https://sputnik.az/20231018/abs-serqi-araliq-denizi-regionunda-12-min-herbci-yerlesdirilecek-459730833.html
ABŞ Şərqi Aralıq dənizi regionunda 12 min hərbçi yerləşdiriləcək
ABŞ Şərqi Aralıq dənizi regionunda 12 min hərbçi yerləşdiriləcək
Sputnik Azərbaycan
Məlumata görə, artıq regiona göyərtəsində 4,5 mindən çox hərbçinin olduğu “Gerald Ford” aviadaşıyıcı gəmisi gəlib. 18.10.2023, Sputnik Azərbaycan
2023-10-18T20:57+0400
2023-10-18T20:57+0400
2023-10-18T20:57+0400
abş
dünya xəbərləri
hərbçi
gəmi
aralıq dənizi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436921336_0:0:3193:1796_1920x0_80_0_0_f825fef5b928ab44e1e171c2acf7d04b.jpg
BAKI, 18 oktyabr — Sputnik. Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda Şərqi Aralıq dənizi regionunda ABŞ Hərbi Dəniz Qüvvələrinin 10 gəmisi və 12 min hərbçisi yerləşdiriləcək. Onların bir hissəsi artıq regiondadır, digər hissəsi də yaxın zamanlarda gələcək. "Nikkei Asia" nəşri bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatları əsasında apardığı hesablamalara istinadla məlumat yayıb. Məlumata görə, artıq regiona göyərtəsində 4,5 mindən çox hərbçinin olduğu "Gerald Ford" aviadaşıyıcı gəmisi gəlib. Onu ümumilikdə 1,6 min dəniz piyadasının xidmət etdiyi beş gəmi müşayiət edir. Həmçinin Yaxın Şərqə 5 min hərbçi ilə "Dwight Eisenhower" aviadaşıyıcı gəmisi və göyərtəsində minə yaxın hərbçinin olduğu üç müşayiət gəmisi yollanıb. Bir müddət öncə "The Washington Post" qəzeti və Fox News telekanalı Vaşinqtonun Yaxın Şərqə 4 mindən çox dəstək qüvvəsi göndərdiyini bildirib. "Bataan", "Carter Hall" və "Mesa Verde" gəmiləri ilə regiona göndərilən dəstək qüvvəsi Dəniz Qüvvələrinin hərbçilərindən, dəniz piyadalarından, habelə xüsusi təyinatlı qüvvələrdən ibarətdir. Oktyabrın 16-da ilk iki gəmi Oman körfəzində, üçüncü gəmi isə Aralıq dənizində görünüb. Onların yekunda hara yerləşdiriləcəyi barədə məlumat verilmir. Bu ərəfədə - oktyabrın 18-də ABŞ Prezidenti Cozef Bayden və onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan İsrailə səfər edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436921336_0:0:2731:2048_1920x0_80_0_0_b60580fcd44f605d09801c9568e63b54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, hərbçi, gəmi, aralıq dənizi
abş, hərbçi, gəmi, aralıq dənizi
ABŞ Şərqi Aralıq dənizi regionunda 12 min hərbçi yerləşdiriləcək
Məlumata görə, artıq regiona göyərtəsində 4,5 mindən çox hərbçinin olduğu “Gerald Ford” aviadaşıyıcı gəmisi gəlib.
BAKI, 18 oktyabr — Sputnik. Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda Şərqi Aralıq dənizi regionunda ABŞ Hərbi Dəniz Qüvvələrinin 10 gəmisi və 12 min hərbçisi yerləşdiriləcək. Onların bir hissəsi artıq regiondadır, digər hissəsi də yaxın zamanlarda gələcək.
"Nikkei Asia" nəşri bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatları əsasında apardığı hesablamalara istinadla məlumat yayıb.
Məlumata görə, artıq regiona göyərtəsində 4,5 mindən çox hərbçinin olduğu "Gerald Ford" aviadaşıyıcı gəmisi gəlib. Onu ümumilikdə 1,6 min dəniz piyadasının xidmət etdiyi beş gəmi müşayiət edir. Həmçinin Yaxın Şərqə 5 min hərbçi ilə "Dwight Eisenhower" aviadaşıyıcı gəmisi və göyərtəsində minə yaxın hərbçinin olduğu üç müşayiət gəmisi yollanıb.
Bir müddət öncə "The Washington Post" qəzeti və Fox News telekanalı Vaşinqtonun Yaxın Şərqə 4 mindən çox dəstək qüvvəsi göndərdiyini bildirib. "Bataan", "Carter Hall" və "Mesa Verde" gəmiləri ilə regiona göndərilən dəstək qüvvəsi Dəniz Qüvvələrinin hərbçilərindən, dəniz piyadalarından, habelə xüsusi təyinatlı qüvvələrdən ibarətdir. Oktyabrın 16-da ilk iki gəmi Oman körfəzində, üçüncü gəmi isə Aralıq dənizində görünüb. Onların yekunda hara yerləşdiriləcəyi barədə məlumat verilmir.
Bu ərəfədə - oktyabrın 18-də ABŞ Prezidenti Cozef Bayden və onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan İsrailə səfər edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.