https://sputnik.az/20231018/azerbaycanda-denizcilik-sahesinde-yeni-dovlet-rusumlari-mueyyen-edilir-459710585.html
Azərbaycanda dənizçilik sahəsində yeni dövlət rüsumları müəyyən edilir
Azərbaycanda dənizçilik sahəsində yeni dövlət rüsumları müəyyən edilir
Sputnik Azərbaycan
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik müzakirə edilir. 18.10.2023, Sputnik Azərbaycan
2023-10-18T12:31+0400
2023-10-18T12:31+0400
2023-10-18T12:31+0400
dəniz
cəmiyyət
dənizçi
şəhadətnamə
rüsum
https://cdnn1.img.sputnik.az/img/42307/86/423078688_185:620:2499:1922_1920x0_80_0_0_9197964950b87a4121e12e6e64cd16c9.jpg
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycanda dənizçilik sahəsində daha 2 sənəd - "Gəmi tarixinin fasiləsiz qeydlər sənədi", eləcə də "Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması barədə Şəhadətnamə" dövlət rüsumları ödənilməklə veriləcək. Bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Sənədə əsasən, həmin dövlət rüsumları 65 manat təşkil edəcək. Bundan başqa, qanun layihəsi dəniz nəqliyyatında bəzi sənədlərin adlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Belə ki, "Heyətin tərkibi haqqında Şəhadətnamə"nin əvəzinə "Minimum heyət tərkibi haqqında Şəhadətnamə", "Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnaməsi (işçi diplom) və təsdiqnamə"nin əvəzinə "Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnaməsi (diplom) və təsdiqnamə", "Gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatı"nın əvəzinə "Gəmi heyət üzvləri üçün xüsusi hazırlıq şəhadətnaməsi" olacaq. Qeyd edək ki, Ticarət Gəmiçiliyi Məcəlləsinə görə, 18-ci maddə "Əsas gəmi sənədləri" adlanır. Gəminin aşağıda göstərilən əsas gəmi sənədləri olmalıdır: Xatırladaq ki, bu Məcəllə ticarət gəmiçiliyi fəaliyyətinin hüquqi əsaslarını, onun səmərəli təşkili və məqsədli inkişafından yaranan münasibətləri tənzimləyir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42307/86/423078688_337:548:2274:2000_1920x0_80_0_0_821b62f6c71d315fe1985f8bd7a0d45d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dəniz, dənizçi, şəhadətnamə, rüsum
dəniz, dənizçi, şəhadətnamə, rüsum
Azərbaycanda dənizçilik sahəsində yeni dövlət rüsumları müəyyən edilir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik müzakirə edilir.
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycanda dənizçilik sahəsində daha 2 sənəd - "Gəmi tarixinin fasiləsiz qeydlər sənədi", eləcə də "Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması barədə Şəhadətnamə" dövlət rüsumları ödənilməklə veriləcək.
Bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Sənədə əsasən, həmin dövlət rüsumları 65 manat təşkil edəcək.
Bundan başqa, qanun layihəsi dəniz nəqliyyatında bəzi sənədlərin adlarının dəqiqləşdirilməsini nəzərdə tutur.
Belə ki, "Heyətin tərkibi haqqında Şəhadətnamə"nin əvəzinə "Minimum heyət tərkibi haqqında Şəhadətnamə", "Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnaməsi (işçi diplom) və təsdiqnamə"nin əvəzinə "Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnaməsi (diplom) və təsdiqnamə", "Gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatı"nın əvəzinə "Gəmi heyət üzvləri üçün xüsusi hazırlıq şəhadətnaməsi" olacaq.
Qeyd edək ki, Ticarət Gəmiçiliyi Məcəlləsinə görə, 18-ci maddə "Əsas gəmi sənədləri" adlanır.
Gəminin aşağıda göstərilən əsas gəmi sənədləri olmalıdır:
Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə;
gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə;
sərnişin şəhadətnaməsi (sərnişin gəmisi üçün);
gəmi tarixinin fasiləsiz qeydlər sənədi və s.
Xatırladaq ki, bu Məcəllə ticarət gəmiçiliyi fəaliyyətinin hüquqi əsaslarını, onun səmərəli təşkili və məqsədli inkişafından yaranan münasibətləri tənzimləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.