təhsil müəssisəsi təlim və metodiki dəstəkdən faydalanacaq", - deyə o əlavə edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0