https://sputnik.az/20231018/ag-olum---ani-hezz-ile-olume-telesenler---vdeo-459711303.html
"Ağ ölüm" - ani həzz ilə ölümə tələsənlər - VİDEO
"Ağ ölüm" - ani həzz ilə ölümə tələsənlər - VİDEO
Sputnik Azərbaycan
Müsahibimiz deyir ki, narkotik saxta xoşbəxtlik, saxta həzzdir. Anidən insanı "şir"ə çevrir, saxta özünə inam hissi yaradır. 18.10.2023, Sputnik Azərbaycan
2023-10-18T18:51+0400
2023-10-18T18:51+0400
2023-10-19T12:08+0400
narkotik
cəmiyyət
aludəçi
çarə
valideyn
müsahibə
arzu
asılılıq
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434017759_0:160:3072:1888_1920x0_80_0_0_31701f706741f2377fbc1a333634f5e8.jpg
BAKI, 18 oktyabr — Sputnik. Onunla iki il öncə elə bu mərkəzdə görüşmüşdük, ağır narkotik asılılığına görə yenicə qurduğu ailəsi dağılmışdı. İçindəki inamsızlıq, natamamlıq, boşluq isə hərbi xidmətdə olduğu vaxt yaranır. Hərbi xidmətə getmək üçün sənədlərini toplayanda reallığı - bibisinə övladlığa verildiyini öyrənir, bu da onun travma yaşamasına səbəb olur. Bibisinin özünün oğlu olmadığı üçün atasıgil onu həmin ailəyə bağışlamışdı. Özünü dəyərsiz hiss edirdi, həyatı alt-üst olmuşdu. Bu boşluğu isə narkotiklə doldurmağa çalışmışdı. Amma bu toz hissəciklərinin həyatını kül edə biləcəyindən xəbərsiz idi. İlk dəfə bunun nə qədər zəhərli olacağını düşünə də bilməmişdi. Lakin illər sonra bu bəladan xilas olmaq üçün ona güc verən qüvvə vardı. Yeganə övladı olan qızının dünyaya gəlməsindən sonra yaşamaq, narkotiklə mübarizə aparmaq üçün dayaq tapmışdı.Son görüşümüzdə, "qızıma görə bu bəladan xilas olacam" deyib söz vermişdi... Hazırda ərazisində olduğumuz reabilitasiya mərkəzinin rəhbəri onun uğur yolundan danışaraq bildirir ki, S.D.-nın artıq bir il olar ki, özünün buna bənzər reabilitasiya mərkəzi var. Artıq vədinə əməl etmişdi. İndi isə onun kürsüsündə bir başqası əyləşmişdi... Ölümə tələsənlər Yolumuz Şüvəlanda yerləşən "Həyat Naminə" ictimai birliyinin nəzdində yerləşən, narkomaniyadan əziyyət çəkənlər üçün yaradılan reabilitasiya mərkəzinədir. Hazırda burada müalicə alan, uzun illər narkomaniyadan əziyyət çəkən R.Ə. yeniyetmə və gəncləri bu bəladan uzaq olmağa səsləyir:Ərköyünlük, bütün arzuların reallaşmasına baxmayaraq, sərhədlərin qoyulması İyirmi beş yaşlı həmsöhbətimiz üç bacının bir qardaşı, evin sonbeşiyi olub:"Atam sürücü, anam həkimdir. Məktəb yaşlarında avaralığa, küçələrə, müstəqilliyə, içkiyə meylli idim. Sərbəstlik, küçə həyatı məndə böyük bir maraq yaradırdı. Uşaqlıqda nəyə "əlini uzatma" deyərdilərsə, ona toxunardım. Qadağaları qırmağı, sədləri aşmağı sevirdim. Qadağalar mənə maraqlı gəlirdi. Çox ərköyün uşaq olmuşam. Uşaqlıqda nə istəmişəmsə, mənim üçün alıblar. Əslində valideyn birini edəndə, gərək ki, birini də etməsin. Amma valideynlərim bütün istəklərimi reallaşdırırdılar. Mənim üçün hər şey əlçatan olmuşdu. Hər şeyi alırdılar deyə zövqlərim bitmişdi. Təzə alınan velosipedi 2-3 gün sürəndən sonra ona marağım ölürdü". Kabusla ilk tanışlıq "Artıq 5-6-cı siniflərdə siqaret çəkirdim, sinfə içkili girib dava salırdım. İllər öncə yaşca özümdən böyük olanların istifadə etdiyi narkotik məndə böyük maraq yaratmışdı. Dadına baxdım, düşündüm ki, bu elə mən istəyəndir. Amma nə biləydim ki, qısa müddətdə həyatımı alt-üst edəcək. Narkotikə görə daim evdən oğurluq edirdim. Hazırlıq üçün verilən pulun yarısını müəllimə çatdırır, qalanlarını narkotikə xərcləyirdim. Psixotrop dərmanlar atırdım. Narkotik əldə etmək üçün hər yola əl atırdım, ailəmə yalan danışırdım, insanları aldadırdım", - deyə həmsöhbətimiz vurğulayır. Atanın çarəsizliyi - canı canından olan övladının ölümü üçün pul xərcləyirdi Atası ilə dost idi, amma anası uşaqlıqdan onu çox sıxırdı:Bir müddət sonra aldığı "həzz" ona yetmədiyi, ağrıları kəskinləşdiyi üçün daha ağır narkotiklər qəbul etməyə başlayır. Bir qadınla tanış olur, bir müddət sonra həmin qadın artıq doza ilə narkotik qəbul etdiyi üçün dünyasını dəyişir. Ardıcıl olaraq bir neçə belə "dost"unu itirir. Bir nəfər üçün nəzərdə tutulan mopeddə narkotikin təsirində yüksək sürətlə üç nəfər hərəkət edərkən ağır yol qəzasında daha bir qadın həlak olur. Hadisə nəticəsində həbsxanaya düşən "dost"u isə elə oradaca dünyasını dəyişir. Uzun illərdir ayıq vəziyyətdə olmasa da, artıq çevrəsində olan narkomanların hamısının dünyasını dəyişdiyini görür. Başa düşür ki, bu yol onun da sonunu gətirib. Ya dayanmalı, ya da təslim olmalı idi. Dörd aydır ki, güzgünün qabağına keçəndə bir insan siması görə bilir R.Ə. artıq dörd aydır ki, həyata ayıq gözlə baxır:"Xoşbəxtliyin nə olduğunu başa düşürəm. Ən xırda bir şey, mənə uzadılan konfet belə məni xoşbəxt edə bilər. Narkotikin təsirində olduğum o anlar bu gün foto-kadr kimi beynimdən keçir. Narkomaniya məndən hər zaman bir addım öndə olub, məni istədiyi kimi idarə edib, hara gəldi dartıb aparıb. Narkotik sanki boynumda bir zəncir olub, məni hər yerə sürüyüb. Amma bu bəladan təkcə mən yox, mənimlə bərabər hər kəs əziyyət çəkirdi". "Toz"un qarşısında acizlik "Çox aciz idim, bir tozun qarşısında aciz, çarəsiz idim. Ən çox anama zərər vururdum. Hər gözümü açanda onu qabağımda görürdüm. Daim anamı itələyir, incidir, ondan pul umurdum. Narkoman hər gün axtarışdadır. Narkoman hər gün pul axtarır, damar axtarır, yer axtarır", - deyə müsahibimiz əlavə edib. Natamamlıq sindromu onu bəlaya yuvarladı, yeni "həzz"lər axtarmağa vadar elədi R.Ə. deyir ki, içində bir boşluq olub, bu boşluğu doldurmaq üçün əyləncə axtarıb və bir də ayılıb ki, artıq ölümün ağuşundadır. İlk saxta həzzlə müqayisədə ümidləri puç olan narkomanın son damlası Həm narkotikə görə "dost"larının ardıcıl ölümü, həm də sonu görünməyən bir yolun yaratdığı qorxu ona güc verdi ki, bu bəladan xilas olmaq üçün mübarizə aparsın:"Pik həddə idim. Reabilitasiya müəssisəsinə gəlməzdən bir gün qabaq da "kruq"umuzda olan sonuncu narkoman dostum dünyasını dəyişdi". Foto-kadrlarda valideynlərinin göz yaşları, ah-nalələri də var Digər tərəfdə isə ana-atasının əziyyəti, arzuları, ümidləri heç olmuşdu, onların qarşısında nüfuzdan düşmüşdü:"Ən çox da valideynlərimə böyük zərər vurdum, onların sağlamlığını heç elədim. Sanki onların simalarındakı təbəssüm əbədi yox olub. Onları yerdən-yerə vurmuşdum, anam hər gün qarşımda yalvarırdı ki, sən nə istəsən edərəm, yetər ki, narkotikdən imtina elə. Onların yalvarışları, ah-nalələri, acıları, göz yaşları mənə maraqlı deyildi. Qapını çırpıb evdən çıxırdım, geriyə də baxmırdım. Gecənin yarısı anam zəng edib məni axtaranda çığırıb-bağırırdım ki, kimə yığırsan, niyə yığırsan?!". Müsahibimiz dəfələrlə artıq dozanın təsirində qəzaya düşüb, ayağını, qolunu sındırıb, qida, yuxu rejimi pozulub, günlərlə yuxusuz qalıb. Bəla bəxş edən ani "həzz", yoxsa reallıq? "Güzgünün qabağında dayanıb bir indiki halıma baxıram, bir də 4 ay əvvəlki həyatımı düşünürəm. Xoşbəxtlik hissinin nə olduğunu başa düşürəm, üzümdə təbəssüm də yaranıb"- həmsöhbətimiz deyir. Onun ən böyük hədəfi ayıq qalmaq, narkotikə birdəfəlik əlvida deməkdir:"Bundan sonra hazırda müalicə olunduğum reabilitasiya mərkəzinə bənzər birində rəhbər olaraq çalışmaq istərdim". Eynilə həmsöhbətimiz, ərazisində olduğumuz mərkəzin direktoru Kənan Hacıyev kimi... Narkotikin caynaqlarından güclə yaxasını qurtaran Kənan Hacıyev özü də uzun müddət narkotik asılılığından əziyyət çəkib. 35 yaşı olan həmsöhbətimiz deyir ki, bu bəla təkcə onun deyil, bütün ailəsinin həyatını alt-üst etmişdi:"Doqquz il ağır narkotik istifadəçisi olmuşam. Artıq yeddi ildir ki, narkotikdən tamamilə uzağam. Narkotik bu 9 ildə demək olar ki, həyatımdan hər şeyi aldı. Narkotikin yaratdığı elə fəsadlar var ki, onu bu gün də hiss edirəm. Sol gözümdə görmə qabiliyyəti itib. Ailə üzvlərimin də səhhətinə inanılmaz, sağalmaz fəsadlar vurmuşam. Düzdür, insanların mənə münasibəti bərpa olunsa da, sağalmaz yaralar qalmaqdadır. Anamda panik atak yaranıb. Onu nə qədər həkimə aparsam da, heç cür sağalmır". Hansı boşluq onu bu yola saldı? K.Hacıyev valideynlərə səslənir. Yaxşı olardı ki, valideynlər nə uşağı çox sıxardılar, nə də çox boş buraxardılar:"Uşaq vaxtı çox "yox"lar, "olmaz"lar eşidirdim deyə evdən çıxanda qoyulan qadağaları aşmaq mənə maraqlı gəlirdi. Əvvəl qumar, içkiyə qurşanmışdım. Şəhərdə avtoxuliqanlıq edən, özümdən yaşca böyüklərlə dostluq edərdim ki, o maşında mən də "adrenalin" yaşayım. Lakin zamanla nə avtoxuliqanlıq, nə də qumar mənə zövq, adrenalin bəxş edirdi. Narkotikin dadına isə ilk dəfə 19 yaşımda baxmışdım. Bir məclisin təşkil olunacağını və orada marixuana çəkiləcəyini öyrənəndə məndə böyük maraq yaranmışdı". Heçliyə yuvarlanmaq, çarəsizlik, oğurluq "Can şirin şeydir" deyir müsahibimiz:"İnsanın canı ağrıyanda istəyir ki, qısa zamanda bu ağrılardan xilas olsun. Ağrılardan xilas olmaq üçün narkotik axtarırdım. Onu almaq üçün pul olmayanda məcbur qalıb oğurluq edirdim. Əks halda ağrılardan günlərlə yata bilmirdim. Maddiyyat olmayanda qanunsuz yollara əl atırdım. Əşyaları, telefonumu, evdən oğurladığım qızılı satmışam. Son illər borc aldığım adamlar belə mənə etibar etmirdi, borca pul vermirdi". Ailə üzvləri bir ay sonra onun narkotik istifadə etdiyini başa düşüblər. İlkin əlamətlər gözlərdə qızartı, yuxusuzluq, qida rejiminin pozulması olub:"Valideynlərim bu vəziyyətdən çıxış yolunu tapdı. Artıq hər şeyin dibində idim. Həyatım alt-üst olmuşdu. 2016-cı ildə başa düşdüm ki, bu yolun sonu ya ölümdür, ya da güclü iradəyə sahib olub xilas yolu tapmaqdır. Beləcə ailəm məni Belarusa göndərdi və orada "32 addım" kursunu keçdim".Özünə inam harda yarandı? Reabilitasiya mərkəzinə gəlməzdən öncə sağalacağına zərrə qədər də olsa, ümidi olmayıb. Lakin orada xilas yollarını başa salan təcrübələr onda bu iradəni, inamı yaradıb:"Bir illik reabilitasiyadan sonra orada bir il çalışdım. Bu iki il ərzində ən böyük arzum Azərbaycanda da bənzər mərkəz yaratmaq idi", - deyə o, əlavə edib. Üç dəfə aşırı dozanın qəbulundan sonra K.Hacıyevin sol gözündə görmə qabiliyyəti tamamilə itib:"Narkomaniya "ağ ölüm"dür. Şəxs özündə güc tapıb bu bəladan xilas olmayacaqsa, sonu ölüm olacaq. Narkotik istifadə edən şəxs bundan xilas yolu tapa bilməzsə, onun yolu ölüm olacaq. İstəyərdim ki gənclər içki və narkotikin istifadəsindən uzaq olsunlar. Çünki bu yolun axırı heç də yaxşı deyil, əldə nə varsa, hamısını alıb aparacaq. Təkcə bir insanın deyil, ailələrin həyatı məhv olacaq". Ani boşluq, "həzz" axtarışı, qadağaların maraqlı gəlməsi, natamamlıq sindromu bu şəxsləri "ağ ölüm"ün caynağına salıb. Onların ən böyük arzusu ayıq qalmaq, asılılıqdan xilas olmaq, narkomaniyaya əlvida deməkdir. Narkomaniya həyatda ikən ölməkdir, sonu görünməyən bir uçurumdur, ailələrin məhv olması, valideynlərin vaxtsız ölümü, körpələrin acı içində böyüməsidir. Sağlam gələcək üçün Narkomaniyaya Yox Deyək!!! P.S. Qeyd edək ki, yazı Daxili İşlər Nazirliyinin anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə elan olunan müsabiqəsinə təqdim edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434017759_171:0:2902:2048_1920x0_80_0_0_3d093cd370d009dbc67f1fdf373ef782.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, aludəçi, çarə, valideyn, müsahibə, arzu, asılılıq
narkotik, aludəçi, çarə, valideyn, müsahibə, arzu, asılılıq
BAKI, 18 oktyabr — Sputnik. Onunla iki il öncə elə bu mərkəzdə görüşmüşdük, ağır narkotik asılılığına görə yenicə qurduğu ailəsi dağılmışdı. İçindəki inamsızlıq, natamamlıq, boşluq isə hərbi xidmətdə olduğu vaxt yaranır. Hərbi xidmətə getmək üçün sənədlərini toplayanda reallığı - bibisinə övladlığa verildiyini öyrənir, bu da onun travma yaşamasına səbəb olur. Bibisinin özünün oğlu olmadığı üçün atasıgil onu həmin ailəyə bağışlamışdı. Özünü dəyərsiz hiss edirdi, həyatı alt-üst olmuşdu. Bu boşluğu isə narkotiklə doldurmağa çalışmışdı. Amma bu toz hissəciklərinin həyatını kül edə biləcəyindən xəbərsiz idi. İlk dəfə bunun nə qədər zəhərli olacağını düşünə də bilməmişdi. Lakin illər sonra bu bəladan xilas olmaq üçün ona güc verən qüvvə vardı. Yeganə övladı olan qızının dünyaya gəlməsindən sonra yaşamaq, narkotiklə mübarizə aparmaq üçün dayaq tapmışdı.
Son görüşümüzdə, "qızıma görə bu bəladan xilas olacam" deyib söz vermişdi... Hazırda ərazisində olduğumuz reabilitasiya mərkəzinin rəhbəri onun uğur yolundan danışaraq bildirir ki, S.D.-nın artıq bir il olar ki, özünün buna bənzər reabilitasiya mərkəzi var. Artıq vədinə əməl etmişdi. İndi isə onun kürsüsündə bir başqası əyləşmişdi...
Yolumuz Şüvəlanda yerləşən "Həyat Naminə" ictimai birliyinin nəzdində yerləşən, narkomaniyadan əziyyət çəkənlər üçün yaradılan reabilitasiya mərkəzinədir. Hazırda burada müalicə alan, uzun illər narkomaniyadan əziyyət çəkən R.Ə. yeniyetmə və gəncləri bu bəladan uzaq olmağa səsləyir:
"O saxta xoşbəxtlik, saxta həzzdir. Anidən insanı "şir"ə çevirir, saxta özünə inam yaradır. Narkotikdən, onu istifadə edən çevrədən uzaq durmaq lazımdır. Bu bəlanı heç bir ailəyə, düşmənimə də arzulamıram. Gənclərə tövsiyəm odur ki, narkotikə yaxın durmasınlar".
Ərköyünlük, bütün arzuların reallaşmasına baxmayaraq, sərhədlərin qoyulması
İyirmi beş yaşlı həmsöhbətimiz üç bacının bir qardaşı, evin sonbeşiyi olub:
"Atam sürücü, anam həkimdir. Məktəb yaşlarında avaralığa, küçələrə, müstəqilliyə, içkiyə meylli idim. Sərbəstlik, küçə həyatı məndə böyük bir maraq yaradırdı. Uşaqlıqda nəyə "əlini uzatma" deyərdilərsə, ona toxunardım. Qadağaları qırmağı, sədləri aşmağı sevirdim. Qadağalar mənə maraqlı gəlirdi. Çox ərköyün uşaq olmuşam. Uşaqlıqda nə istəmişəmsə, mənim üçün alıblar. Əslində valideyn birini edəndə, gərək ki, birini də etməsin. Amma valideynlərim bütün istəklərimi reallaşdırırdılar. Mənim üçün hər şey əlçatan olmuşdu. Hər şeyi alırdılar deyə zövqlərim bitmişdi. Təzə alınan velosipedi 2-3 gün sürəndən sonra ona marağım ölürdü".
"Artıq 5-6-cı siniflərdə siqaret çəkirdim, sinfə içkili girib dava salırdım. İllər öncə yaşca özümdən böyük olanların istifadə etdiyi narkotik məndə böyük maraq yaratmışdı. Dadına baxdım, düşündüm ki, bu elə mən istəyəndir. Amma nə biləydim ki, qısa müddətdə həyatımı alt-üst edəcək. Narkotikə görə daim evdən oğurluq edirdim. Hazırlıq üçün verilən pulun yarısını müəllimə çatdırır, qalanlarını narkotikə xərcləyirdim. Psixotrop dərmanlar atırdım. Narkotik əldə etmək üçün hər yola əl atırdım, ailəmə yalan danışırdım, insanları aldadırdım", - deyə həmsöhbətimiz vurğulayır.
Atanın çarəsizliyi - canı canından olan övladının ölümü üçün pul xərcləyirdi
Atası ilə dost idi, amma anası uşaqlıqdan onu çox sıxırdı:
"Atam mənə pul vermək məcburiyyətində idi ki, çarəsiz qalıb oğurluq etməyim, kimdənsə pul istəməyim. Amma kaş ki, heç pul da verməzdi".
Bir müddət sonra aldığı "həzz" ona yetmədiyi, ağrıları kəskinləşdiyi üçün daha ağır narkotiklər qəbul etməyə başlayır. Bir qadınla tanış olur, bir müddət sonra həmin qadın artıq doza ilə narkotik qəbul etdiyi üçün dünyasını dəyişir. Ardıcıl olaraq bir neçə belə "dost"unu itirir. Bir nəfər üçün nəzərdə tutulan mopeddə narkotikin təsirində yüksək sürətlə üç nəfər hərəkət edərkən ağır yol qəzasında daha bir qadın həlak olur. Hadisə nəticəsində həbsxanaya düşən "dost"u isə elə oradaca dünyasını dəyişir.
Uzun illərdir ayıq vəziyyətdə olmasa da, artıq çevrəsində olan narkomanların hamısının dünyasını dəyişdiyini görür. Başa düşür ki, bu yol onun da sonunu gətirib. Ya dayanmalı, ya da təslim olmalı idi.
Dörd aydır ki, güzgünün qabağına keçəndə bir insan siması görə bilir
R.Ə. artıq dörd aydır ki, həyata ayıq gözlə baxır:
"Xoşbəxtliyin nə olduğunu başa düşürəm. Ən xırda bir şey, mənə uzadılan konfet belə məni xoşbəxt edə bilər. Narkotikin təsirində olduğum o anlar bu gün foto-kadr kimi beynimdən keçir. Narkomaniya məndən hər zaman bir addım öndə olub, məni istədiyi kimi idarə edib, hara gəldi dartıb aparıb. Narkotik sanki boynumda bir zəncir olub, məni hər yerə sürüyüb. Amma bu bəladan təkcə mən yox, mənimlə bərabər hər kəs əziyyət çəkirdi".
"Toz"un qarşısında acizlik
"Çox aciz idim, bir tozun qarşısında aciz, çarəsiz idim. Ən çox anama zərər vururdum. Hər gözümü açanda onu qabağımda görürdüm. Daim anamı itələyir, incidir, ondan pul umurdum. Narkoman hər gün axtarışdadır. Narkoman hər gün pul axtarır, damar axtarır, yer axtarır", - deyə müsahibimiz əlavə edib.
Natamamlıq sindromu onu bəlaya yuvarladı, yeni "həzz"lər axtarmağa vadar elədi
R.Ə. deyir ki, içində bir boşluq olub, bu boşluğu doldurmaq üçün əyləncə axtarıb və bir də ayılıb ki, artıq ölümün ağuşundadır.
İlk saxta həzzlə müqayisədə ümidləri puç olan narkomanın son damlası
Həm narkotikə görə "dost"larının ardıcıl ölümü, həm də sonu görünməyən bir yolun yaratdığı qorxu ona güc verdi ki, bu bəladan xilas olmaq üçün mübarizə aparsın:
"Pik həddə idim. Reabilitasiya müəssisəsinə gəlməzdən bir gün qabaq da "kruq"umuzda olan sonuncu narkoman dostum dünyasını dəyişdi".
Foto-kadrlarda valideynlərinin göz yaşları, ah-nalələri də var
Digər tərəfdə isə ana-atasının əziyyəti, arzuları, ümidləri heç olmuşdu, onların qarşısında nüfuzdan düşmüşdü:
"Ən çox da valideynlərimə böyük zərər vurdum, onların sağlamlığını heç elədim. Sanki onların simalarındakı təbəssüm əbədi yox olub. Onları yerdən-yerə vurmuşdum, anam hər gün qarşımda yalvarırdı ki, sən nə istəsən edərəm, yetər ki, narkotikdən imtina elə. Onların yalvarışları, ah-nalələri, acıları, göz yaşları mənə maraqlı deyildi. Qapını çırpıb evdən çıxırdım, geriyə də baxmırdım. Gecənin yarısı anam zəng edib məni axtaranda çığırıb-bağırırdım ki, kimə yığırsan, niyə yığırsan?!".
"Mənəviyyatımı itirmişdim. Hamıya sadəcə bir məqsədlə baxırdım - ondan necə pul çırpışdırım, necə bir əşyasını oğurlayım. Daş vurub maşının şüşəsini sındırıb ordan götürdüyüm pul və dəyərli əşyaları satırdım. İnsaniyyətimi itirmişdim. Ayıq başla baxanda insanlara bu qədər ziyan vurduğumu düşünüb çox acı çəkirəm", - deyə o əlavə edib.
Müsahibimiz dəfələrlə artıq dozanın təsirində qəzaya düşüb, ayağını, qolunu sındırıb, qida, yuxu rejimi pozulub, günlərlə yuxusuz qalıb.
Bəla bəxş edən ani "həzz", yoxsa reallıq?
"Güzgünün qabağında dayanıb bir indiki halıma baxıram, bir də 4 ay əvvəlki həyatımı düşünürəm. Xoşbəxtlik hissinin nə olduğunu başa düşürəm, üzümdə təbəssüm də yaranıb"- həmsöhbətimiz deyir.
Onun ən böyük hədəfi ayıq qalmaq, narkotikə birdəfəlik əlvida deməkdir:
"Bundan sonra hazırda müalicə olunduğum reabilitasiya mərkəzinə bənzər birində rəhbər olaraq çalışmaq istərdim".
Eynilə həmsöhbətimiz, ərazisində olduğumuz mərkəzin direktoru Kənan Hacıyev kimi...
Narkotikin caynaqlarından güclə yaxasını qurtaran
Kənan Hacıyev özü də uzun müddət narkotik asılılığından əziyyət çəkib. 35 yaşı olan həmsöhbətimiz deyir ki, bu bəla təkcə onun deyil, bütün ailəsinin həyatını alt-üst etmişdi:
"Doqquz il ağır narkotik istifadəçisi olmuşam. Artıq yeddi ildir ki, narkotikdən tamamilə uzağam. Narkotik bu 9 ildə demək olar ki, həyatımdan hər şeyi aldı. Narkotikin yaratdığı elə fəsadlar var ki, onu bu gün də hiss edirəm. Sol gözümdə görmə qabiliyyəti itib. Ailə üzvlərimin də səhhətinə inanılmaz, sağalmaz fəsadlar vurmuşam. Düzdür, insanların mənə münasibəti bərpa olunsa da, sağalmaz yaralar qalmaqdadır. Anamda panik atak yaranıb. Onu nə qədər həkimə aparsam da, heç cür sağalmır".
Hansı boşluq onu bu yola saldı?
K.Hacıyev valideynlərə səslənir. Yaxşı olardı ki, valideynlər nə uşağı çox sıxardılar, nə də çox boş buraxardılar:
"Uşaq vaxtı çox "yox"lar, "olmaz"lar eşidirdim deyə evdən çıxanda qoyulan qadağaları aşmaq mənə maraqlı gəlirdi. Əvvəl qumar, içkiyə qurşanmışdım. Şəhərdə avtoxuliqanlıq edən, özümdən yaşca böyüklərlə dostluq edərdim ki, o maşında mən də "adrenalin" yaşayım. Lakin zamanla nə avtoxuliqanlıq, nə də qumar mənə zövq, adrenalin bəxş edirdi. Narkotikin dadına isə ilk dəfə 19 yaşımda baxmışdım. Bir məclisin təşkil olunacağını və orada marixuana çəkiləcəyini öyrənəndə məndə böyük maraq yaranmışdı".
"Ümumiyyətlə, asılılığı olan insanların daxilində müəyyən kompleksləri olur. Narkotikdən sonra ilk mərhələdə özümü rahat hiss edirdim, amma bilməzdim ki, qarşıda məni böyük bəla gözləyir. İtirdiyim doqquz il mənim həyatıma çox böyük zərbələr vurdu", - deyə o əlavə edib.
Heçliyə yuvarlanmaq, çarəsizlik, oğurluq
"Can şirin şeydir" deyir müsahibimiz:
"İnsanın canı ağrıyanda istəyir ki, qısa zamanda bu ağrılardan xilas olsun. Ağrılardan xilas olmaq üçün narkotik axtarırdım. Onu almaq üçün pul olmayanda məcbur qalıb oğurluq edirdim. Əks halda ağrılardan günlərlə yata bilmirdim. Maddiyyat olmayanda qanunsuz yollara əl atırdım. Əşyaları, telefonumu, evdən oğurladığım qızılı satmışam. Son illər borc aldığım adamlar belə mənə etibar etmirdi, borca pul vermirdi".
Ailə üzvləri bir ay sonra onun narkotik istifadə etdiyini başa düşüblər. İlkin əlamətlər gözlərdə qızartı, yuxusuzluq, qida rejiminin pozulması olub:
"Valideynlərim bu vəziyyətdən çıxış yolunu tapdı. Artıq hər şeyin dibində idim. Həyatım alt-üst olmuşdu. 2016-cı ildə başa düşdüm ki, bu yolun sonu ya ölümdür, ya da güclü iradəyə sahib olub xilas yolu tapmaqdır. Beləcə ailəm məni Belarusa göndərdi və orada "32 addım" kursunu keçdim".
Özünə inam harda yarandı?
Reabilitasiya mərkəzinə gəlməzdən öncə sağalacağına zərrə qədər də olsa, ümidi olmayıb. Lakin orada xilas yollarını başa salan təcrübələr onda bu iradəni, inamı yaradıb:
"Bir illik reabilitasiya mərkəzində oldum. Orada bizə reabilitasiya keçənlər də uzun illər narkotik asılılığı olan şəxslər olub. Onlar arasında 12 il bu asılılıqdan əziyyət çəkib xilas olanlar da vardı. Onlara baxanda düşünürdüm ki, mən niyə sağalmayım ki?! Onlardan ayıq qalmağın yollarını öyrənməyə başladım. Sağalmaq üçün istək, məqsəd və əzm lazımdır. Bunlardan biri olmadıqda artıq hədəfə çatmaq mümkünsüzdür".
"Bir illik reabilitasiyadan sonra orada bir il çalışdım. Bu iki il ərzində ən böyük arzum Azərbaycanda da bənzər mərkəz yaratmaq idi", - deyə o, əlavə edib.
Üç dəfə aşırı dozanın qəbulundan sonra K.Hacıyevin sol gözündə görmə qabiliyyəti tamamilə itib:
"Narkomaniya "ağ ölüm"dür. Şəxs özündə güc tapıb bu bəladan xilas olmayacaqsa, sonu ölüm olacaq. Narkotik istifadə edən şəxs bundan xilas yolu tapa bilməzsə, onun yolu ölüm olacaq. İstəyərdim ki gənclər içki və narkotikin istifadəsindən uzaq olsunlar. Çünki bu yolun axırı heç də yaxşı deyil, əldə nə varsa, hamısını alıb aparacaq. Təkcə bir insanın deyil, ailələrin həyatı məhv olacaq".
Ani boşluq, "həzz" axtarışı, qadağaların maraqlı gəlməsi, natamamlıq sindromu bu şəxsləri "ağ ölüm"ün caynağına salıb. Onların ən böyük arzusu ayıq qalmaq, asılılıqdan xilas olmaq, narkomaniyaya əlvida deməkdir. Narkomaniya həyatda ikən ölməkdir, sonu görünməyən bir uçurumdur, ailələrin məhv olması, valideynlərin vaxtsız ölümü, körpələrin acı içində böyüməsidir.
Sağlam gələcək üçün Narkomaniyaya Yox Deyək!!!
P.S. Qeyd edək ki, yazı Daxili İşlər Nazirliyinin anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə elan olunan müsabiqəsinə təqdim edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.