https://sputnik.az/20231018/aeroportlar-icareye-verilsin-budceden-onlara-pul-ayrilmasin---deputat-459712394.html
Aeroportlar icarəyə verilsin, büdcədən onlara pul ayrılmasın - Deputat
Aeroportlar icarəyə verilsin, büdcədən onlara pul ayrılmasın - Deputat
Sputnik Azərbaycan
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb. 18.10.2023, Sputnik Azərbaycan
2023-10-18T12:19+0400
2023-10-18T12:19+0400
2023-10-18T12:41+0400
cəmiyyət
aviasiya
milli məclis
aeroport
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426993573_0:73:3379:1974_1920x0_80_0_0_b7876448e710d52c61ee841c303cafc6.jpg
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycanda region aeroportlarının icarəyə verilməsi təklif edilir. Bu təkliflə deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı çıxış edib. O qeyd edib ki, dünyada hava limanlarının çoxu icarəyə verilir. "Qanun layihəsinin hazırlanmasında əsas məqsəd təhlükəsizlik məsələləridir" Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov qanun layihəsinin təqdimatı zamanı bildirib ki, aviasiya ilə bağlı qanun layihəsinin hazırlanmasında əsas məqsəd təhlükəsizlik məsələləridir. Nazir müavini diqqətə çatdırıb ki, sənədlə ölkə məkanında aviasiya sahəsində fəaliyyət, tələblər, vəzifələr, dövlət rüsumları müəyyənləşdirilir. Rəhman Hümmətov bu sənəd qüvvəyə mindiyi gündən "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-IIQ nömrəli qanununun ləğv olunacağını da bildirib. Xatırladaq ki, 68 maddə, 15 fəsildən ibarət olan qanun layihəsi Azərbaycanın hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləməklə bərabər, daşıma, müdafiə, təhlükəsizlik və digər məsələlərlə bağlı təşkilati və hüquqi əsasları müəyyən edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426993573_324:0:3055:2048_1920x0_80_0_0_abfc6dd1c785a621de3f430387befcdb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
aviasiya, milli məclis, aeroport
aviasiya, milli məclis, aeroport
Aeroportlar icarəyə verilsin, büdcədən onlara pul ayrılmasın - Deputat
12:19 18.10.2023 (Yenilənib: 12:41 18.10.2023) Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycanda region aeroportlarının icarəyə verilməsi təklif edilir.
Bu təkliflə deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
O qeyd edib ki, dünyada hava limanlarının çoxu icarəyə verilir.
"Bizim regionlarda yüksək standartlarla aeroportlar tikilib. Problem budur ki, aeroportlarda gündə 1-2 reys olsa, toy-bayramdır. Bu aeroportlar tenderə buraxılmalıdır. Bununla yüzlərlə iş yeri açılacaq. Sualım budur ki, bu günə qədər aeroportların işinə görə yenə büdcədən vəsait ayrılır? Əgər ayrılırsa, problemdir. Dünyada 55% aeroport icarədədir. Türkiyədə, Gürcüstan bir çox aeroportlar icarədədir", - deyə deputat vurğulayıb.
"Qanun layihəsinin hazırlanmasında əsas məqsəd təhlükəsizlik məsələləridir"
Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov qanun layihəsinin təqdimatı zamanı bildirib ki, aviasiya ilə bağlı qanun layihəsinin hazırlanmasında əsas məqsəd təhlükəsizlik məsələləridir.
Nazir müavini diqqətə çatdırıb ki, sənədlə ölkə məkanında aviasiya sahəsində fəaliyyət, tələblər, vəzifələr, dövlət rüsumları müəyyənləşdirilir.
Rəhman Hümmətov bu sənəd qüvvəyə mindiyi gündən "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-IIQ nömrəli qanununun ləğv olunacağını da bildirib.
Xatırladaq ki, 68 maddə, 15 fəsildən ibarət olan qanun layihəsi Azərbaycanın hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləməklə bərabər, daşıma, müdafiə, təhlükəsizlik və digər məsələlərlə bağlı təşkilati və hüquqi əsasları müəyyən edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.