https://sputnik.az/20231018/azerbaycan-bayraginin-xankendide-ucaldilmasi-munasibetile-poct-markasi-buraxilib-459730572.html
Azərbaycan Bayrağının Xankəndidə ucaldılması münasibətilə poçt markası buraxılıb
Azərbaycan Bayrağının Xankəndidə ucaldılması münasibətilə poçt markası buraxılıb
Sputnik Azərbaycan
Bu təşəbbüs Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltmasına yerli ictimaiyyətin diqqətini... 18.10.2023, Sputnik Azərbaycan
2023-10-18T21:39+0400
2023-10-18T21:39+0400
2023-10-18T21:39+0400
poçt markası
cəmiyyət
xankəndi
bayraq
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0f/459622898_0:78:843:552_1920x0_80_0_0_5b6d2234517c209d99b164fc1410a42f.jpg
BAKI, 18 oktyabr — Sputnik. Niderland Krallığının Amsterdam şəhərində Azərbaycanın Xankəndi şəhərində şanlı Azərbaycan Bayrağının dalğalandırıldığını əks etdirən poçt markaları çap edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Amsterdamda yaşayan diaspor fəalı Səltənət Rəvanqızının təşəbbüsü ilə "Azərbaycanın inciləri" layihəsi çərçivəsində buraxılan markanın üzərində "Qarabağ Azərbaycandır!" və "Xankəndi" sözləri yazılıb. Markalar Niderlandın rəsmi poçt rabitəsinin "PostNL" milli operatoru tərəfindən çap edilib. Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltmasına yerli ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə həyata keçirilib. Qeyd edək ki, indiyədək "Azərbaycan inciləri" layihəsi çərçivəsində Amsterdamda "Heydər Əliyev – 100", "Xarı bülbül", "Şuşa", "Nizami Gəncəvi-880", "Üzeyir Hacıbəyov", "Fikrət Əmirov", "Cövdət Hacıyev", "Əminə Dilbazi", "Rəşid Behbudov", "İsmayıl Şıxlı", "Sakit Məmmədov", "Albert Aqarunov", "Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov" adlı markalar çap edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0f/459622898_2:0:842:630_1920x0_80_0_0_05b7b7a539f38c4dd1ab895e37771a23.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
poçt markası, xankəndi, bayraq
poçt markası, xankəndi, bayraq
Azərbaycan Bayrağının Xankəndidə ucaldılması münasibətilə poçt markası buraxılıb
Bu təşəbbüs Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltmasına yerli ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə həyata keçirilib.
BAKI, 18 oktyabr — Sputnik. Niderland Krallığının Amsterdam şəhərində Azərbaycanın Xankəndi şəhərində şanlı Azərbaycan Bayrağının dalğalandırıldığını əks etdirən poçt markaları çap edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Amsterdamda yaşayan diaspor fəalı Səltənət Rəvanqızının təşəbbüsü ilə "Azərbaycanın inciləri" layihəsi çərçivəsində buraxılan markanın üzərində "Qarabağ Azərbaycandır!" və "Xankəndi" sözləri yazılıb.
Markalar Niderlandın rəsmi poçt rabitəsinin "PostNL" milli operatoru tərəfindən çap edilib.
Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltmasına yerli ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə həyata keçirilib.
Qeyd edək ki, indiyədək "Azərbaycan inciləri" layihəsi çərçivəsində Amsterdamda "Heydər Əliyev – 100", "Xarı bülbül", "Şuşa", "Nizami Gəncəvi-880", "Üzeyir Hacıbəyov", "Fikrət Əmirov", "Cövdət Hacıyev", "Əminə Dilbazi", "Rəşid Behbudov", "İsmayıl Şıxlı", "Sakit Məmmədov", "Albert Aqarunov", "Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov" adlı markalar çap edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.